"Gəncədən, azarkeşlərdən ayrılmaq heç də asan olmadı"
Hazırda təlim-məşq toplanışı üçün Bakıda olan "Kəpəz" ev oyunlarını paytaxtda "Dalğa Arena"da keçirəcək. Stadium.az xəbər verir ki, bu məsələ ilə bağlı klubun icraçı-direktoru Adil Tağıyev "Kəpəz"in rəsmi internet saytına açıqlama verib: "Çox təəssüf ki, Gəncədə oynaya bilməyəcəyik. Komandamız ev görüşlərini ölkə paytaxtında keçirəcək. Əvvəllər bu barədə yalnız söz-söhbətlər gedirdisə, indi məsələ dəqiqləşib. Stadionumuzdakı qazonun vəziyyəti yaxşı deyil və bu cür ot örtüyündə futbol oynamaq mümkünsüzdür. PFL rəhbərliyi ilə bir müddət əvvəl danışıb, məsləhətləşmələr apardıq. Yekunda Bakıda oynamağı seçdik. "Dalğa Arena"ya üstünlük verdik. Futbol azarkeşlər üçündür və biz fanatlarımızı itirmək istəmirik. İnanırıq ki, onlar bizim atdığımız addımı anlayışla qarşılayacaqlar. Gəncədən, azarkeşlərdən ayrılmaq heç də asan olmadı. Əvəzedici heyətimiz isə Şəmkirdə oynayası oldu. Qonşu rayondakı arenanın rəhbərliyi ilə görüşdük və onlar "dubl"a ev oyunlarının təşkilində kömək edəcəklər".
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |