Babək Quliyev: “Adımı qorumaq üçün mübarizə aparıram” Müsahibə
Hakimlik mövzusu yenə də səngimək bilmir. Artıq neçə gündür ki, Anar Niyazovun hakimlikdən uzaqlaşdırıldığı barədə xəbərlər mətbuatda geniş müzakirə olunur. Baxmayaraq ki, bu barədə heç bir rəsmi qərar yoxdur. Bununla yanaşı, hakimlərin Antalya toplanışı da başa çatdı. Bu və digər məsələlərə keçmiş FİFA referisi Babək Quliyevin münasibətini öyrənmək qərarına gəldik:
– Babək
müəllim, əvvəlcə Anar Niyazovun
hakimlikdən
uzaqlaşdırılması
barədə
fikrinizi
bilmək
maraqlı
olardı...
– Bu barədə rəsmi qərar olmasa da, Anar Niyazovun məsələsi barədə xəbərim var. Bu
barədə onunla danışmışam. Bildiyiniz kimi ortada olan söhbət Anarın “Qaradağ Lökbatan” klubunun baş məşqçisi Adil Mahmudovla mesajlaşmasıdır. Anar Niyazovun klub rəsmisinə mesaj yazması nə dərəcədə düzgündü?
Anar bunu etməməli idi. Hakim klub rəsmisinə mesaj yazmamalıdı. Anarla Adil dostular, tələbə yoldaşı olublar, fərq etməz.
Bəs, bu qərarı verən kimdir? Xaqani Məmmədov.
Xaqani Məmmədovun özün hakimlikdən nə üçün qovmuşdular? Qalib gələn klub rəsmisiylə bir vaqonda olub, kupedən-kupeyə keçib, təkbətək söhbət edib və bunu etiraf da edib. Xaqani Məmmədov Azərbaycan məkanında yeganə hakimdir ki, onun səhv etməsi barədə etirafı var. Qəzetinizin ötən saylarının birində bu barədə yazı da dərc olunub. Udan klub rəsmisilə aralarında olan söhbət və sonradan bağışlanması üçün Hakimlər Komitəsinə ünvanladığı müraciət barədə. Hakimlikdən bu
məsələyə görə qovulan adamın indi Hakimlər Komitəsinin rəhbəri olması AFFA-da
bir çox işlərin səhv qurulmasından xəbər verir. HK-nin rəhbəri bu məsələyə görə hakimi hakimlikdən uzaqlaşdırırsa, əvvəlcə özünü bunu etməməliydi. Dönüb keçmişinə baxmalıdır. Onun özü kim olub?
O ki qaldı Anar Niyazovun məsələsinə, sual olunur,
oyun “Qaradağ Lökbatan” klubunun xeyrinə başa çatsaydı, bu mesaj söhbəti ortaya çıxacaqdımı? Əsla... Sms söhbəti oyundan əvvəl olub, amma niyə bunu qarşılaşmadan sonra ortaya çıxarırlar? Bunu bilən
“Qaradağ Lökbatan” klubunun prezidenti, baş məşqçisi niyə oyundan əvvəl AFFA-ya, PFL-ə xəbər verməyib? Niyə hakimin dəyişdirilməsini tələb etməyiblər? Mən sizə əminliklə deyirəm ki, “Qaradağ Lökbatan” oyundan qələbəylə ayrılsaydı, heç bu
mesaj söhbəti də ortaya çıxmayacaqdı. Və həqiqətənmi mesaj yazan təkcə Anar Niyazovdur? Adlarını rəhbər qoyan insanlar Babəki,
Anarı, Əlini, Vəlini aldada bilərlər, amma Allahı aldada bilməzlər. Hər bir insan başqası üçün ədalətli qərar çıxarmalıdır. Anardan başqa artıq elə hərəkət edənlər var. Onlar haqda niyə belə qərar çıxarmırsız?
– Deyə
bilərsiz
kimlərdir?
– Biri elə Elçin Məmmədov. Onun telefonumda – mənə yazdığı sms-i
var. Bu kluba gedib, o kluba gedib, sonra da başqasına gedəcək. Niyə AFFA bu barədə bir tədbir görmür?
– Bu
mesaja
görə
Elçin
Məmmədov
hakimlikdən
uzaqlaşdırıla
bilər?
– Anarı çıxarırlarsa, Elçini də
qovmalıdılar.
– Amma
bunu
necə
sübut
edə
bilərlər
ki, həqiqətən də Elçin
həmin
klublara
gedib? Elçin deyə bilər
ki, sizinlə zarafat edib...
– Axı hamısı sms-də
var. Orada yazır ki, zarafat etmir. Son getdiyi klub da “Qarabağ” olub. Elçin Məmmədovu “Qarabağ” klubunun ofisindən çıxanda görüblər. Mən də zəng eləyib dedim ki, “xeyir ola, sən “Qarabağ”ın bazasına gedirsən?”. Mənə həmin sms-i yazdı. Əgər bu məlumat AFFA-ya lazımdırsa, ədalətli insanlardırsa, istəsinlər, bu mesajı onlara verim. Ancaq Elçin Məmmədovdan qorxular. Çünki Elçin onların pərdəarxası çox işlərini bilir. Heç vaxt Elçin Məmmədovu hakimlikdən uzaqlaşdıra bilməzlər. Bunu deyirəm, üstündə də dururam.
– Azərbaycan müstəqillik qazanandan bəri AFFA-da bir-birlərinə zidd gedən üç prezident dəyişib. Elçin onların hamısıyla işləyib...
– Bunu onun özündən soruşsanız yaxşı olar. Bəlkə də Elçinin xüsusi qabiliyyəti var, ona görə. Ola bilər ki, dördüncüylə də işləsin.
– Anar Niyazovun hakimlikdən uzaqlaşdrılması barədə Xaqani Məmmədov özü açıqlama vermişdi, amma rəsmi qərar yoxdu. Bu, nə dərəcədə doğrudur?
– Xaqani Məmmədov çox söz danışır və ona əməl etmir. Bir neçə gün əvvəl efirə çıxıb deyir ki, daha əvvəl dediyi sözləri düzgün yozmayıblar. Guya deyib ki, “ola bilsin bizim hakimimiz 2014-cü il Dünya çempionatında olsun”. Amma o, gözünün içinə kimi yalan danışır. Onun söylədikləri efirdə gedib və arxivdə də var. Amma əslində demişdi ki, azərbaycanlı hakim 2014-cü il dünya çempionatında, 2016-cı il də Avropa çempionatında oyun idarə edəcək. Mən isə hələ 2009-cu ilə mətbuat konfransı keçirin zaman azərbaycanlı hakimlərin nə 2014-cü il Dünya çempionatında, nə 2016-cü il Avropa çempionatında olmayacağını söyləmişdim. İndi də deyirəm, bizim hakimlər nəinki 2014-cü ildə heç ondan sonrakı çempionatlarda da olmayacaqlar. Nə qədər ki, işlər düzgün aparılmır, heç bir uğur olmayacaq. Xaqani Məmmədov tez-tez Əliyar Ağayev və Rəhim Həsənov barədə pafoslu sözlər danışır. Hələ bilmək olmaz onlar özlərini Avropada necə göstərəcəklər. Bu hakimlikdir, beş oyun əla idarə edə bilərsən, bir oyunda isə hər şey korlana və səni hakimlikdən silə bilərlər. Vallah mən bunu istəmirəm. Allah onların hər ikisinin yolun açsın, irəli getsinlər, Azərbaycanın adını hakimlikdə də tanıtsınlar.
– Bəs hakimlərin Antalyada uzunmüddətli təlim-məşq toplanışı barədə nə deyə bilərsiz?
– Rövnəq Abdullayev 2008-ci ildə AFFA prezidenti seçiləndən bu toplanışlar mütəmadi olaraq keçirilməyə başlayıb. Keçmiş AFFA rəhbərlərinin pulu olmadığı üçün bunu təşkil edə bilmirlər. Bu beş ildə 10-a yaxın toplanış olub və hər dəfə də Xəqani Məmmədov mətbuatda hər şeyin əla olduğunu, hakimliyin inkişaf etdiyini və s. bu kimi sözlər söyləyib. Bəs çempionatda nə görürük? Təbii ki, bunun əksini. Rəhbərlikdən bir nəfər də danışdıqları ilə hakimlərin meydanda etdiyi səhvlərin bir-birinə uyğun gəlmədiyi haqda ona irad bildirmyib. Bu adam beş ildir yalan danışır. Onun özünə yaxın jurnalistlər də var, fikirlərini yaymaqla məşğuldular. Həmin jurnalistlər üçün də futbolun inkişafı maraqlı deyil. Əsas öz mənafeləridir. Antalyaya gedib orada 7 gün qalmağın xətrinə gəlib Xaqani Məmmədovu bu qədər tərifləmək düzgün deyil, ayıbdır. Hər bir insanın özünə görə mənliyi olmalıdır.
- Həmin mətbuat işçiləri kimlərdi?
- Vaxtı çatanda onların da adlarını açıqlayacam.
– Siz hakim olduğunuz zaman UEFA tərəfindən topanışlara cəlb olunmusuz. Ən uzun toplanış neçə gün olub?
– 5 gün, özü də İstedadlar Qrupunda.
– Bəs nə üçün AFFA-nın toplanışı bu qədər üzun çəkir?
– Xaqani Məmmədov bu işi UEFA-dakı başbilənlərdən də yaxşı bilir. Ona görə də, bunun toplanışı 14 gün keçir. Nəyə görə? Üzr istəyirəm, bunun ailəsi yoxdur, evdə tək adamdır, evdə darıxır, neyləsin? Vaxtını öldürməlidir, ya yox? Camaatı yığıb aparır ora ki, 14 gün başı qarışsın. Hakimlər təlim-məşq toplanışından zövq almalıdır, daha yorulub gəlməməlidirlər. Bu adam 14 gündə orada hakimlərə nə danışıb? Sizi əmin edirəm ki, eyni sözləri, əsas da qayda pozuntularından bəhs edən 12-ci maddədən danışıb. Hakimlərin təlim-məşq toplanışı bir həftə, ən çoxu isə 10 gün olmalıdır. Amma bir həftə normal və ən münasibidir.
– Bir neçə dəfə Xaqani Məmmədovun Hakimlər Komitəsinə formal olaraq rəhbərlik etdyiyni, əslində isə bu səlahiyyətin Elçin Məmmədovda olduğunu demişdiniz.
– Sözümün üstündə dururam. Qanunla ad Xaqaninindir, amma millət kor deyil ki, hamı hər şeyi yaxşı görür. Amma əslində hər yerdə Elçin Məmmədov var, hər yerdə o danışır. Özü də bir söz deyir ki, hansısa komissiyanın üzvüdür.
– Elmi-Metodiki Komitə...
– Orada elə bir komitə yoxdu, yalan danışır. Hakim heç bir komitənin üzvü ola bilməz. Komitənin üzvü və ya rəhbəri keçmiş hakim olmalıdır. Bu nə mənim, nə də Xaqaninin qərarıdır, UEFA və FİFA belə məsləhət görür.
– Ümumuyyətlə, Elmi-Metodiki Komitənin işi nədən ibarət olmalıdı?
– Gənc hakimləri yetişdirməli, oyunda olan səhvlərini müəyyənləşdirməlidirlər.
– Bəs Elçin Məmmədovun öz səhvlərini o komitədə kim müəyyənləşdirir?
– Bayaq dediyim kimi, Komitə mütləq keçmiş hakimlərdən təşkil olunmalıdır ki, şəffaflıq olsun. Komitə üzvləri oyun idarə etməməlidilər. Bu, UEFA-nın qaydasıdır.
– Necə düşünürsüz, yenidən əvvəlki işinizə qayıtmaq ehtimalınız var?
– Birmənalı şəkildə deyirəm ki, nə qədər Rövnəq Abdullayev AFFA prezidentidir mənim işə qayıtmaq ehtimalım sıfıra bərabərdir. Nə üçün? Çünki Ramin Musayev ona mənim barəmdə düzgün olmayan məlumatlar verib. Məcbur qalaraq adımı qorumaq üçün mübarizə aparıram, onlarla vuruşuram. Bu insanlara elə adam lazımdır ki, gəlsin onlardan üzr istəsin, ayaqlarına düşsün, qapılarında yatsın. Babək Quliyev elə insanlardan deyil.
– Hakimlikdən uzaqlaşdırılandan sonra Sizə AFFA-dan deyən oldubmu ki, sakit olasınız, danışmayasız, bir neçə aydan sonra hakimliyə qayıdacaqsınız?
– 2-3
dəfə mənimlə belə söhbət olub. Onlara demişdim ki, danışmasam insanlar mənə nə deyər? Deməli, günahım var ki, danışmıram. Günahım yoxdur axı. Məni haqsız olaraq hakimlikdən uzaqlaşdırıblar. Bu, bilavasitə AFFA prezidenti Rövnəq Abdullayevin böyük səhvidir. Əgər mən 4 ildir bu barədə danışıramsa, Rövnəq Abdullayev bircə dəfə deməliydi ki, bu uşağı çağırın görüm, dərdi nədir? Bunun üçün də, Azərbaycanda mənim kimi sözün düzünü deyən, öz adı, şərəfi, mənliyi üçün mübarizə aparan insanlara yer yoxdur. Onlara nə lazımdır? Gəl qapımda yat, dediyimi elə, məktub yaz və s. Mən Rövnəq Abdullayevə niyə məktub yazmalıyam ki? Dahi insan o adamdır ki, öz səhvini başa düşsün, bundan nəticə çıxararaq üzr istəsin. Vəzifəsindən və kimliyindən aslı olmayaraq. Mən Rövnəq Abdullayevdən yox, Rövnəq Abdullayev məndən üzr istəməlidir. AFFA prezidenti kimi, buraxdığı səhvə görə. Çünki mən 2009-cü ilin oktyabr-noyabr aylarında Avropa Liqasının, daha sonra isə Çempionlar Liqasının qrup mərhələsinin oyunlarını idarə etməliydim. Bu isə bilavasitə hakimliyin inkişafına görə AFFA prezidenti Rövnəq Abdullayevin adı üçün böyük uğur idi. Rövnəq Abdullayev ömrünün sonuna kimi AFFA prezidenti olsa belə, nə ondan nə də başqasından üzr istəməyəcəm.
“Het-trik news”
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |