Zeynal Məmmədov: “Hakimlər sifariş qəbul etməsinlər, heç kimdən qorxmasınlar” Müsahibə
Qış fasiləsondən sonra “Bakı” özünə gəlməyə başlayıb. Son transferlərdən Marius Pena və Aqil Nəbiyevin komandaya çox böyük xeyri dəyir. Paytaxt klubu özünü toparlayaraq “altılığ”a yüksəldi və ölkə kubokunda “İnter” kimi rəqibini sıradan çıxararaq yarımfinala yüsəldi. Elə “İnter”lə oyundan sonra klubun vitse-prezidenti Zeynal Məmmədovla komandanın son vəziyyətindən danışdıq. Əvvəlcə isə “İnter”i mübarizədən kənarlaşdırmalarından başladıq.
– “İnter”lə oyunun ilk yarım saatı sönük keçdi. Məncə belə oyundan hamının canı sıxıldı. Amma sonrakı 60 dəqiqə kifayət qədər maraqlı keçdi. Bu müddətdə izlədiyimiz dörd qol da belə deməyə əsas verir. Oyunun gözəlliyi qoldu, biz də bunları gördük. Mən xüsusilə də hakimliyi vurğulamaq istəyirəm ki, referi Anar Salmanov və köməkçiləri çox yaxşı oyun idarə etdilər. Bizə qarşı bir çox hallarda hakim ədalətsiliyi olub, arzu edirəm ki, bundan sonrakı oyunlarımızda da belə hakimlik olsun.
– “Bakı” bir qayda olaraq heç-heçəyə
üstünlük verir. İlk oyunda qeydə alınan 1:1 hesabından sonra yarımfinala
keçəcəyinizə nə qədər inanırdız?
–
Statistikaya nəzər salsaz görərsiz ki, “Bakı” kibok oyunlarında həmişə “İnter”i
üstələyib. Bunun bir daha şahidi olduq. Biz heç-heçə oynaya bilərik, amma
gördüz ki, bu bərabərliklər bizə sərf etdi.
– İlk oyunda qeydə alınan 1:1 hesabından
sonra çoxları “İnter”i yarımfinalda görürdü. Həmin insanlara sözünüz varmı?
– Nə
deyim e, həmin insanlar “Bakı”nı indi də hesabdan siliblər. Onlar “Bakı”nı heç
beşinci yerdə də görmürlər. Halbuki beşinci yerdə olan komandayla 2, dördüncü
yerdə olanla isə 6 xal fərqimiz var. “Bakı” həmişə ikinci dövrədə öz sözünü
deməyi bacarıb və bu dəfə də belə olacaq.
– “İnter”ə vurulan hər iki qolda bəxt amili
sizin tərəfinizdə oldu...
–
Düzdü, mən də təsdiqləyirəm ki, hər iki qolda bəxt “Bakı”ın yanında idi.
Dirəkdən dönən də topumuz oldu, amma bəxt bizim yanımızdaydı. Bir məsəl də var,
onu deyəcəm, “bəxt həmişə güclünün yanında olur”. Qoldan sonra çox yaxşı oyun
izlədik və komandamız “İnter”dən bir baş üstün, daha layiqli çıxış etdi.
– Kamran Ağayevin meydana çıxmasına nə mane
olur?
–
“Altılıq” oyunlarında Kamranı meydanda görəcəyik. Kamran tam hazır idi, amma
bir balaca zədə problemi ortaya çıxdı. Ən qısa zamanda Kamran meydana çıxacaq.
– Son zamanlar hakimlikdən də narazılığınızı
tez-tez bildirirsiz...
– Mən
istəyərdim səhvlər olsun, kimsə bizə qərəz nümayiş etdirməsin. Arzulayaq ki,
yaxşı hakimlik olsun, bundan başqa nə deyə bilərik ki?! Əsas odur ki, hakimlər
sifariş qəbul etməsinlər, heç kimdən qorxmasınlar. Necə ki, Anar Salmanov bu
gün kişi kimi oyun idarə etdi, hamısı belə olsun. İnanın ki, biz uduzsaydıq da
mən eyni sözləri deyəcəkdim.
– “Bakı” çempionatın son oyununda “Rəvan”ı
udaraq “altılığ”a düşdü...
–
Bizə qələbə çox vacib lazım idi. Bütün çətinliklərə baxmayaraq, komandamız
istədiyi qələbəni qazandı. Düzdü, oyunda ilk qolu biz buraxdıq. Ancaq sonradan
hər şeyi öz xeyrimizə həll edə bildik. Futbolçular axıra kimi vuruşdular,
layiqli qələbə qazandılar. Sizə inandırıcı gəlməyə bilər, amma biz yenə də
çempionluğa oynayırıq. Bu sözlərim real olmaya bilər, amma bizim məqsədimiz
çempionluqdur. Digər tərəfdən siə qarşıda 10 oyun var ki, bu da 30 xal
deməkdir. Deməli, nəzəri cəhətdən bizim çempion olmağımız mümkündür də.
– Qışda edilən transferlərdən sonra “Bakı”da
yerli futbolçular üstünlük təşkil etməyə başlayıb. Bu amilin komandanın özünə
gəlməsində başlıca rol oynadığını düşünmək olar?
–
“Rəvan”la son oyunumuzda 6 yerli futbolçu start heyətində meydana çıxmışdı
ki, “İnter”lə kubok görüşündə 4 yerli futbolçuya şans verdik. Uzun müddət idi
“Bakı”da belə məqam qeydə alınmırdı. Əvvəlki oyunlarımıza fikir versəz,
legionerlər üstünlük təşkil edirdi. Təəssüflər olsun ki, Aqil “İnter”lə cavab
oyununda meydana çıxa bilmədi. Kamranın zədəsi var, Rauf da hələ yüz faiz hazır
deyil. Bu xırda problemlər aradan qalxandan sonra “Bakı” meydana daha çox yerli
oyunçularla çıxacaq.
– Etdiyiniz transferlər ümidlərinizi
doğruldur?
– Mən
inanıram ki, hamısı bizim ümidlərimizi doğruldacaq. Rauf Əliyev, Kamran Ağayev,
Aqil Nəbiyev, Cavid Hüseynov, Marius Pena kimi oyunçular uğursuz transferlərdir
məgər? Bunlara uğursuz deyənlərdən heç baş açmıram. Düzdür, indi Rauf qol vura
bilmir, amma inanın ki, hər şey öz qaydasına düşəcək. İndi Pena daha çox
üzdədir, çünki ona şans verilib və hücumçu bundan layiqincə istifadə edir.
Digər futbolçulara da şans verildikcə onlar da özlərini doğruldacaqlar.
– Artıq demək olar ki, yol üstə olan Bojidar
Bandoviç “Bakı”da yerini möhkəmləndirdi?
–
Gəlin bu haqda danışmayaq. Bu adam “Bakı”nın baş məşqçisidir və onun işləri
düzəlməyə doğru gedir. Başqa söhbət ola da bilməz. Biz Bandoviçə inanırıq və
gördüyünüz kimi yolumuza onunla da davam edirik.
– Maruis Penanı çıxsaq, digər yeni
legionerin oyunu alınmır...
-
Mariusun səviyyəsi göz qabağındadı, əlavə şərhə ehtiyac yoxdu. Digər legionerlər
hələ komandaya tam uyğunlaşmayıblar. Qısa müddətdən sonra onlar da
sərgilədikləri oyunla özlərini göstərəcklər.
– Bayaq da Rauf Əliyevin qol vura
bilməməsinə toxunduz və bu məqam komandaya mənfi təsir göstərir. Bax bu məqam
sizi narahat etmir?
– Mən
deyərdim ki, sadəcə Raufun bəxti gətirmir, elə bil, bu futbolçu qara zolağa
düşüb. Amma inanıram ki, Rauf, altılıq oyunlarında öz sözünü deyə
biləcək.
– Deyilənə görə “Atletiko”nun nümayəndələri
bu ay da Bakıya gələcəklər. Bu dəfəki səfərin məqsədi nədir?
–
Onlar 1-2 günə artıq paytaxta olacaqlar. Bu, səfər tək “Bakı” üçün deyil,
Azərbaycan futboluna görədi. “Atletiko”nun seleksiyaçıları 15 yaşadək
futbolçular arasında seçim edəcəklər. Bəyəndiklərini də Madridə aparacaqlar.
"Het-trik news" qəzeti
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |