Artıq Liviyada döyüş yox, futbol gedir
2 il əvvəl başa çatan vətəndaş müharibəsindən sonra tədricən özünə gələn Liviyada artıq həyat qaydasına düşməkdədir. Müharibənin "yaralarını sağaltmaqla" məşğul olan liviyalıları bu günlərdə çox az şey sevindirir. Onlar üçün belə azsaylı "sevinc və qürur mənbələri"ndən biri də ölkənin futbolu - daha doğrusu milli komandasıdır. Siyası baxışlarına görə parçalanmış, əlini bir-birinin qanına batırmış bərbərlərin bir araya gəlməsi, barışması, bir ağızdan "Liviya" deyib hayqırması üçün futbol hazırda ən gözəl vasitədir.
Bir neçə il əvvəl bunu xarabazarlığa çevrilmiş İraqda görmüşdük, indi isə əlahəzrət futbol "sülh elçisi" missiyasını Liviyada uğurla yerinə yetirir. 42 illik Qəddafi hakimiyyəti sona yetincə sanki bu ölkənin futbol yığmasının da qara "bəxti açılıb". Komanda tarixində ilk dəfə olaraq dünya çempionatının final mərhələsində oynaya bilər. Seçmə mərhələdə uğurla çıxış edən Liviya millisi hazırda Kamerun, Konqo və Toqo kimi yığmaların yer aldığı qrupa başçılıq edir. Əgər Liviya yığması son 2 turda da liderliyini qoruyarsa, o zaman mundiala vəsiqə verən pley-off görüşlərində oynamaq hüququ qazanacaq.
Bu baxımdan bu gün keçiriləcək Liviya-Toqo görüşünün xüsusi əhəmiyyəti var. Məşhur Emmanuel Adebayorun da formasını geydiyi Toqo yığması üçün bu qarşılaşma son şans kimi dəyərləndirilir. Hazırda 4 xalla seçmə qrupda sonuncu olan Toqo millisi səfərdə Liviyaya uduzarsa, dünya çempionatına yollanmaq imkanını itirəcək. Liviya isə qələbə sayəsində liderliyini qoruyacaq.
Statistika Toqonun xeyrinədir: komandalar arasında 2000-ci ildən bu yana keçirilən 3 görüşün heç birində Toqo Liviyaya uduzmayıb. Tərəflər arasında Toqoda keçirilən ilk seçmə oyunda isə 1:1 hesabı qeydə alınıb. Hər iki komanda üçün çox önəmli olan bu qarşılaşmaya www.etopaz.az-da mərc edə bilərsiniz. Saat 20:30-da başlayacaq görüş üçün www.etopaz.az əmsalları belə müəyyənləşdirib: Liviyanın qələbəsi 1.5, heç-heçə 3.5, Toqonun qələbəsi 5.0.
Bir tərəfdə mundial həsrətini bitirmək istəyən Liviya, qarşısında isə son şansını itirmək istəməyən Adebayorun Toqosu. Seçim sizindir!!!
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |