"Bu addım gənc futbolçuları həvəsləndirir, sabaha ümidləndirir"
Topaz Premyer Liqasının XXVIII turu “Qəbələ” Futbol Klubu üçün bir sıra maraqlı məqamlarla yadda qaldı. Stadium.az xəbər verir ki, “Qarabağ”la ev oyununda meydançaya 4 gənc futbolçu – Sadiq Quliyev, Kamal Mirzəyev, Tərzin Cahangirov və Ürfan Abbasovla çıxan “qırmızı-qaralar” komandanın gələcəyi və gənc futbolçuların inkişafı baxımından mühüm addım atdı. Matç Sadiq Quliyev və Kamal Mirzəyevin debütü ilə yaddaqalan oldu. Oyundan sonra gabalalafc.az-a açıqlama verən debutantlar hisslərini bizlərlə bölüşdülər.
Çıxışını dəyərləndirən 18 yaşlı Sadiq Quliyev meydançaya həyəcansız çıxdığını bildirdi: ”Maraqlı və gərgin oyun alındı. Mənim üçün xüsusilə yaddaqalan matç oldu. Məğlub olmağımız məyusluq yaradır. İstərdim ki ilk oyunumdan qələbə ilə ayrılım. Təəssüf ki, alınmadı. O ki, qaldı fərdi oyunuma fikrimcə normal çıxış etdim. Amma bunu ən yaxşı məşqçi heyəti və izləyicilər dəyərləndirə bilər. Meydançaya həyəcansız çıxmışdım. İlk dəfə idi ki, “Qəbələ” bu sayda gənc futbolçu ilə çıxış edirdi. Bu addım həm əvəzedici heyətdəki, həm də akademiyada yetişməkdə olan futbolçuları həvəsləndirir, sabaha ümidləndirir. Çalışacam mənə bəslənən ümidləri doğruldum, oyunumla əsas komandada möhkəmlənim”.
Kamal Mirzəyev ona şans verilməsini gözlədiyini, bu addımın onları stimullaşdırdığını söylədi:
“Mənə şans verilməsini səbirsizliklə gözləyirdim. İlk dəqiqələrdə həyəcanlı idim, amma vaxt irəlilədikcə həyəcanı üstümdən ata bildim. Çıxışım barədə danışmağım düzgün olmazdı. Bu barədə məşqçilər danışsa daha düzgün olar. Amma fikrimcə gənclərin meydançadakı topla davranışları və anlaşmaları normal səviyyədə idi. Ən əsası bizlərə şans verilməsi gənc futbolçuları stimullaşdırır”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |