Fərhad Vəliyev: "Çempionatda qorxduğum hücumçu yoxdu" Müsahibə
“Qarabağ”ın qapıçısı Fərhad Vəliyev "İmarət" fan-klubunun Facebook səhifəsinə müsahibı verib. Stadium.az həmin müsahibə təqdim edir:
- Ötən mövsüm digər qapıçımız Miro Varvodiçlə əsas heyəti paylaşdın. Bu, sənin performansına nə dərəcədə təsir etdi?
- Ümumi götürəndə Miro ilə
yarıbayarı oynadıq. İkimiz də sabit çıxış etdik. Buna baxmayaraq, ikimiz də öz
formamızı yaxşı saxladıq, komanda üçün əlimizdən gələni etdik. Təbii ki, hər
oyunçu əsas heyətdə meydana çıxmaq istəyir. Ancaq, düşünürəm ki, ehtiyatda
qalmağım mənə pis təsir etmədi.
- Ötən mövsümdə hansı oyunun yaxşı, hansı oyununun uğursuz alındı?
- Uğurlu keçirdiyim oyun çox oldu. “Neftçi” ilə kubok qarşılaşmasının ilk
matçında uğursuz çıxış etdiyimi düşünürəm. İndi fikirləşəndə AZAL ilə 2:0-lıq
oyun yadıma gəlir ki, həmin oyunda üstün performans sərgiləmişdim.
- Fərhadın Avropadakı performansı deyəndə “Visla” ilə oyundakı möhtəşəm qurtarışlar və “Borussia” ilə oyundakı uğursuz çıxış yada düşür. Qarşıdan Avroliqa oyunları gəlir. Fərhad bu mübarizəyə nə dərəcədə hazırdı?
- Keçmiş Avroliqa oyunlarını yada
salanda bizim oyunlarımızın komanda baxımından çoxu yaxşı bitib. O vaxtdan bu
yana təcrübə baxımından əlbəttə ki irəliləyiş var. Bu gün biz ancaq Avropaya
köklənmişik. Bütün komanda ilə birgə uğurları planlayırıq. Mən də psixoloji
cəhətdən özümü tam hazır hiss edirəm. Qoy, azarkeşlərimiz narahat olmasınlar.
- Sənin üçün ev oyunları ilə rəqib meydandakı oyunların nə dərəcədə fərqi olur?
- Ev oyunlarında öz azarkeşimiz
qarşısında daha həvəsli oynayırıq. Əlbəttə bu, bizə müsbət təsir edir. Ancaq
yaş artdıqca, rəqib meydanda oynasan belə özünü toparlaya bilirsən. Yalnız gənc
yaşlarda rəqib meydanlarda həyacan olurdu.
- Azərbaycan çempionatında sənə daha çox çətinlik yaşadan hüçumçu kim olub?
- Çempionatda qorxduğum hücumçu
yoxdu. Bütün hücumçulara eyni cür fikirlə yanaşmışam və oyunda olarkən eyni
məsuliyyəti hiss edirəm.
- Klubun heyətinə yeni gənc qapıçılar cəlb olunur. Onlar barədə fikirlərin necədi?
- Potensiallı yoldaşlardı. Çalışıram
öz təcrübəmdən də onlarla paylaşam. Ağaseyid gənc qapıçımızdı. Perespektivli və
ən əsası, həvəsli biridi. İnşallah gələcəkdə bizə çox xeyri dəyəcək.
- Azarkeşlər hər zaman sən qapıda olarkən xilasedici biri olduğuna inanırlar. Həmin azarkeşlərə bir sözün varmı?
- Mənə ümid bəsləyənlərin hər zaman ümidini doğrultmağa çalışıram. Yaxşı gündə də, pis gündə də bizim yanımızda olublar. Onlara təşəkkürümü bildirirəm. İnşallah dəstəyə davam edərlər və bizim qələbəmizdə pay sahibi olarlar.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |