"İlk oyunlarda necə ürəklə, həvəslə oynamışamsa, elə də davam edəcəm”
Qış "transfer pəncərəsi”ndə "Rəvan”ın heyətə qatdığı futbolçulardan biri də Ramil Həşimzadə idi. Stadium.az xəbər verir ki, "Sumqayıt”dan transfer edilən yarımmüdafiəçi ilk vaxtlar formada olmamasına görə oynaya bilmirdi. Ancaq son 2 matçda baş məşqçi Ramil Əliyev onun xidmətindən yararlanıb. Ramil əvvəlcə ölkə kubokunun "Xəzər Lənkəran”la Lənkəranda keçirilən cavab 1/4 final matçında meydana çıxmışdı. Topaz Premyer Liqasının 23-cü turu çərçivəsində elə "Xəzər Lənkəran”a qarşı görüşdə isə o, ölkə çempionatında "Rəvan” forması ilə debüt etdi. Məşqçilərin start heyətində yer verdiyi Həşimzadə bu haqda klubun rəsmi saytına danışıb: "Sumqayıt”dan gələndən sonra bir müddət formamı bərpa etməklə məşğul idim. Məşqlərdə üzərimdə səylə çalışırdım ki, çatışmazlıqları tez aradan götürə bilim. "Rəvan”da ilk olaraq Lənkərandakı kubok oyununda debüt etdim. Ardından isə çempionatda "siftə” elədim. Oyunumdan razıyam? Hazırda tam formada olduğumu demək olmaz. Amma məncə, pis çıxış etmədim. Ancaq daha da artırmalı olduğumu gözəl başa düşürəm. İstənilən halda, nə dərəcədə hazır olduğuma məşqçilər söyləyə bilər. Qarşıda hələ 9 oyun var. Çalışacam ki, məşqlərdə özümü yaxşı tərəfdən göstərib start heyətinin daimi üzvünə çevrilim. Yekun qərarı Ramil müəllimin verəcək. Mən öz adımdan söz verə bilərəm ki, ilk oyunlarda necə ürəklə, həvəslə oynamışamsa, elə də davam edəcəm. Çıxış etdiyim sağ cinahda böyük qrdaş saydığım Ramazan Abbasov da oynayır. Rəqabət? Məncə, rəqabət həm komandanın xeyrinə olacaq, həm də hər ikimizin "artım”ına səbəb olacaq”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |