"Xəzər Lənkəran"ın azarkeşləri bəyanat yaydı
"Xəzər Lənkəran"ın azarkeşləri bəyanat yayıblar. Stadium.az saytı "Xan Lənkəran"ın yaydığı bəyanatı olduğu kimi təqdim edir:
"Hörmətli
futbol azarkeşləri, xanımlar və cənablar! "Xan Lənkəran" Futbol
Azarkeşləri Klubu olaraq hər zaman futbolumuzda baş verən hadisələrə obyektiv
yanaşdığımız hər kəsə məlumdur. Hamıya bəllidir ki, azarkeş klubumuz hər zaman sülhün tərəfdarı olmuş və radikal
azarkeşlikdənsə savadlı azarkeşliyi üstün tutmuşdur. Məhz bunun bariz nəticəsidir
ki, "Xan Lənkəran" bütün rəqib komandaların azarkeşləri içində xüsusi
hörməta sahibdir. Lakin rusların bir məsəli var, "Служба-служба,
дружба-дружба!". Belə ki,
28.05.2013 tarixdə Futbol üzrə Azərbaycan
Kubokunun final görüşündə baş verən ədalətsizliklərə "Xan Lənkəran" göz yummaq niyyətində deyil.
Əvvəlcədən onu qeyd etməliyik ki,
"Neftçi"-"Xəzər Lənkəran" oyununda ev sahibinin qapıçısı
Saşa Stamenkoviçin tərbiyyəsiz hərəkətlərinə göz yummaqdan savayı ciddi bir
hakim səhfi olmadığını düşünür və rəqibi qələbə münasibətilə təbrik edirik.
Lakin oyundan sonra baş verən kütləvi dava zamanı futbolçumuz, əslən lənkəranlı,
xüsusən azərbaycanlı olan Kamran Abdullazadənin "Neftçi" futbol
klubunun idman direktoru Güloğlan Cabbarov və digər mühafizəçilər tərəfindən vəhşicəsinə
döyülməsi "Xan Lənkəran"ın ziyalı azarkeşlərini ciddi şəkildə narahat
etmişdir. Ümid edirik ki, ölkənin ali idman qurumları bütün bu gərginliyə səbəb
olmuş Saşa Stamenkoviç və ümumilikdə futbolçumuza qarşı zorakılıq edənlər üçün
ciddi tədbirlər görəcək.
"Xan Lənkəran"ın bu gün keçirilən
növbədənkənar iclasında verilən qərar isə
bəlkə də bir çoxlarını təəccübləndirəcək. Hər zaman zorakılığa qarşı olmağımıza
baxmayaraq bu dəfə zorakılığa-zorakılıqla cavab vermək niyyətindəyik. Belə ki,
iclasda verilən qərarı olduğu kimi sizə təqdim edirik.
"28.05.2013
tarixdə Futbol üzrə Azərbaycan Kubokunun
final görüşündə baş verən dava zamanı "Neftçi" futbol klubunun idman
direktoru Güloğlan Cabbarov və digər mühafizəçilər tərəfindən vəhşicəsinə
döyülmüş “Xəzər Lənkəran” futbol
klubunun futbolçusu Kamran Abdullazadənin hüquqları ölkənin ali futbol qurumu
AFFA tərəfindən qorunmalı “Neftçi” futbol klubu küllü miqdarda cərimə
olunmalıdır. Şəxsən Güloğlan Cabbarov və
davada iştirak etmiş “Neftçi” Futbol klubunun digər mühafizəçiləri üçün hüquq
mühafizə orqanları tərəfindən cinayət işi açılmalı, cinayətkarlar öz cəzalarına
çatdırılmalıdırlar. “Xəzər Lənkəran”
Futbol Klubu da öz növbəsində Kamran Abdullazadənin hüquqlarının
qorunması üçün əlindən gələni etməli və onu döyənləri hüquq mühafizə
orqanlarına şikayət etməlidirlər. Əks təqdirdə
Lənkəranda bütün bu məsuliyyəti öz üzərinə götürüb cinayətkarları şəxsən
cəzalandırmağa cəhd göstərəcək adamların ola biləcəyini xatırladaraq öz
narahatçılığımızı ifadə edirik.
“Xan Lənkəran”
olaraq biz də Kamran Abdullazadəyə edilən haqsızlığın yerdə qalmaması üçün əlimizdən
gələni əsirgəməyəcəyik. Buna görə də azarkeşlərdən xahiş edirik ki, baş vermiş
qanlı hadisənin video və foto görüntülərini
bizə təqdim etsinlər. Bu barədə tədbirlər görülmədiyi halda biz daha yüksək qurumlara müraciyət edəcəyimizi
bəyan edirik.
Əmin ola
bilərsiniz ki, bizim müraciətimiz digər müraciətlərdən fərqli olacaq!
Hörmətlə : “Xan Lənkəran” Futbol Azarkeşləri Klubunun idarə heyəti".
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |