AFFA "Turan"ın 6 xalının silindiyini rəsmən təsdiqlədi
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Stadium.az xəbər verir ki, toplantıda aşağıdakı qərarlar qəbul edilib:
“Turan” klubunun keçmiş baş məşqçisi Naci Şensoy
klubla olan müqaviləsinin şərtlərinə klub tərəfindən əməl edilmədiyi üçün
FİFA-ya müraciət etmiş və FİFA-nın İntizam Komitəsi 01 mart 2013-cü il tarixli
iclasında növbəti mövsümdən “Turan” klubunun aktivindən 6 xal silinməsi qərarını
qəbul etmişdir.
Yuxarıda göstərilənləri nəzərə alaraq İntizam Komitəsi
aşağıdakı qərarı qəbul edir:
- 2013/2014 mövsümündə I divizionda çıxış edəcək
Turan” klubunun aktivindən 6 xal silinsin.
15 iyun 2013-cü il U-16 Liqasının AZAL – “Xəzər Lənkəran”
matçında “Xəzər Lənkəran” klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki
məğlubiyyət verilir (maddə 56).
15 iyun 2013-cü il U-16 Liqasının “Turan” – “Rəvan”
matçının 64-cü dəqiqəsində “Rəvan” klubunun 3 №-li futbolçusu Zeki Sinanla
“Turan” klubunun 7 №-li futbolçusu İlkin Rzayev aqressiv oyuna görə birbaşa
qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 4
oyunluq cəzalanır (maddə 38.4).
15 iyun 2013-cü il U-16 Liqasının “Qarabağ” – “Vətən”
matçının 26-cı dəqiqəsində “Qarabağ” klubunun 99 №-li futbolçusu Cəmil Məmmədli
sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı
üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
16 iyun 2013-cü il futzal üzrə Azərbaycan
birinciliyinin NTD – “Neftçi-2” matçının 30-cu dəqiqəsində “Neftçi-2” klubunun
14 №-li futbolçusu Saleh Həsənli idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı
vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə
48).
16 iyun 2013-cü il futzal üzrə Azərbaycan
birinciliyinin “Baku Flames” – “Xəzri” matçının 15-ci dəqiqəsində “Baku Flames”
klubunun 8 №-li futbolçusu Orxan Məmmədov komanda yoldaşını təhqir etdiyinə görə
birbaşa vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır
(maddə 42.1).
15 iyun 2013-cü il həvəskarlar arasında futzal üzrə
Azərbaycan birinciliyinin “Kia Motors” – “Zəfəran” matçının 48-ci dəqiqəsində
“Zəfəran” klubunun 10 №-li futbolçusu Elxan İsmayılov, “Kia Motors” klubunun 8
№-li futbolçusu Əsgər Alışanov və 9 №-li futbolçusu Neymət Ömərov dava-dalaşda
iştirak etdiyinə görə birbaşa vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün
hər bir futbolçu 6 oyunluq cəzalanır (maddə 39.2).
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |