Hafiz Məmmədov İspaniya Kralı ilə görüşüb
"Bakı" futbol klubunun prezidenti Hafiz Məmmədov
İspaniya kubokunun Madridin
"Atletiko" və "Real" klubları arasında keçirilən finalı
qarşılaşmasını izləmək məqsədi ilə İspaniyada səfərdə olub. Stadium.az xəbər verir ki, səfər ərzində
İspaniya kralı Əlahəzrət I Xuan Karlos, İspaniya xarici işlər naziri Xose
Qarsiya Marqallo, baş nazirin müavini Soraya Saenz de Santamaria, Madird şəhərinin
meri Ana Botella ilə görüşən Hafiz Məmmədov Azərbaycan Respublikasının
prezidenti, dövlət başçısı cənab İlham Əliyevin ölkəmizin inkişafına və çiçəklənməsinə
xidmət edən xarici və daxili siyasəti, Azərbaycanda aparılan quruculuq işləri,
"Bakı" və "Atletiko" Madrid klubları arasında yaranan
münasibətlər və qarşılıqlı faydalı əməkdaşlıqdan söhbət açmışdır.
İspaniya kralı Əlahəzrət I Xuan Karlos görülən işləri
yüksək qiymətləndirərək, iki ölkə arasında yaranan dostluq münasibətlərindən məmnun
qaldığını, bu əlaqələrin daha da möhkəmləndirilməsi üçün zəruri addımların
atılacağını bildirib.
Görüş zamanı Hafiz Məmmədov Azərbaycan
Respublikasının prezidenti cənab İlham Əliyevin Əlahəzrət I Xuan Karlosa ölkəmizə
dəvətini çatdırıb, səfərin yaxın zamanlarda baş tutacağına ümidvar olduğunu
bildirib.
İspaniya xarici işlər naziri Xose Qarsiya Marqallo
ilə də görüşən Hafiz Məmmədov Azərbaycan iqtidarının dövlətlərimiz arasında
münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini, yaxın zamanlarda Azərbaycan
Respublikasında İspaniya Krallığının Səfirliyinin açılmasını qərarı verildiyini
bir daha təsdiqləyib, ölkəmizə səfər etməyi planlaşdırdığını və açılış mərasimində
şəxsən iştirak etmək arzusunda olduğunu vurğulayıb. Eyni zamanda nazir qeyd
edib ki, aprelin 29-30-da "Atletiko" (Madrid) klubunun Azərbaycana səfər
zamanı müşayiət etmiş İspaniyanın nüfuzlu iş adamları bu prosesin səfirliyin
tez bir zamanda açılmasını məqsədəuyğun sayaraq, Azərbaycanla iqtisadi əlaqələrə
böyük önəm verdiklərini bildiriblər.
Öz növbəsində H.Məmmədov dövlətimizin İspaniya ilə əlaqələrin
hərtərəfli genişləndirməsinə hazır olduğunu, qarşılıqlı yüksək səviyyəli səfərlərin
münasibətlərimizin möhkəmləndirilməsinə mühüm təkan verə biləcəyini qeyd edib.
H.Məmmədov İspaniya Krallığının baş nazirinin
müavini xanım Soraya Saenz de Santamaria, mədəniyyət və idman naziri Xose
İqnasio Orteqa və turizm naziri Xose Manuel Lopezlə keçirdiyi görüşlərdə
qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparıb.
Xatırladaq ki, mayın 18-də "Atletiko"nun
İspaniya kubokunun finalındakı qələbəsi ilə bağlı Madrid şəhərinin mərkəzində tədbir
təşkil olunub. Yüz minlərlə yaxın azarkeşin iştirak etdiyi tədbirdə
"Atletiko" klubunun oyunçuları üzərində Azərbaycan Respublikasının
bayrağı ilə bəzədilmiş avrobusla gəliblər. Səhnədə "land of fire
Azerbaijan" adlı böyük banner quraşdırılıb.
Mərasim zamanı "Atletiko" klubunun
futbolçuları və rəsmi nümayəndələri "Lənd of Azerbaijan"ın düşərli
olduğunu, 14 ildən sonra "Real"ı məğlub edərək, 10-cu dəfə İspaniya
kubokunun qazanılmasında dəstəyə görə Hafiz Məmmədova təşəkkürlərini ifadə
ediblər. "Atletiko"nun türk futbolçusu Arda Turan ölkəmizə və
xalqımıza olan hörmətini bir daha nümayiş etdirərərk azarkeşlər önünə Azərbaycan
bayrağı ilə çıxıb.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |