Emin Abbasov "Qarabağ"da
"Qarabağ" klubunda yeni təyinat baş tutub. Stadium.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan futbol ictimayyətində tanınmış simalardan olan, televiziya sahəsindəki fəaliyyəti ilə məşhurlaşan Emin Abbasov bu gündən etibarən "Qarabağ" FK-nın idari sturukturunda çalışacaq. Emin bəy "Qarabağ" FK-da aşağı yaş qruplarının baş koordinatoru vəzifəsinə təyinat alıb. Emin Abbasov klubun rəsmi saytına ilkin təəssüratları və hədəfləri haqqında danışıb: "Harada olmağımdan asılı olmayaraq həmişə Azərbaycan futboluna xidmət etməyə çalışmışam. "Qarabağ" klubundan iş təklifi aldım və məmnuniyyətlə bu dəvəti qəbul etdim. Klubun direktoru Əmrah Çəlikəllə danışdıq, mənə hər cür dəstək verəcəyini söylədi. Belədə bütün bacarığımı nümayiş etdirmək üçün əla imkanlara malik olduğum bir məkana gəldiyimi anladım. Sözsüz ki, son 3-4 ildə "Qarabağ" Azərbaycan futboluna yeni nəfəs gətirib. Yerli futbolçulara verilən dəyər "Qarabağ" məfhumunu insanlara daha da doğmalaşdırıb. Təbii ki, günümüzdə futbol xüsusi inkişaf mexanizminə malikdir. Biz də dünyanın idmanın şahında tərəqqi edən bütün müsbət meyarlardan yararlanmaq üçün çalışacağıq. "Qarabağ" rəhbərliyi ilə söhbətlərdən əmin oldum ki, həqiqətən də klub üçün böyük ideyaları var. Hazırda klubun strukturu qurulur. Baza yaxında zamanda hazır olacaq. Bundan sonra "Qarabağ"ın bütün yaş qrupları üzrə komandalarına cavabdehlik daşıyacam. Əlimdən gələn hər şeyi edəcəyəm ki, "Qarabağ"ın Futbol Akademiyası günü-gündən inkişaf etsin. Bu gün kollektivə təqdim olundum və daha sonra bütün yaş qrupları üzrə çalışan məşqçilərlə görüşümüz oldu. Komandalarımızın qazandığı nəticələr barədə məlumat verildi, mövcud vəziyyətlə bağlı müzakirələr aparıldı. Təbii ki, məsələnin texniki tərəfinə qarışmaq peşəkarlığa sığmır. Mənim işim futbolun idarəçilik, məşqçilər də isə meydanda olan hissəsidir. Əl-ələ verib klubumuzun gələcəyini qurmağa çalışacağıq. Futbolun inkişafını istəyiriksə, mütləq uşaq futboluna lazımi diqqət ayırmalıyıq. Başqa cür irəliləyiş əldə etmək mümkün olmayacaq. İşimiz çətin olsa da olduqca məsuliyyətlidir. Hədəfimiz "Qarabağ"ın simasında bütün Azərbaycan futboluna xidmət etməkdir. Hamı bilir ki, "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov yerli gənclərlə işləməyə ütsünlük verən mütəxəssisdir. Bu məqam bizim məsuliyyətimizi birə-beş artırır. Çünki yalnız rəhbərlik deyil, həm də baş məşqçi hər zaman aşağı yaş qrupları üzrə komandaların durumunu nəzarət altında saxlayır. İnanıram ki, "Qarabağ" camiəsi üçün xeyirli olacam".
Stadium.az saytının kollektivi Emin Abbasova yeni işində uğurlar arzulayır.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |