Stadium.az © 2012-2024. Bütün hüquqları qorunur. Texniki dəstək: Netservice.az
Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməlidir.
“Mən toplanışın yekunlarından çox razıyam” Müsahibə
11.02.2013 | 4911 dəfə oxunub
“İnter”in əvəzedici heyətinin baş məşqçisi Tofiq Mustafayev klubun rəsmi internet saytına verdiyi müsahibəsində komandanın təlim-məşq toplanışı barədə danışbı, görülən işlər haqqında məlumat verib və digər sualları cavablandırıb. Stadium.az həmin müsahibəni təqdim edir:
-Komanda artıq təlim-məşq toplanışını başa vurdu. Bilmək istərdik, toplanış əvəzedici heyət üçün necə alındı?
-İlk növbədə klub rəhbərliyinə yaradılan şərait üçün minnətdarlığımı bildirmək istəyirəm. Biz zəruri şəraitlə təmin olunmuşduq. İxtiyarımızda baza, trenajor zalı, qidalanma və digər şərait vardı. Klubun prezidenti Georgi Nikolov komandamıza böyük diqqət ayırır. O, bizimlə tez-tez maraqlanır və hər işdə kömək edir. Klubun vitse-prezidenti Müzəffər Novruzəliyevə də təşəkkürümü bildirmək istəyirəm. O, da bizə çox kömək edir.
Mən artıq demişdim ki, biz yeni komanda yaradırıq. Mən toplanışın yekunlarından çox razıyam. Fiziki-funksional hazırlıq planında hiss ediləcək dərəcədə artırmışıq, topla və xətlər arasında əlaqələr üzrə işlər planındasa bizim müəyyən problemlərimiz var. Son həftə biz taktika üzərində çalışdıq, futbolçulara oynumuzun ümumi şəklini başa saldıq. Necə hücum etməyi ətraflı izah edirik, necə təzyiq göstərməyi və topsuz davranmağı başa salırıq.
-Bununla yanaşı, bir çox futbolçu toplanışı komandayla birlikdə keçirmədi. Kimsə əsas komandayla toplanışa yollandı, kimsə müxtəlif yaş kateqoriyaları üzrə milli komandalara çağırıldı, bir başqasısa “İnter”in U-17 komandasının toplanış keçirdiyi Türkiyəyə yollandı.
-Bu, kollektivin yaradılması planında mənfi haldır, lakin “İnter”in əvəzedici heyətinin futbolçularının əsas komandayla birlikdə toplanışda iştirak etməsi planında müsbət haldır. Bundan başqa, bizi çox sevindirir ki, oyunçularımız Azərbaycan milli komandalarına dəvət alırlar. Bu oyunçular bizim oyun tərzimizi bilirlər və buna görə də onların toplanışda yoxluğu komanda üçün böyük problem olmayacaq.
-Siz “İnter”in ehtiyat komandasına artıq iki mövsümdür rəhbərlik edirsiniz və bu müddət ərzində gənc futbolçuların əsas komandaya cəlb olumaları intensiv xarakter almağa başlayır.
-Bizim əsas komandayla yaxın əlaqəmiz məni çox sevindirir. Xoşdur ki, əsas komandanın məşqçi heyəti bizim futbolçuları diqqətlə izləyir. Biz məşq prosesimizi əsas komandanın hazırlıq prosesinə yaxınlaşdırmağa maksimum dərəcədə çalışırıq. Əlbəttə, biz əsas komandadan sürətli düşünmə və digər komponentlərə görə geri qalırıq. Ancaq çalışırıq ki, oyun tərzi və məşq prosesi əsas komandanın məşq tərzinə uyğun gəlsin.
-Sizin komandanız mövsümün ilk hissəsini turnir cədvəlində 3-cü yerdə başa vurdu. Maraqlıdır, çempionatın ikinci hissəsində “İnter”in ehtiyat komandasının qarşısında hansı məqsədlər dayanır?
-İstənilən insan qarşısına hansısa məqsədlər qoyur. Bizim qarşımıza konkret məqsəd qoyulub: ilk yeri tutmaq. Bəli, hazırda biz turnir cədvəlində 3-cü yeri tuturuq, ancaq kiminlə oyunda xal itirdiyimizə baxın, məhz qrupda lider olmayan komandalarla matçlarda xal itirmişik. Motivasiya planında uşaqlarda müəyyən problemlər vardı, lakin burada bizim də günahımız vardı, axı biz bu səhvi aradan qaldıra bilmədik. Buna baxmayaraq mən düşünürəm ki, “İnter” daha yüksək yerlərə layiqdir.
-Qışda komandada seleksiya işləri aparıldı. Sizin komandanız Uşaq-Gənclər Futbol Məktəbinin yetirmələrini və digər klubların oyunçularını baxışdan keçirdi. Komandanızın cərəncamında qalacaq futbolçuların adlarını açıqlaya bilərsiniz?
-Ötən müddət ərzində təqribən 30 futbolçunu, arzu edən daha çox idi, baxışdan keçirdik. Qeyd edim ki, bu və ya digər futbolçunu baxışdan keçirmədən öncə onu nəzəri cəhətdən təhlil edirdik. Yəni futbolçunun ampluasını öyrənirdik, bundan sonra ondan bu və ya digər vəziyyətlərdə nə edəcəyini soruşurduq. Belə baxışlar həddən artıq çox oldu. Biz yalnız digər klubun bir futbolçusuyla gücləndik- bu, Qaraxan Əliyevdir. “Tərəqqi” bizi anladı və onun keçidinə mane olmadı. “İnter”in UGFM-nin yetirmələrindən komandada qapıçı Emil Kazımov, həmçinin Bilal Qəmbərov və Sərdar Taşkın qalacaqlar. Bu 3 futbolçuyla müqavilə imzalanacaq, bundan başqa, “Turan”dan icarədən yoxlama oyununda fərqlənməyə macal tapmış hücumçu İlkin Sadıxov da qayıtdı. Bununla yanaşı, biz məktəbimizin digər oyunçularını da izləməkdə davam edəcəyik.
-Bu mövsüm “İnter”in əvəzedici komandasının heyəti hissediləcək dərəcədə cavanlaşmaya məruz qaldı. Komandada 1993 və 1994-cü il təvəllüdlü futbolçular demək olar qalmadı.
-Bizim əsas məqsədimiz əsas heyət üçün oyunçular hazırlamaqdan ibarətdir. Komandada 1993 və 1994-cü il təvəllüdlü futbolçular vardı, lakin biz onlarla vidalaşdıq. Biz həmin futbolçulara komandamızda çıxış etdiklərinə görə minnətdarlığımızı bildirdik, onlara karyeralarında uğurlar dilədik və yeni komanda tapmalarında köməyimizi təklif etdik. Bizə heyəti cavanlaşdırmaq lazımdır və bu qərarı “İnter”in baş məşqçisi Kaxaber Tsxadadzeylə birlikdə qəbul etdik. O, cavanlaşmaya razılığını verdi və biz bu prosesi “İnter”in UGFM-nin yetirmələrini cəlb etmək hesabına başa çatdırdıq. Bu oyunçulara hələ çox işləmək lazımdır, ancaq onların inkişaf etdiriləsi potensialları var.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Borussiya"dan Ceydon Sanço qərarı
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
01:23 "Fənərbaxça"da itki
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
17:52 "Qarabağ" - "Linkoln"
14:57 PSJ Verrattini satır
18.07.2023
17.07.2023
16.07.2023
12:37 PSJ yeni futbolçu aldı
15.07.2023
18:02 "Yuventus"dan "Latsio"ya
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |