"Bakı" və "Atletiko" arasında saziş imzalandı
Dünən FİTUR-2013 sərgisinin keçirildiyi Feria de Madrid sərgi kompleksinin VİP zalında "Bakı" futbol klubu və "Atletiko" Madrid klubları arasında rəsmi imza və təqdimat mərasimi keçirildi. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, toplanatıya "Atletiko" Madrid klubunun rəhbərliyi, "Bakı" futbol klubunun prezidenti Hafiz Məmmədov, icraşı direktor Yaşar Seyidov, media və marketinq departamentinin direktoru Nəriman Mehdiyev, Azərbaycanın İspaniyadakı səfirliyinin nümayəndələri, Azərbaycan respublikası Mədəniyyət və Turizm nazirliyinin təmsilçiləri, çoxsaylı media nümayəndələri və rəsmi qonaqlar qatıldılar.
Tədbirdə giriş sözü ilə çıxış edən "Atletiko" Madrid klubunun prezidenti Enrike Sorezo (Enrique Cerezo) ümumilikdə Azərbaycan Respublikası, xüsusən də, "Bakı" futbol klubu ilə əməkdaşlığın böyük əhəmiyyət daşıdığını, bu müqavilənin iki ölkə xalqları arasında möhkəm dostluq bağlarının yaranması və inkişafı baxımından önəmli olduğunu bildirdi.
Cavab sözü ilə çıxış edən "Bakı" futbol klubunun icraçı direktoru Yaşar Seyidov dünyanın aparıcı klublarından biri olan "Atletiko" Madridlə əməkdaşlığın istənilən qurum üçün fəxarət mənbəyi olduğunu vurğulayaraq, bu müqavilənin tək idman deyil, mədəniyyət və turizm sahəsində də faydalı olacağını ifadə etdi.
2013-2014-cü illər ərzində təlim, təhsil, təcrübə mübadiləsi və s. sahələrdə geniş əməkdaşlığı nəzərdə tutan müqaviləni İspaniya tərəfdən "Atletiko" Madrid klubunun prezidenti Enrike Sorezo və "Bakı" futbol klubu tərəfindən iki klub arasında aməkdaşlığın koordinasiya mərkəzinin rəhbəri Sənan Məmmədov imzaladılar.
Tədbirdə iştirak edən "Atletiko" Madrid klubunun üzvləri üzrəində Land of fire Azerbaijan yazılımış futbol geyimlərini imzalayaraq, xatirə fotosu çəkdirdilər.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |