Stadium.az © 2012-2024. Bütün hüquqları qorunur. Texniki dəstək: Netservice.az
Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməlidir.
AFFA AZAL-ı ciddi sanksiya ilə hədələdi
26.02.2013 | 4402 dəfə oxunub
Bu gün AFFA İntizam Komitəsinin toplantısı keçirilib. Stadium.az xəbər verir ki, toplantıda aşağıdakı qərarlar qəbul edilib:
21 fevral 2013-cü il, 2012/2013 mövsümündə, XXI Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXI turunun “Simurq” – “Bakı” matçında “Simurq” klubun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).
Oyunun 84-cü dəqiqəsində “Bakı” klubunun 21 №-li futbolçusu Sənan Bayramov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).
22 fevral 2013-cü il, 2012/2013 mövsümündə, XXI Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXI turunun “Qəbələ” – “Xəzər Lənkəran” oyunun 90-cı dəqiqəsində “Qəbələ” klubunun 36 №-li futbolçusu Ruslan Bədəlov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 2000 manat cərimə olunur (maddə 42.3).
22 fevral 2013-cü il, 2012/2013 mövsümündə, XXI Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXI turunun “Neftçi” – “İnter” matçında “İnter” klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).
23 dekabr 2012-ci il, 2012/2013 mövsümündə, Azərbaycan I Divizionunun XIV turunun “Şuşa” – “Qaradağ Lökbatan” matçında hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 100 manat cərimə olunur (maddə 40).
23 dekabr 2012-ci il, 2012/2013 mövsümündə, Azərbaycan I Divizionunun XIV turunun “Göyəzən” – “Neftçala” matçında “Neftçala” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
18 fevral 2013-cü il "Azercell U-17 Liqa"nın “Kəpəz” – “Turan” matçının 51-ci dəqiqəsində “Kəpəz” klubunun 1 №-li futbolçusu Cavid Əsgərov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
18 fevral 2013-cü il "Azercell U-17 Liqa"nın “Gənclik” – ROİL matçının 58-ci dəqiqəsində ROİL klubunun 6 №-li futbolçusu Tələt Abbasov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
19 fevral 2013-cü il "Kapital Bank U-15 Liqa"nın “Neftçi” – “Vətən” matçının 35-ci dəqiqəsində “Neftçi” klubunun 16 №-li futbolçusu İbrahim Qədiyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
Oyunun 69-cu dəqiqəsində “Vətən” klubunun 31 №-li futbolçusu Saday Rəhimli idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
12 fevral 2013-cü il "Kapital Bank U-15 Liqa"nın “Sumqayıt” – AZAL matçında aşağıdakı hadisə baş vermişdir:
Matç başlamazdan əvvəl AZAL klubunun texniki zonasında lisenziyası olmayan şəxs əyləşmiş və dördüncü hakim ona yaxınlaşaraq texniki zonanı tərk etməsini xahiş etmişdir. Lakin AZAL klubunun baş məşqçisi Mehman Babayev dördüncü hakimə həmin şəxsin klubun həkimi olduğunu və lisenziyasının matça gətirilmədiyini bildirmişdir. Bundan sonra matçın dördüncü hakimi bu haqda baş hakimə məlumat vermiş, lakin baş hakim bunu nəzərə almayaraq oyunu başlamışdır. Oyun ərzində həmin şəxs dəfələrlə oyuna müdaxilə etdikdən sonra texniki zonadan kənarlaşdırılmışdır. Oyunun 69-cu dəqiqəsində AZAL klubunun 10 №-li futbolçusu Elçin Əliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı zaman (futbolçu meydanı tərk etdiyi vaxt hakimi təhqir etmişdir) texniki zonadan kənarlaşdırılan şəxs yenidən dördüncü hakimə yaxınlaşaraq ona fiziki təsir göstərmiş və adekvat cavab almışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq İntizam Komitəsi aşağıdakı qərarı qəbul edir:
- AZAL klubunun 10 №-li futbolçusu Elçin Əliyev hakimi təhqir etdiyi üçün 4 oyunluq cəzalanır (maddə 42.3).
- Matçın hakimlərinin idarəçiliyini qiymətləndirdikdən sonra Hakimlər Komitəsi İntizam Komitəsinə məlumat versin.
- Matçın hakim-inspektorunun fəaliyyətini qiymətləndirdikdən sonra Hakim-İnspektorlar Komitəsi İntizam Komitəsinə məlumat versin.
- Komandanın məşqçi və futbolçularının müxtəlif turlarda qeyri-etik davranışları səbəbindən komandada daxili intizamın aşağı səviyyədə olduğunu nəzərə alaraq analoji hadisənin baş verəcəyi təqdirdə AZAL klubuna qarşı daha ciddi sanksiyalar tətbiq ediləcək.
23 fevral 2013-cü il U-14 Liqasının UGİM (Şamaxı) – “Kürdəmir” matçının 48-ci dəqiqəsində UGİM (Şamaxı) klubunun 10 №-li futbolçusu Ceyhun Zərbaliyev aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır (maddə 38.4).
Oyunun 48-ci dəqiqəsində “Kürdəmir” klubunun 10 №-li futbolçusu İlkin Ədilov aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır (maddə 38.4).
23 fevral 2013-cü il U-14 Liqasının UGİM (Ağsu) – “Göyçay” matçının 36-cı dəqiqəsində “Göyçay” klubunun 8 №-li futbolçusu Məqsəd Əsgərov rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır (maddə 42.1).
24 fevral 2013-cü il U-11 Liqasının “Göygöl” – “Metallurq” matçında “Göygöl” klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
23 fevral 2013-cü il U-11 Liqasının UGİM (Neftçala) – “Real” (Masallı) matçının 28-ci dəqiqəsində UGİM (Neftçala) klubunun 9 №-li futbolçusu Emil İsgəndərov komanda yoldaşını təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır (maddə 42.1).
22 fevral 2013-cü il 15 yaşlılar arasında III Region Kubokunun “Simal-Qərb” – “Qərb” matçının 14-cü dəqiqəsində “Qərb” yığmasının 15 №-li futbolçusu Aslan Həsənov aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 38.4).
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Borussiya"dan Ceydon Sanço qərarı
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
01:23 "Fənərbaxça"da itki
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
17:52 "Qarabağ" - "Linkoln"
14:57 PSJ Verrattini satır
18.07.2023
17.07.2023
16.07.2023
12:37 PSJ yeni futbolçu aldı
15.07.2023
18:02 "Yuventus"dan "Latsio"ya
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |