Əbülfəs Qarayev: "Atletiko" ilə əməkdaşlıq ölkəmiz adına böyük uğurdur"
Daha əvvəl xəbər verdiyimiz kimi, dünən İspaniyanın paytaxtı Madrid şəhərində ənənəvi FİTUR turizm sərgisinin rəsmi açılış mərasimi keçirilib. Stadium.az "Bakı"nın rəsmi internet saytına istinadən xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirliyi tərəfindən təşkil olunan Azərbaycan bölümündə turizm və biznes sahələri ilə yanaşı idman sektoru da təmsil olunur. İdman sahəsində ölkəmizi "Bakı" futbol klubu təmsil edir. Onu da qeyd edək ki, ilk dəfədir ki, Mədəniyyət və Turizm nazirliyinin turizm sərgisində Azərbaycanın idman sektoru təqdim olunur. Bu şərəfli missiya "Bakı" futbol klubunun üzərinə düşür.
Sərginin açılış mərasiminə qatılan Azərbaycan Respublikası Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev və Azərbaycanın İspaniyadakı səfiri Altay Əfəndiyev Azərbaycan bölümündə yer alan materiallarla tanış olaraq, sərgi iştirakşılarına uğurlar arzulayıblar.
Sərgidə akkreditasiya olunmuş Jurnalistlərin suallarını cavablandıran Əbülfəs Qarayev "Bakı" futbol klubunun fəaliyyətini yüksək dəyərləndirərək, bunun bütün Azərbaycan üçün faydalı olduğunu bildirib.
Cənab nazir "Bakı" futbol klubu və "Atletiko" Madrid arasında əldə olunan anlaşma və klubumuzun FİTUR sərgisində iştirakı ilə bağlı fikirlərini bildirib:
"Çox şadam ki, "Bakı" futbol klubu bizim təşəbbüsümüzə qoşularaq bu önəmli tədbirdə iştirak edir. Gördüyünüz kimi, Azərbaycan bölümünə maraq olduqca böyükdür. Burada "Bakı" futbol klubunun da özünəməxsus payı var.
"Bakı" futbol klubunun "Atletiko" ilə əməkdaşlığı olduqca böyük hadisədir. Bu əməkdaşlığın mahiyyəti tək idman sahəsinə aid deyil, eyni zamanda həyatımızın digər sahələrində də öz əksini tapır.
Bu müqavilə Azərbaycan xalqı üçün olduqca faydalıdır. Bu, ölkəmizin reklamına xidmət edir, turizm və idman potensialı üçün yeni üfüqlər açır. "Bakı" futbol klubunun FİTUR sərgisinə qatılması, "Atletiko" Madrid kimi dünya klubunun da buna dəstək verməsi ölkəmizə olan marağı daha da artırmış olur.
"Atletiko" futbolçularının FİTUR sərgisində Azərbaycana dəstək ziyarəti samballı addımdır və bunun effektinin yüksək olacağını artıq indidən söyləmək olar. Arzu edərdim ki, digər idman qurumlarımız da "Bakı" futbol klubunun fəaliyyətindən nümunə götürsünlər".
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |