Lüksemburq - Azərbaycan: jurnalistlər nə düşünürlər?
Bu gün milli komandamız dünya çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxacaq. Yığmamız səfərdə Lüksemburqun qonağı olacaq. Bu oyun haqda futbol mütəxəssisləri, yığma üzvləri kifayət qədər danışıblar. Bəs, görəsən millimizin oyunu haqda idman jurnalistləri nə düşünürlər? Futbolxeber.az saytı Lüksemburq - Azərbaycan oyunu ilə bağlı mətbuat nümayəndələrinin fikirlərini öyrənib. Stadium.az həmin materialı təqdim edir:
Vüsal
Gözəlov (Stadium.az saytının baş redaktoru):"Lüksemburqun
adına baxmayaraq, onların milliləri ilə bizim komandamız arasında böyük fərq
yoxdu. Düzdür, bizim çempionatımız və futbolumuz daha üstün səviyyədədir. Hər
halda biz belə düşünürük. Lakin Lüksemburqun Şimali İrlandiya və Portuqaliyaya
qarşı keçirdikləri oyunlar göstərdi ki, Lüksemburq yığması heç də zəif deyil.
Bizə uyğun komandadı. Lakin istənilən halda, düşünürəm ki, millimiz qələbə
qazanacaq. Azərbaycan millisi Lüksemburqdan qələbə ilə dönsə, buna sevinə bilər.
Azərbaycanlı kimi mən millimizin qələbəsinə inanıram. Proqnozum belədir ki,
hesab 1:0 millimizin xeyrinə olacaq".
İlqar
Tağıyev (Het-trik news qəzetinin baş redaktoru):
"Kağız üzərində Lüksemburqdan "1 baş" üstün görünsək də, əslində
hər iki komanda eyni səviyyəyə malikdi. Oyunun nəticəsi hesabı kimin və nə vaxt
açmasından çox asılı olacaq. Əgər ilk qolu rəqib vurarsa, təbii ki, millimiz
hesabda tarazlıq yaratmaq üçün irəli atılacaq. Belədə ən yaxşı halda, heç-heçəyə
ümid etmək olar. Yəni, hesabda geri düşən komandamızın qələbə qazanmasını real
hesab etmirəm. Yox, əgər hesabı bizimkilər açarsa, bu başqa məsələ. Amma bir şərtlə,
Şimali İrlandiya ilə oyunda olduğu kimi qorxaq futbol nümayiş etdirməsinlər. Oyunun
nəticəsinə gəldikdə, bayaq qeyd etdiyim kimi, ilk qolun nə vaxt vurulacağı
oyunun kimin xeyrinə başa çatmasını böyük ölçüdə həll etmiş olacaq. Fikrimcə,
birinci hissədə qeydə alınan nəticə matçın sonuna kimi dəyişməz qalacaq.
Millimizə uğurlar arzulayıram. Ümid edirəm ki, Portuqaliya ilə oyundan öncə Vətənə
üzüağ dönə biləcəklər. Amma nəzərə alaq ki, futbolda hər şey mümkündü və bu üzdən
proqnoz vermək həmişə çətin olur. Oyunun nəticəsi - Lüksemburq - Azərbaycan 1:2".
Rüstəm
Əzimov (1news.az xəbər portalının əməkdaşı):
"Mən hesab edirəm ki, bu gün bizim milli komandamız qələbə qazanacaq. Konkret
nəticəyə gəldikdə isə, 1:3 hesabı ilə bizim yığmamız qalib gələcək".
Sənan
Şəfizadə (ATV kanalının əməkdaşı): “Çoxları Lüksemburq millisi haqda tamam başqa
fikirdədi. Hamı elə blir ki, millimiz asanlıqla yaxşı nəticə qazana biləcək.
Amma Lüksemburqun son oyunlarına diqqət yetirsək görərik ki, bu gün biz Avropa
futbolu oynaya bilən bir komandaya qarşıyıq. Necə ki, bizim nəzərimizdə
Lüksemburq zəif təsir bağışlayır, eləcə də onlar bizim milli haqqında belə
düşünürlər. Foqts artıq 6 ilə yaxındı ki yığmamıza rəhbərlik edir. Artıq səfərdə
qələbə qazanmaq vaxtıdı. Rusiya, Portuqaliya ilə də müdafiə futbolu oynayaq,
Lüksemburqla da? Əlbəttə ki, bu tamamilə yalnış taktikadı. Millimizin istənilən
hesablı qələbəsinə inanıram. Mənə elə gəlir ki, hesab 1-2 xeyrimizə olacaq”.
Tural Dadaşov (İTV kanalının əməkdaşı): "Milli komandamızdan qələbə gözləyirəm.
Fikrimcə, yığmamız bu gün 2:0 hesabı ilə qalib gələcək".
Kənan Məstəliyev (Komanda qəzetinin əməkdaşı): "Lüksemburqun qrupda keçirdiyi oyunlara baxanda görərik ki, bu komanda hətta güclü rəqiblərə belə problem yarada bilən komandadı. Ancaq biz də FİFA reytinqində geriləməyimizə baxmayaraq, Lüksemburqa qarşı müqavimət göstərib, qələbə qazana bilərik. Düşünürəm ki, artıq Foqtsdan qələbə tələb etməyin zamanıdı. Çünki indiyədək millimizdə çalışan məşqçilər arasında heç kimə belə yüksək qayğı göstərilməyib. Foqtsun aylıq maaşı Şahin Diniyevin keçmişdə aldığı bir illik məvacib qədərdi. Bəlkə də bu qayğı Şahin Diniyevə göstərilsəydi, millimiz bu vaxta qədər daha çox uğur qazanmış olardı. Əlbəttə, səfərdəki heç-heçə faciə sayılmamalıdı, amma biz qələbə üçün oynamalıyıq. Müdafiə xəttimiz o qədər də güclü təsir bağışlamır, bu səbəbdən qol buraxmayacağımıza inanmıram. Məncə, 1-2 hesabıyla qələbə qazanacağıq”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |