"Rəvan" AZAL önünə ciddi itki ilə çıxacaq
Premyer Liqanın 31-ci turu çərçivəsində sabah AZAL-ı qəbul edəcək "Rəvan” bu oyuna hazırlığı başa vurub. Stadium.az xəbər verir ki, "Rəvan" bu gün keçirilən məşqdən sonra oyun saatını gözləməyə başlayıb.
"Bayıl stadionu”nda baş tutan son məşq təxminən
1 saat davam edib. Baş məşqçi Ramil Əliyev hazırlıq ərzində yetirmələrini qısa
və dəqiq ötürmələr üzərində xüsusi çalışdırıb. Futbolçular təzyiq altında topu
özündə maksimum dərəcədə çox saxlamaq tapşırığını da yerinə yetirib. Məşqin
sonunda isə cinah asmaları və qapıya zərbələr üzərində işləməyə imkan oldu.
Qeyd edək ki, "Rəvan"da növbəti oyun üçün
yalnız 1 itki var. Amma bu, çox ciddi itkidir. Belə ki, cari mövsüm 14 qol
vuraraq komandanın əsas qoleadoruna çevrilmiş Xuan Manuel Varea sarı vərəqə
limitini doldurduğuna görə cəzalıdır və 1 matç buraxmalı olacaq.
Qeyd edək ki, argentinalı qoleador cari mövsüm Premyer
Liqadakı bütün oyunlarda start heyətində meydana çıxmışdı. Başqa sözlə, onun
seriyası da qırılacaq.
Əvəzində "Kəpəz”lə son oyunda cəzalı olan Orxan
Lalayev, Samuel Barlay və Miloş Adamoviç cəzasını başa vurub. Baş məşqçi Ramil
Əliyev bu "üçlük”dən savayı, zədələrini sağaldan Nikolay Orlovski və
Mindauqas Kalonasın da xidmətindən yararlana biləcək.
Qeyd edək ki, sabah "Bayıl stadionu”nda keçiriləcək
"Rəvan” - AZAL qarşılaşması saat 17:30-da başlayacaq.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |