Foqts: "Portuqaliya yığmasına qalib gəlmək istəyirik"
Sabah dünya çempionatının seçmə mərhələsi çərçivəsində Bakıda Portuqaliya milli komandasının qəbul edəcək yığmamızın baş məşqçisi Berti Foqts bu gün oyunöncəsi mətbuat konfransı keçirib. Stadium.az xəbər verir ki, almaniyalı mütəxəssis əvvəlcə hazırlıq barədə danışıb.
- Hazırlıqdan razıyam. Bilirik ki, bizi
sabah dünyanın ən güclü yığmalarından biri ilə oyun gözləyir. Vaqif Cavadovun
budunda zədəsi olduğuna görə heyətdə olmayacaq.
- Lüksemburqla oyunda cinahlar fəal deyildi. Bir sıra
futbolçularda oyun praktikası yoxdur. Ancaq formada olan Araz Abdullayev dəvət
almır. Bu prinsipi aparmaq nə ilə bağlıdır?
- Araz barədə hər şeyi danışmışam. O, milliyə niyə görə
almadığını bilir. O, Avroliqada çox az oynayıb. Daxili çempionatla beynəlxalq
matçlar fərqlidir.
- Cihan klubunda oynamır. Belə söhbət gəzir ki,
Özkaranın meneceri sizinlə dost olduğuna görə milliyə çağırılır?
- Mən Cihanın menecerini
tanımıram. Belə olan halda, necə bunu deyə bilərsiniz. Elə şeylər danışırsınız
ki...
- Lüksemburqla oyunda Rəşad Sadiqovun yorulduğu
açıq görünürdü. Ancaq formada olan Elvin Məmmədovu oynatmıdınız. Rəşadın yerinə
neçə vaxtdır oynamayan Cihanı niyə buraxdınız?
- Həmin vaxt rəqib
yorulduğuna görə yarımmüdafiəçi yox, hücumçu buraxmaq istədim. Buna görə
Özkaranı meydana buraxdım. Elvinin səviyyəsinə bələdəm.
- Portuqaliya yığmasında olan itkilər lehimizə
olacaq, yoxsa əleyhimizə?
- Ronaldo, Naninin
oynamamağı işimizi çətinləşdirir. Çünki oynayanda, diqqət onlara olacaq. Bu dəfə
11 nəfərin hamısı diqqət mərkəzində olacaq.
- AFFA millinin ardıcıl 2 oyun keçirəcəyini nəzərə
alaraq, 13 günlük təlim-məşq toplanışı təşkil etdi. Buna görə çətinliklər bəhanə
gətirməməlidir. Özü də klublar belə uzun müddətli toplanışlara etiraz etdi...
- O biri ölkələrlə
müqayisədə bizdə hazırlığıa neçə gün hazırlıq vardı? Martda 2 oyun keçirmək
AFFA-nın yox, FİFA-nın qərarıdır. Biz digər ölkələrlə müqayisədə 3 gün tez
yığışmışıq. Bu da klubların hazırlığından narazı olmağımla bağlıdır. Çox işləyəndə
tənqid edilməyi düzgün saymıram. Əvvəlki oyunlarda bəxt, hakim səhvlərini nəzərə
alsaq, indi 8 xalımız olmalı idi.
- Portuda keçirilən mətbuat konfransında
Portuqaliya yığmasından çox şey öyrənməli olduğumuzu, Bakıda sensasiya edə biləcəyimizi
demişdiniz. Bu dəfə meydana öyrənmək, yoxsa sensasiya etmək üçün çıxacaqsınız?
- Ümid edirəm ki,
sürpriz etməyə çıxacağıq. Dediklərimdə diqqətli olmalıyam. Sabah sürpriz
olmasa, oyundan sonra mətbuat konfransında ilk sualınız bu olacaq. Biz nəticə
üçün çıxacağıq. Portuqaliya yığmasına qalib gəlmək istəyirik.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |