“Neftçi” İtaliyadan futbolçu gətirir
Azərbaycan
Premyer Liqasında ilk dəfə italiyalı futbolçu çıxış edə bilər. Stadium.az xəbər verir ki, “Neftçi” İtaliya “Palermo”su ilə Nikolas Violanın transferinə
dair prinsipial razılığa gəlib. Keçidin rəsmiləşməsi üçün Violanın satış
hüququnun yarısına malik “Recina”nın da razılığı lazımdır. Xəbəri
“Palermonews.it”ə açıqlamasında 24 yaşlı pleymekerin vəkili Paolo Dattola da
təsdiqləyib.
O
bildirib ki, “Neftçi”nin təklifi realdır və hələ yanvarda irəli sürülüb: “Həmin
vaxt bu məsələnin həlli mümkün deyildi. Çünki yanvarda “Palermo”da radikal
dəyişikliklər etməyə gərək yox idi. Amma indi hər şey başqa cürdür. Viola
tezliklə bu varianta dair qərarını verməlidir. Əlbəttə, təklif cəlbedicidir.
“Neftçi” Çempionlar Liqasına vəsiqə qazanıb. Təsnifat mərhələsindən keçə
bilməsə, Avropa Liqasının qrup mərhələsində oynaya bilər”.
Dattolanın
sözlərinə görə, Violanın birdəfəlik satışı yox, 1 illik icarəyə verilməsi
mümkündür. Lakin “Palermo” və “Recina” müştərək mülkiyyətinə münasibətdə
niyyətlərini açıqlamayıb: “Onlar nə etməli olduqlarına qərar verməli, sonra
alternativ variantları nəzərdən keçirməlidirlər”.
Qeyd
edək ki, Nikolas Viola peşəkar futbolçu karyerasına 2008-ci ildə “Reccina”da
başlayıb. O, 4 mövsüm ərzində 70 oyuna 13 qol vurub. 2012-ci ildə “Palermo”ya
keçən Viola ötən müddətdə 6 oyuna çıxıb. Yarımmüdafiəçi İtaliyanın 17, 18 və 19
yaşadək yığmalarına da çağırılıb. Onun kiçik qardaşı Alessio Viola da
futbolçudur. 23 yaşlı hücumçu müqavilə ilə “Recina”ya məxsusdur. “Palermo”
2012-2013-cü il mövsümündə İtaliya A seriyasında 18-ci yeri tutaraq, B
seriyasına enib.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |