Cavid İmamverdiyev: "Sübut edəcəyəm ki, Azərbaycanda futbol və futbolçular var"
Bu günlərdə Kiyev "Dinamo"su ilə rəsmi müqavilə imzalayacağı gözlənilən Cavid İmamverdiyev Ukrayna klubunun azarkeş saytı olan dynamomania.com-a geniş müsahibə verib. Stadium.az xəbər verir ki, "Neftçi"yə küçə futbolundan gəldiyini deyən Cavid Moskva "Spartak"ında çıxış etməsini xatırlayıb: "Adım Caviddir. Şəmkirdə anadan olmuşam. Atamın adı Əbdürrəhmandır. Cavan vaxtı o da futbolla məşğul olub. Heç bir futbol məktəbini bitirməmişəm. "Neftçi"yə də küçə futbolundan gəlmişəm. İlk başda əvəzedici heyətdə çıxış etdim. 2 il sonra əsas komandaya cəlb olunsam da, sonradan "Karvan"a icarəyə verildim. 12-13 yaşım olanda Moskvada yaşayırdıq. Həmin vaxt "Spartak", ÇSKA, eləcə də "Rostov"da oynamışam. 15 yaşım olanda isə Tiflisin komandasında çıxış etdim. Üçüncü cəhddə isə "Neftçi"yə keçə bildim".
"Dinamo"dan aldığı təklif haqda sualı futbolçumuz belə cavablandırıb: "Mənə bu haqda menecerim məlumat verdi. "Neftçi"dəki komanda yoldaşım İqor Mitreski mənə bildirdi ki, artıq Azərbaycandan getməliyəm. Menecerim, eləcə də dostum olan Marko isə "Dinamo"ya getməli olduğumu bildirdi. Mənə onu da söylədilər ki, "Dinamo"nun prezidenti məni komandasında görmək istəyir. "Neftçi" ilə bu yaxınlarda yeni - 5 illik müqavilə imzalamışam".
Cavid İmamverdiyev "Neftçi" qazandığı uğurlardan da söz açıb: "Neftçi"də 3 müxtəlif əyarlı medal qazanmışam. Eləcə də komanda ilə birgə Avroliqanın qrup mərhələsində iştirak etmişəm. Azərbaycan çempionatının qalibinə kubok, medallar və yaxşı mükafat verirlər. Mən orada yaxşı pul qazanırdım, lakin... "Neftçi" hardadır, "Dinamo" harda?"
Həmyerlimiz Kiyev "Dinamo"sunda uğur qazanmaq istədiyini qeyd edib: "Komandadan ayrılarkən məşqçilər, klub rəhbərliyi və komanda yoldaşlarım bildirdilər ki, "qardaş, biz sənə inanırıq". Bilirəm ki, bu mənim üçün şansdır. Lakin özümü göstərə bilməsəm belə, yenə də "Neftçi"yə qayıdacağam. Bu klub Azərbaycan futbolunun flaqmanıdır. Amma buraya özümü göstərmək, uğur qazanmaq üçün gəlmişəm. Sübut edəcəyəm ki, Azərbaycanda futbol və futbolçular var".
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |