Fatih Terim: "Şalke"ni keçsək..."
"Qalatasaray"ın baş məşqçisi Fatih Terim bu gün Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunu çərçivəsində "Şalke"yə qarşı keçirəcəkləri qarşılaşma haqda danışıb. Stadium.az xəbər verir ki, İmperator qol buraxmadan qələbə qazanmaq istədiklərini bildirib: "Şalke" güclü rəqibdir. Komanda fəal şəkildə müdafiə olunur və sürətlə hücuma keçməyi bacarır. Rəqibimizin heyətində Fuhs, Hevedes, Farfan və Bastos kimi təhlükəli futbolçular var. Qol buraxmadan qələbə qazanmaq istəyirik. Buna nail olsaq, növbəti mərhələyə adlamaq baxımından böyük üstünlük qazanacağıq. Yetirmələrimə güvənirəm, onların oyuna yanaşma tərzləri məni matça optimist yanaşmağa vadar edir. Bəziləri iddia edir ki, Sneyder və Droqbanın gəlişindən sonra biz rahat şəkildə növbəti mərhələyə adlayacağıq. Düzdür, həm Sneyder, həm də Droqba güclü futbolçulardı. Lakin unutmaq lazım deyil, onlar xeyli müddətdir oyun praktikasından əziyyət çəkirlər. Ümid edirəm ki, onların təcrübəsi bizə uğur qazanmaqda yarımçı olacaq. Başa düşürəm ki, hər kəs bizdən uğur gözləyir. Güclü heyətimiz var və insanların bizdən uğur gözləməsi anlaşılandır. Ümid edirəm ki, 1/4 finala yüksələcəyik. İnsanlar mütləq arzu etməlidirlər. Çünki arzu olmadan uğur qazanmaq qeyri-mümkündür. Əgər, bu mərhələni uğurla adlasaq, azarkeşlər bununla kifayətlənməyib, daha böyük qələbələr tələb edəcəklər. Mənim üçün turnirdə qələbə qazanamamaq - uğursuzluqdur. Hətta növbəti mərhələdə daha güclü komandalarla qarşılaşsaq belə, məqsədimiz yenə də uğur qazanmaq olacaq".
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |