Ramin Musayev: "Pul var ki, verək"
Futbol üzrə Azərbaycan Premyer Liqasında ilk 3
yerin sahiblərinə verilən pul mükafatı ləğv olunub. Stadium.az
xəbər verir ki, cari mövsümdən etibarən yüksək liqada qalib və mükafatçılara
Peşəkar Futbol Liqası (PFL) yalnız qızıl, gümüş və bürünc medallar təqdim
edəcək. Bu barədə qərarın nə üçün qəbul olunduğunu aydınlaşdırmaq üçün
PFL-in prezidenti Ramin Musayevlə danışdıq: "Ay qardaş, pul var ki, verək.
Klublar borclarını ödəmir, bizim də əlimiz aşağıdır. Bu bir yana, biz düşündük
ki, klublara ya böyük məbləğdə pul verilsin, ya da ümumiyyətlə, verilməsin.
Tutaq ki, "Nefçti", "İnter", "Bakı", "Xəzər
Lənkəran" çempion oldu, onların bizim 150 min manatımıza ehtiyacı var?
Bunun mənasız olduğunu düşünərək ləğv etdik".
Bəs birinci divizionda?: "Premyer Liqada ləğv
olundusa, aşağı dəstədə də belə olmalıdır. Birin ləğv edib, digərin saxlamaq
düzgün çıxmazdı".
Maraq üçün
xatırladaq ki, ötən mövsümədək çempion 150 min, vitse-çempion 100 min, 3-cü
yerin sahibi isə 70 min manata da sahib olurdu. Bu il isə yalnız
Azərbaycan kubokunun qalibi yenə 100 min manat, finalçı isə 50 min manat
mükafatını alacaq. I diviziondan Premyer Liqaya yüksələcəkləri halda isə ilk
pillənin sahibinə 100 min manat, 2-ci yeri tutana isə 70 min manat mükafat
veriləcək. Amma növbəti mövsüm Topaz Premyer Liqasında 10 komanda mübarizə
aparacağından, I diviziondan heç bir komanda elitaya yüksəlməyəcək. Bu isə o deməkdir
ki, aşağı liqada çempion və vitse-çempionu da pul mükafatı almayacaq.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |