"Rəvan"dan beşinci rəsmi transfer
Yeni
mövsümə hazırlığını davam etdirən "Rəvan” heyətini gücləndirməkdə davam
edir. Stadium.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda bu gün
yay "transfer pəncərəsi”ndə 5-ci keçidini rəsmiləşdirib. "Rəvan"
buna qədər Elvin Həsənəliyev, Fuad Əhmədov, Ceyhun Cavadov və Bəxtiyar
Soltanovu heyətə qatmışdısa, növbəti transfer Novruz Məmmədov olub. Martda 23
yaşı tamam olan müdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
Yaxın
keçmişdə 4 il "Muğan”ın şərəfini qorumuş Novruzun son klubunun "Bakı”
olduğunu qeyd edək. Azərbaycan U-21 yığmasında 12 oyun keçirən Məmmədov 2011/12
mövsümündə paytaxtın eyniadlı komandasında demək olar, mütəmadi oynasa da, son
"futbol ili”ndə bu baxımdan problem yaşayıb. Daha çox oyun praktiktikası əldə
etmək fikrində olan müdafiəçi üçün belə məqamda "Rəvan"dan təklif
alması lap yerinə düşüb.
Bunu o,
klubun rəsmi saytına danışarkən də qeyd edib: "Daha çox oynamaq, özümü
sübut etmək istəyirdim. Amma son mövsümdə "Bakı”da bu baxımdan işlər istədiyim
kimi getmədi. Bu səbəbdən mənə doğma olan komandaya qayıtmaq variantı yarananda
düşünmədən razılaşdım. Burada həm rəhbərliyi, həm məşqçiləri, həm də texniki
personalı yaxşı tanıyıram. Necə də olmasa, 4 il bu şəxslərlə birgə çalışmışıq.
Oyunumla komandaya bacardığımın ən yaxşısını verməyə çalışacam. Mənə göstərdikləri
etimada görə onlara olan borcumu meydanda qaytaracam”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |