Bir vəsiqəyə dörd iddialı
Topaz Premyer Liqasının təsnifat mərhələsi başa çatmamış daha bir komanda ilk “altılıq”da yerini təmin edib. Stadium.az xəbərt verir ki, öz meydanında “Xəzər Lənkəran”ı 2:0 hesabı ilə məğlub edən “Qəbələ” 1-6-cı yerlər uğrunda mübarizə aparacağı rəsmiləşən 5-ci komanda oldu. Ramiz Məmmədovun yetirmələrinə qədər vəsiqəni təmin etmək ardıcıllığı ilə “İnter”, “Simurq”, “Neftçi” və “Qarabağ” da buna nail olmuşdu.
Bütün oyunları eyni gündə - martın 3-də baş tutacaq XXII tur ərəfəsində yalnız 1 vəsiqə sahibini gözləyir. Buna ümidini itirən “Kəpəz”, “Turan” və “Rəvan” istisna olmaqla 4 klub həmin yeganə vəsiqəyə iddia edir. Hərəsinin hesabında 27 xal olan “Bakı” və “Xəzər Lənkəran”la yanaşı 26 xalı olan AZAL da “altılıq” iddiasındadır. Lakin 21 xalı olan “Sumqayıt” da nəzəri şanslarını qoruyur. Sabah “Turan”ı qəbul edəcək Bernhard Raabın yetirmələri son turda “Xəzər Lənkəran”ın qonağı olacaq. Hər 2 matçdakı qələbə müəyyən şərtlər daxilində onları mükafatlar uğrunda mübarizədə saxlaya bilər. Lakin sumqayıtlılar möcüzəyə bel bağlamalıdır. Çünki digər 3 komanda daha şanslıdır.
Son turda “Bakı” “Rəvan”ı, “Xəzər Lənkəran” “Sumqayıt”ı, AZAL “Qəbələ”ni qəbul edir. Meydan sahibi kimi çıxış edəcək hər 3 komandanın, həmçinin “Turan”ı qəbul etdikdən sonra Lənkərana yollanacaq “Sumqayıt”ın “altılıq” şansları fərqlidir.
“Bakı” - əsas favorit
Hazırda 6-cı olan “Bakı” “altılıq” mübarizəsinin favoritidir. Bojidar Bandoviçin komandasının taleyi də öz əlindədir. Bakılılar qalib gələcəyi halda digər matçların nəticəsindən asılı olmayaraq 6-cı olacaq. Çünki komandaya yalnız “Xəzər Lənkəran” çata biləcək. Şəxsi oyunlarda isə 4 xal qazanan (1:1 və 2:0) bakılılar cənublulardan öndə olacaq.
“Bakı” heç-heçə ilə də “altılığ”a düşə bilər. Bunun üçün nə “Xəzər Lənkəran” qalib gəlməlidir, nə də AZAL. Məğlubiyyət isə “Bakı”nı kənarda qoyacaq.
“Xəzər Lənkəran” “Rəvan”a ümid edir
“Xəzər Lənkəran” isə ilk növbədə “Rəvan”ın “Bakı”dan xal almasına ümid etməlidir. Bu halda qələbə onlar üçün yetərli olacaq. “Sumqayıt” üzərində qələbə qazanacağı halda “Bakı”nın istənilən xal itkisi “Xəzər Lənkəran”ı 6-cı edəcək.
Karles Bakesin də yetirmələri heç-heçə ilə istəyinə çata bilər. Bunun üçün “Bakı” uduzmalı, AZAL qalib gəlməməlidir. Məğlubiyyət isə “Xəzər Lənkəran”a heç bir variantda sərf etmir. Bu onların “altılıq” yolunu bağlayacaq.
AZAL qonaqlara ümidlidir
İlk 2 komandadan 1 xal geridə olan AZAL-ın şansları xeyli azdır. Onlar yalnız qələbə qazanacağı halda “Bakı” və “Xəzər Lənkəran”ın xal itirməsinə ümid edəcək. Bu 2 komandadan hər hansı qalib gələcəyi halda isə AZAL 7-12-ci yerlər uğrunda mübarizə aparmalı olacaq.
Heç-heçə və məğlubiyyət isə heç bir halda Vaqif Sadıqovun yetirmələri üçün məqbul sayılmır. Çünki bu variantlarda onların “altılığ”a düşməsi mümkün deyil.
“Sumqayıt” möcüzə arzusunda
Bernhard Raabın yetirmələrinin “altılığ”a çıxması çox çətin görünür. Yalnız nəzərə cəhətdən mümkün olan bu variant üçün 4 oyunun nəticəsi münasib olmalıdır. Sabah “Turan”ı məğlub edəcəyi halda “Sumqayıt” son turda “Xəzər Lənkəran”ı üstələməlidir. Bu halda “Bakı” da “Rəvan”a mütləq uduzmalıdır. AZAL uduzsa “Bakı”, “Xəzər Lənkəran” və “Sumqayıt”, heç-heçə etsə isə bu 4 komandanın hamısı eyni nəticəyə - 27 xala malik olacaq. Belə bərabərlik isə “Sumqayıt”a sərf edir. Çünki şəxsi oyunlarda onlar üstünlük qazanacaq. “Sumqayıt” Lənkəranda qalib gəlməklə əsas rəqibləri ilə şəxsi oyunlarda daha üstün olacaq.
1 | Bakı | 1 | 2:0 1:2 | 1:1 0:1 | 2:0 1:1 | 6 | 2 | 2 | 2 | 7 – 5 | +2 | 8 |
2 | AZAL (Bakı) | 2:1 0:2 | 2 | 1:1 2:2 | 0:2 2:1 | 6 | 2 | 2 | 2 | 7 – 9 | –2 | 8 |
3 | Sumqayıt | 1:0 1:1 | 2:2 1:1 | 3 | 1:1 | 5 | 1 | 4 | 0 | 6 – 5 | +1 | 7 |
| ||||||||||||
4 | Xəzər Lənkəran | 1:1 0:2 | 1:2 2:0 |
| 4 | 5 | 1 | 2 | 2 | 5 - 6 | –1 | 5 |
1:1 |
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |