Berti Foqts: "Böyükağa Hacıyevin hər dediyini yazmayın" Müsahibə
Bu gün Topaz Premyer Liqasının 23-cü turu çərçivəsində baş tutan paytaxt derbisini - "Bakı" - "Neftçi" görüşünü canlı olaraq stadiondan izləyən milli komandamızın baş məşqçisi Berti Foqts qarşılaşmadan dərhal sonra Stadium.az saytına müsahibə verib.
- İlk olaraq, izlədiyiniz qarşılaşma haqda fikirlərinizi
bilmək istərdik.
- Maraqlı
oyun oldu. Matçın gərgin keçdiyini söyləyə bilərəm. Hər iki komanda qələbə
qazanmaq üçün əlindən gələni etdi.
- Oyunun nəticəsini ədalətli hesab edirsiniz?
- Bəli,
məncə heç-heçə ədalətli nəticə oldu. Baxmayaraq ki, "Bakı" penaltini
vura bilmədi. Əgər, onlar penaltidən yararlansaydılar, bəlkə də nəticə tam
başqa cür olardı.
- Bir neçə gün əvvəl millinin heyətini açıqladınız.
Son vaxtlar yaxşı formada olan "Neftçi"dən Araz Abdullayevlə "İnter"in
üzvü Asif Məmmədova dəvət göndərməməyiniz heç də birmənalı qarşılanmadı.
- Bu gün
Arazın oyununu izlədim. Artıq onun hansı formada olması haqda geniş məlumatım
var. Gələcəkdə Araz milliyə kömək edə bilər. Növbəti toplanışlarda onu da
sınaqdan keçirəcəyik.
- Bəs, Asif Məmmədov?
- Asif Məmmədov
haqda da məlumatım var. Onun haqda bütün informasiyaları köməkçim Nazim
Süleymanov mənə çatdırıb. Gələcəkdə onun da çıxışını yaxından izləyəcəyəm. Əgər
istədiyimiz kimi olsa, özünü yaxşı tərəfdən göstərməyi bacarsa, ona da dəvət
göndərməyimiz mümkündür. Amma unutmayın ki, futbolçunu milliyə 1 qol vurduğuna
görə çağırmırlar.
- Bir müddət əvvəl "Neftçi"nin baş məşqçisi
Böyükağa Hacıyev belə bir açıqlama vermişdi ki, yığmanın heyəti sizə hazır vəziyyətdə
təqdim edilir. Buna münasibətiniz necədir?
-
Böyükağa Hacıyev çox zaraftcıl insandır. O zaraftı çox sevir və həmin sözləri
deyərkən də zarafat edib. Siz onun hər dediyini yazmayın.
- Qarşıda millimizi 2 oyun gözləyir - Lüksemburq və
Portuqaliya milliləri ilı görüşəcəyik. Bu oyunlardan neçə xal götürəcəyimizə
söz verə bilərsiniz?
- Mən
indidən heç nəyə söz verə bilmərəm. Əlimizdən gələni edəcəyik ki, mümkün qədər
yaxşı çıxış edək. Sərfəli nəticə qazanmaq üçün komandam səy göstərəcək. Amma mən
heç vaxt oyunlardan öncə proqnoz vermirəm. Hər iki oyunda hesab hələ ki,
0:0-dı, çalışacağıq ki, uğur qazanaq.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |