"Nə qədər desəm də, oyunçu lazımdı, elə deyirdilər ki, "yayda gətirərik" Müsahibə
Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadov Futbolxeber.az saytına müsahibə verib. Stadium.az həmin müsahibəni təqdim edir:
- Premyer Liqada artıq final mərhələsi start
götürüb. Yəqin ki, 23-cü turun oyunlarınız izləmisiniz. Həlledici mərhələnin
qarşılaşmaları barədə nə deyə bilərsiniz?
-
Çempionat oyunlarına baxdım. Bəzi qarşılaşmaları da canlı olaraq izlədim. Gərgin
və maraqlı oyunlar oldu. "Qarabağ"ın oyunu çətin alındı. Həmin matçda
"Qarabağ"ın uduzacağını gözləmirdim. Düşünürdüm ki, ən pis halda
heç-heçə olacaq. Amma komanda gözlənilmədən uduzdu. Halbuki "Qarabağ"
qələbə qazanmaqla mövqeyini daha da yaxşılaşdıra bilərdi.
- Başqa hansı nəticə sizin üçün gözlənilməz oldu?
-
"Qarabağ" haqda dediyim sözlər "Qəbələ"yə də aiddir. Ramiz
Məmmədovun komandasının "İnter"ə uduzacağını gözləmirdim. Çünki
"Qəbələ" kubokda da mübarizəni dayandırıb. İndi bütün diqqətlərini
çempionata yönəltməlidirlər. "İnter" də güclü komandadır. Sadəcə
olaraq, son vaxtlar ardıcıl çətin oyunlar keçirirlər. Buna baxmayaraq,
"İnter" Qəbələdə gözəl oyun sərgiləyərək, qələbə qazandı. Həmçinin bu
qələbə sayəsində "Neftçi" ilə xal fərqini minimuma endirdilər. Bunda
"Neftçi"nin də günahı var.
Çünki onlar "Bakı"ya qalib gəlsəydilər, mövqelərini daha da gücləndirəcəkdilər.
- Hazırda "Neftçi" və "İnter"
digər komandalardan 1 addım öndədir. Bu iki komandanın mübarizəsində hansı
kollektivi çempionluğa daha şanslı görürsünüz?
- Əvvəldən
düşünürdüm ki, çempionluq uğrunda "Neftçi", "İnter"lə
yanaşı "Qarabağ" da mübarizə aparacaq. Amma "Qarabağ"
Zaqataladan məğlub dönməklə işini xeyli çətinə saldı. Hazırda onlar
"Neftçi"dən 6, "İnter"dən isə 5 xal geri qalırlar. Bu isə
heç də az fərq deyil. Çünki final mərhələsi qısa bir turnirdi. Burada cəmi 10
tur oynanılır ki, bunun da biri artıq geridə qalıb. Yəni sona 9 tur qalıb. 9
tur ərzində də 6 və ya 5 xal fərqini aradan götürmək elə də asan deyil. Amma
düşünürəm ki, "Qarabağ" çempionluq uğrunda sonadək mübarizə aparacaq.
O ki qaldı, "Neftçi" ilə "İnter"ə, bu mübarizədə "Neftçi"
favoritdi. Cari mövsümdə tərəflər artıq 2 dəfə qarşılaşıblar və bu oyunlarda
"Neftçi" rəqibinə uduzmayıb. 1 dəfə heç-heçə olub, 1 dəfə isə qələbə
qazanıb. Yəni ki, şəxsi oyunlarda "Neftçi" "İnter"i üstələyir.
Bu səbəbdən də mənim favoritim "Neftçi"di. Növbəti turda da bu iki
komanda üz-üzə gələcək. Həmin matçda "Neftçi" qələbə qazansa, sona 8
tur qalmış xal fərqini 4 xala çatdıracaq ki, bu da böyük üstünlükdür. Bu səbəbdən
də düşünürəm ki, qarşıdakı turda "Neftçi" "İnter"ə qalib gəlsə,
çempionluq yolunda böyük üstünlük qazanacaq.
Ümumilikdə
isə komandaların necə çıxış etmələri onların hazırki fasilədən necə
yararlanmalarından asılı olacaq. Kim bu müddətdə daha yaxşı hazırlaşsa,
oyunlara daha hazır şəkildə çıxsa, həmin komanda da uğur qazanacaq.
- Bayaq özünüz də qeyd etdiniz ki, "Qəbələ"nin
"İnter"ə uduzması bir qədər gözlənilməz oldu. Bu komanda son vaxtlar
inamsız təsir bağışlayır. Komanda kubokda mübarizəni dayandırıb, çempionatda da
son məğlubiyyətdən sonra vəziyyətləri xeyli pisləşdi. Halbuki komandanın yaxşı
heyəti, əla infrastrukturu, güclü maliyyə dayaqları var. Sizcə, bütün bunların
olduğu halda, komanda niyə uğur qazana bilmir?
-
Razıyam ki, komandanın uğur qazanmaq üçün hər şeyi var. Amma konkret
uğursuzluğun səbəbini deyə bilmərəm. Çünki komandadan kənardayam. Daxildə nələrin
baş verdiyini heç birimiz bilmirik. Bunun üçün kollektivin içində olmaq
lazımdı. Kənardan biz yalnız oyuna baxıb, komandanın çıxışınına qiymət verə bilərik.
Amma mən hesab edirəm ki, "Qəbələ"nin uğursuz çıxışında AZAL-dan
aldığı böyükhesablı yenilginin rolu var. Çünki belə görünür ki, həmin yenilgidən
sonra komanda özünə gələ bilməyib. Halbuki "Qəbələ"nin əla hücum
potensialı var. Bu komandanın hücum xətti - Mendi, Dodo, Kamanan
"trio"su çox güclüdürlər. Eləcə də Rəşad Abdullayevin adını qeyd etmək
olar.
- AZAL-ın çıxışı haqda nə düşünürsünüz? Əgər,
çempionatda "altılıq" sistemi olmasaydı, komanda hazırda beşinci pillədə
qərarlaşardı.
- Həqiqətən
AZAL yaxşı komandadır. Düşünürəm ki, onlar ilk "altılığ"a layiq idilər.
Amma bir qədər bəxtsizliklə üzləşdilər. Bayaq da dediyim kimi, uğursuzluğun
konkret səbəbini kənardan demək çətindir. Amma AZAL havayı yerə xeyli xal
itirdi. Əgər, komanda bir qədər diqqətli olsaydı, bu gün ilk
"altılıq"da mübarizə aparardı. Çempionata da yaxşı başlamışdılar.
Ümumiyyətlə, Vaqif Sadıqovun yaxşı komanda formalaşdırdığını deyə bilərəm.
Çünki Sadıqov özü yaxşı futbolçu olub, futbolun nə olduğunu gözəl bilir. Vaxtı
ilə rəhbərliyim altında da çıxış edib. Sadıqov hələ gənc vaxtlarında ağıllı
futbol oynayırdı.
- Ağasəlim müəllim, mütəxəssislər arasında belə
fikir səslənir ki, hansı komanda avrokuboklara vəsiqə qazanır, qazansın. Yetər
ki, orada ölkəmizi daha layiqli şəkildə təmsil etsin. Geridə qalan müddət ərzində
hansı komandaları qitə kuboklarına daha layiqli hesab edirsiniz?
-
Bilirsiz necədi, bizim klublar ümumiyyətlə avrokuboklara düzgün hazılaşmırlar.
Çempionat başa çatdıqdan sonra bir çox komandalar xeyli sayda futbolçunu yola
salır, əvəzinə yenilərini gətirirlər. Ya da ümumiyyətlə, istədikləri
futbolçuları tapa bilmirlər. İşlədiyim vaxtlarda özüm də bu cür problemlər
qarşılaşmışdım. Nə qədər desəm də, oyunçu lazımdı, elə deyirdilər ki,
"yayda gətirərik". Bu, düzgün yanaşma deyil. Tutaq ki, hansısa
komanda Avroliqaya vəsiqə qazanıb. Çempionat mayın sonunda başa çatır.
Avroliqanın ilk mərhələsi isə iyulun əvvəlində start götürür. İstirahət müddətini
də nəzərə alsaq, komandanın hazırlaşmaq üçün 15-20 gün vaxtı olur. Bu müddətdə
isə bilmirsən ki, oyunçu axtarasan, transfer edəsən, yoxsa komandanı
hazırlayasan. Amma bütün bu işlər qış fasiləsində həyata keçirilsə, daha yaxşı
olar.
- Son vaxtlar əsas müzakirə olunan məsələlərdən
biri də çempionatın formatıdı. Siz bu haqda nə deyə bilərsiniz?
- Belə
deyək də, insan fiziolojiyasına görə, futbolçu il ərzində 50-55 oyunda çıxış edə
bilər. Amma bizdə bu say aşağıdır. 12 komandadan ibarət 2 dövrəli çempionat
keçirsək, edəcək 22 oyun. Lap 8 oyun da olsun kubok, cəmi 30. Görün arada nə qədər
fərq var? Hətta mən deyərdim ki, indiki formatda da komandalar çox oyuna
çıxmırlar. Biz futbolumuzu inkişaf etdirmək istəyiriksə, oyunların sayını
çoxaltmalıyıq. Qoy, futbolçularımız Avropa ilə ayaqlaşsınlar. Nəyə görə
onlardan az oyun keçirməliyik? Futbolçu oyuna çıxdıqca fiziki cəhətdən güclənə
bilər.
- Formatla bağlı sizin təklifiniz nədir?
- Mən
istərdim ki, 12, heç olmasa 10 komandadan ibarət dörddövrəli çempionat
keçirilsin. Bu zaman oyunların sayı 44 və ya 36 olacaq ki, kubok görüşlərini də
nəzərə alsaq, say hardasa 50-yə yaxınlaşır. Mən məhz çempionatın bu formatda
keçirilməsini istərdim. Eyni zamanda qış fasiləsinin də müddətini azlatmaq
olar. Bizdə qış fasiləsi xeyli uzun olur. Yaxşı olardı ki, çempionat dekabrın
18-də başa çatsın və yanvarın 20-də yenidən bərpa olunsun. Məncə, belə olan
halda millinin baş məşqçisinin də işi rahat olar. O da istədiyi vaxt milli üçün
8, 10 günlük toplanışlar keçirə bilər. Bunun üçün stadion problemi də
olmamalıdır. Bildiyiniz kimi, bizdə qış mövsümündə bu baxımdan problemlər
yaşanır. Son vaxtlar gözəl stadionlar tikilib. "Bakı" və "Qəbələ"nin
bazasında böyük işlər görünür. Eləcə də "Neftçi"nin ev oyunlarını
keçirdiyi 8 KM stadionunu qeyd edə bilərəm. Bir sözlə, yaxşı stadionlar olsa,
çempionatda qış fasiləsini daha tez başa vurmaq olar.
- Bir müddət əvvəl sabiq klubunuz "Xəzər Lənkəran"da
baş məşqçi dəyişikliyi reallaşdı. Mətbuatda komandaya dönəcəyiniz haqda xəbərlər
dolaşırdı. "Xəzər Lənkəran"dan sizinlə əlaqə saxlayan oldu?
- Yox,
heç kim mənimlə əlaqə saxlamayıb. Azarkeşlər sağ olsunlar, bizi unutmurlar.
Amma dediyim kimi, nəinki "Xəzər Lənkəran"dan, heç bir klubdan təklif
almamışam.
- "Xəzər Lənkəran"ın yeni baş məşqçisi -
Con Benjamin Toşak haqda fikriləriniz necədir? Sizcə, o burada uğur qazana biləcək?
- Mən heç vaxt həmkarlarım haqda danışmıram. Ona yalnız uğurlar arzulaya bilərəm. Mənim üçün bir məqam maraqlıdır. Bildiyiniz kimi, Toşak bir müddət əvvəl Makedoniya millisini çalışdırırdı. Özü isə İspaniyada yaşayırdı. Lakin həmin vaxt Toşak Makedoniyanın paytaxtında qala bilmədiyindən, tez-tez ailəsini görmək üçün İspaniyaya yollanırdı. Sonda isə federasiya onun qarşısında seçim qoydu ki, ya ailə, ya iş. O da ailəsini üstün tutduğuna görə federasiya onunla vidalaşdı. Bir sözlə, Toşakın burada harada yaşayacağı, bu və ya digər problemləri həll edib-etməyəcəyi bəlli deyil.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |