"Yaxşı ki fasilə zamanı baş məşqçi futbolçuları "ayılda” bildi"
"Hazırlıq, şükür Allaha, yaxşı keçir. Hər gün məşq edirik. Qarşıdakı oyuna ciddi hazırlaşırıq. Hər şey qaydasındadır. Ümumiyyətlə, biz hər bir oyuna hərtərəfli hazırlaşırıq. "Sumqayıt”la matç da bu baxımdan istisna deyil. Turnir cədvəlindəki vəziyyətimiz bizi məhz 3 xala oynamağa məcbur edir. Bu rəqibdən uzaqlaşmaq üçün qələbə mütləqdir. Əlimizdən gələni edəcəyik ki, final fitindən sonra sevinən tərəf biz olaq”. Stadium.az xəbər verir ki, bu sözləri "Rəvan"ın futbolçusu Nodar Məmmədov deyib.
Klubun rəsmi saytına danışan Məmmədov ötən həftə baş
tutan və bir sıra məqamları ilə "Rəvan”ın tarixinə düşən "Turan”la
oyun (6:2) barədə bunları söyləyib: "İlk qoldan sonra bir qədər rahatlaşma
oldu, məncə. Ancaq Premyer Liqa matçlarında belə hala yol vermək olmaz. Çünki
istənilən rəqib başağrısı ola bilər. Üstəlik, müdafiədə səhvlərə də yol verdik.
Yaxşı ki fasilə zamanı baş məşqçi futbolçuları "ayılda” bildi. Məhz onun tənbeh,
tənqid və tələblərindən sonra əla ikinci hissə keçirdik. Ümid edirəm ki, uğurlu
oyunlar seriyasını bu həftə də davam etdirəcəyik”.
Sonda
"4” nömrə yenidən Azərbaycan millisinə dəvət alacağına ümid etdiyini
deyib: "Özümü yığmada oynamağa hazır sayıram. Daha öncə "Qarabağ”da
oynayarkən yığmaya cəlb olunurdum. "Qəbələ”də isə məşqçilər mənə şans vermədi
və belədə millidən uzaq düşməyim normal idi. İndi isə daim oynayıram və özümü
milli üçün hazır sayıram. Ancaq hər şey baş məşqçidən asılıdır. Gərək onun dəvəti
olsun əvvəlcə. İstənilən halda, xoş günlərin birində yenidən milli formanı geyəcəyimə
dair ümidimi itirmirəm”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |