Foqts: "Sizin çempionatla bağlı sual verməyiniz məni çox təəssüfləndirir"
Milli komandamızın baş məşqçisi Berti Foqts “Futbol “Bakcell” ilə” layihəsi zamanı jurnalistlər üçün brifinq keçirib. Stadium.az xəbər verir ki, almaniyalı mütəxəssis jurnalistlərin ilk öncə çempionatla bağlı sual verməsindən narazı qalıb:
- Biz bura meydançanın açılışına gəlmişik.
Amma sizin çempionatla bağlı sual verməyiniz məni çox təəssüfləndirir. Biz
futbolçuların gələcəyi üçün belə bir imkanlar yaradırıq. Onlar yaxşı məşq keçə,
futbol oynaya bilsinlər və uşaq vaxtlarından şərait yaradılmağı yaxşı haldır.
Çox şadam ki, dövlət, AFFA tərəfindən uşaqlar üçün belə kiçik meydançalar
tikilir. Mən də bura elə buna görə gəlmişəm.
- Biz bununla bağlı sualları
AFFA prezidenti Rövnəq Abdullayevə verəcəyik...
- Çempionatda son həftələr
bir neçə oyun izləmişəm. Maraqlısı da vardı, maraqsızı da. Onu deyə bilərəm ki,
çempionluq son turlarda “Neftçi” ilə “Qarabağ” arasında həll olunacaq.
- “Bakı” ilə “Atletiko”
arasında yoldaşlıq görüşünə stadiondan baxmaq imkanınız oldumu?
- Bəli, dünən
stadionda idim.
- Oyunu necə dəyərləndirərdiniz?
- İlk hissəni qiymətləndirmək
olar. İkinci hissədə “Bakı”nın heyətində meydanda gənc futbolçular vardı.
Onlara şans verilmişdi. 90 dəqiqəni nəzərə alsaq, meydandakı İspaniya
çempionatından tanıdığımız “Atletiko” deyildi. Ancaq ümumilikdə götürdükdə,
böyük bir futbol bayramı idi. Bu, Azərbaycan üçün çox yaxşı bir reklamdı. Bütün
futbol həvəskarları dünənki oyundan həzz aldılar. Fikrimcə, daha yaxşı futbolu
dünən gec saatlarında “Real”la “Borussiya” arasında izlədik. Bu 2 oyun arasında
fərq hiss olunurdu.
- Mayın 29-da Qətər yığması ilə
yoldaşlıq görüşünü ölkə kubokunun finalçıları buraxacaqlar. Bu amil ardından
Lüksemburqla rəsmi matç üçün müəyyənləşdirə biləcəyi taktiki sxemə əlavə
problemlər yaratmayacaq?
- Sözsüz ki,
kubokun finalı çox vacibdir. Buna görə “Neftçi” ilə “Xəzər Lənkəran”ın
futbolçularını Qətərə apara bilmirik. Mən də futbolçu olmuşam, özüm üçün
çempionatdan sonra kubok vacibdir.
- Yoldaşlıq görüşündə nəticə
vacibdir?
- Dəvət Qətərdən gəlib,
bütün xərcləri ödəyirlər. Bizim də millidə bir sıra futbolçular ki, çempionatda
daim oyun təcrübələri yoxdur. Vaqif Cavadov, Bədavi Hüseynov, Əfran İsmayılov,
Əli Gökdəmir, Rüfət Dadaşovu misal göstərmək olar. Yəni bu baxımdan yoldaşlıq
görüşü bizim üçün vacibdir ki, həmin futbolçulara özlərini göstərmək üçün şans
verək. İkinci vacib məsələ odur ki, Lüksemburqla oyunda Rauf Əliyevlə Vüqar
Nadirov bizə kömək edə bilməyəcəklər. Hər ikisi cəzalıdır. Buna görə oyun başqa
futbolçuları sınaqdan keçirmək üçün bir şansdır.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |