Özcan Bizati: “Yəqin ki, “Qəbələ” Railə daha sərfəli şərtlər təklif etdi” Müsahibə
“Dənizlispor”un keçmiş futbolçusu Rail Məlikov artıq vətənə dönərək “Qəbələ” ilə müqavilə bağlayıb. Railin Türkiyə klubundan ayrılması heç də söh-söhbətsiz ötüşmədi. Qardaş ölkə mətbuatının Rail haqda yazdıqlarına futbolçu dərhal reaksiya verdi və deyilənlərin şaiyə olduğunu bildirdi. Məlikovun keçmiş məşqçisi Ozcan Bizati ilə əlaqə saxlayıb komandadakı vəziyyət, futbolçunun gedişi ilə bağlı fikirlərini öyrəndik. Azından həmyerlimiz “Dənizlispor”un digər futbolçusu – Arif İsayevyin də vəziyyətini bilmək maraqlı olardı.
- Artıq 2 gündür ki, məşqlərə başlamışıq. Hər şey normaldır. Məqsədimiz bü mövsüm Superliqaya vəsiqə qazanmaqdı. Amma bu, etdiyimiz transferlərdən asılı olacaq. Daha 8-10 transfer gerçəkləşdirməyi planlaşdırırıq. Onların arasında azərbaycanlı futbolçular da olacaq. Bir neçəsi ilə yaxından maraqlanırıq, lakin konkret ad çəkmək istəmirəm. Bu, işimizə əngəl ola bilər. Azərbaycanlı futbolçuların Türkiyədə legioner sayılmaması mənim işimə də kömək edir. Ona görə, özüm də həmyerlilərinizin xidmətində maraqlıyım.
- Məlikovun komandadan ayrılmasına səbəb nə idi?
- Çox istərdik ki, Rail “Dənizlispor”da qalsın. Təəssüf ki, komandadan getmək istədi. Bir müddət əvvəl sizinlə söhbətimizdə Railin Superliqa komandalarından təklif aldığını söyləmiş, onun həmin komandalarda rahat çıxış edəcəyini demişdim. İndi də fikrimdə qalıram. Rail səviyyəli bir futbolçudu. Gedişinin səbəbi barədə fikir bildirməkdə çətinlik çəkirəm. Hər halda onun bu qərarına hörmətlə yanaşırıq.
- Rail haqda Türkiyə mətbuatında yazılanlardan yəqin ki, xəbəriniz var.
- Vallah, belə şeylər məni maraqlandırmır. Bu, Raillə klub arasında olan məsələlərdi və özləri bilərlər. Mənim fikir bildirməyim artıq olardı. Raillə aramızda heç bir problem yaşanmayıb, yenə də bir-birimizə hörmətlə yanaşırıq.
- Onun Azərbaycana dönüşünü geriyə atılmış addım kimi dəyərləndirmək olarmı?
- Deməzdim. Yəqin ki, “Qəbələ” Railə daha sərfəli şərtlər təklif etdi. Bu üzdən də onun Azərbaycana qayıdışını normal qarşılayıram. Peşəkarlıq baxımından geri atılmış addım hesab etmirəm. Əgər “Dənizlispor” və ya digər türk komandası “Qəbələ”dən yaxşı təklif etsəydi, Raili transfer edə bilərdi.
- Railin komandadan gedişi digər həmyerlimiz Arif İsayevin çıxışına təsir göstərə bilərmi?
- Arif artıq bizimlə məşqlərə qoşulub. İlk baxışdan nə fiziki, nə də psixoloji durumunda hər hansı bir geriləyiş görmürəm. Ötən mövsüm də aldığı zədələrə baxmayaraq, komanda üçün lazımlı oyunçu olduğunu sübut elədi. İnanıram ki, bu il də belə olacaq. Türkiyə onun üçün yad yer deyil, ikinci vətənidi.
“Het-trik news”
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |