"Bakı"nın 9 futbolçusu milli komandalarda
"Bakı" futbol klubunun 7 üzvü FİFA 2014 DÇ qrup mərhələsi oyunlarında keçiriləcək rəsmi qarşılaşmalarda forma geyə bilər. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, Azərbaycan milli komandasının baş məşqçisi Berti (Hubert) Foqts komandanın 5 üzvünü yığmanın düşərgəsində görmək istəyir. Bunlar Kamran Ağayev, Cavid Hüseynov, Elvin Məmmədov, Aqil Nəbiyev və Rauf Əliyevdir.
Bura Azərbaycan milli U-21 sıralarına dəvət alan Şəhriyar Əliyev və Nurlan Novruzovu da əlavə etsək, "Bakı" futbol klubunun milli komandlarda təmsilçilik kəmiyyəti 9-a çatır.
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması martın 15-də və 16-da Bakıda, martın 17-dən 28-dək isə Avstriyada təlim-məşq toplanışında olacaq. Toplanış çərçivəsində yığmamız martın 23-də Gürcüstanın, martın 26-da isə Albaniyanın U-21 komandası ilə yoldaşlıq oyunu keçirəcək.
Milli komandamız səfər oyununa hazırlıq prosesini Dubayda keçəcək. Zədə səbəbindən final mərhələsinin Bakı derbisində ("Neftçi", 1:1) meydana çıxa bilməyən Aqil Nəbiyevin təlim-məşq toplantısında iştirakı sual altındadır.
Xatırladaq ki, Azərbaycan milli komandası bu ay ərzində 2 rəsmi oyun keçirəcək. Milli komandamız 22 mart 2013-cü il tarixində Lüksebdurqun qonağı olacaq. 4 gün sonra isə (26 mart 2013) Tofiq Bəhramov adına Respublika stadionunda Portuqaliyanı qəbul edəcək.
Daha 2 futbolçu isə səfərə yollanır. Deyvidas Çesnauskis Slovakiya-Litva qarşılaşmasında Litva millisinin, Deniss İvanovs isə Lixtenşteyn-Latviya oyununda Latviya formasında meydana çıxa bilər.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |