"Kəpəz"in kapitanı futboldan getdi
"Kəpəz"in təcrübəli üzvü, kapitan Azər Məmmədov futbolçu karyerasını başa vurub. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, müdafiəçi 36 yaşında butslarını mıxdan birdəfəlik asmaq qərarına gəlib. Gəncə futbol məktəbinin yetişdirdiyi ən güclü oyunçulardan biri olan Məmmədov son 4 ildə komandada kapitan sarğısını daşıyıb. O, karyerası boyunca "Kəpəz" ilə yanaşı, "Xəzri", "MOİK", "Şəmkir", "Turan", "Qarabağ" və "Qəbələ" kimi klubların da şərəfini qoruyub. Bu komandalarla bir sıra uğurlar qazanıb. 4 qat Azərbaycan çempionu və 5 qat ölkə kubokunun qalibi olub. Həmçinin çempionatın gümüş və bürünc medallarını qazanıb. Azər "Kəpəz"də üst-üstdə 388 oyunda forma geyinərək, rəqib qapılarından 18 qol keçirib.
Məmmədov karyerasını bitirsə də, futboldan, doğma klubundan ayrı düşməyib. "Kəpəz" Peşəkar Futbol Klubunun rəhbərliyi komanda üçün xidmətlərini nəzərə alaraq, artıq sabiq futbolçuya məşqçi işləməyi təklif edib. Dəvəti müsbət cavablayan kapitan, əvəzedici heyətdə baş məşqçinin köməkçisi təyin olunub.
Klub rəhbərliyi Azər Məmmədovun bundan sonra məşqçi kimi komandanın uğur qazanmasında əlindən gələni edəcəyinə inanır və ona gələcək işlərində uğurlar arzulayır.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |