Hakimlərə hədə-qorxu gəldiyinə görə AFFA tərəfindən 5 oyunluq cəzalandı
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Stadium.az xəbər verir ki, toplantıda aşağıdakı qərarlar qəbul edilib:
7 iyul
2013-cü il Həvəskarlar arasında Azərbaycan birinciliyinin “Mehdiabad” - “Şəfəq”
matçının 90+3-cü dəqiqəsində “Şəfəq” klubunun 95 №-li futbolçusu Elçin Abbasov
azarkeşləri təhqir etmiş və bir neçə azarkeşlə dava etmişdir. Həmin anda “Şəfəq”
klubunun digər futbolçuları baş verən hadisə yerinə tərəf qaçsalar da, polis tərəfindən
dayandırılmış və münaqişənin qarşısı alınmışdır. Oyun başa çatdırılmamışdır.
İntizam Komitəsi yuxarıda göstərilənləri nəzərə alaraq aşağıdakı qərarları qəbul
edir:
- “Şəfəq”
klubunun 95 №-li futbolçusu Elçin Abbasov dava-dalaşda iştirak etdiyinə görə 5
oyunluq cəzalanır (maddə 39).
- “Şəfəq”
klubunun 8 №-li futbolçusu Emil Cəfərov və 1 №-li futbolçusu Elvin Məmmədov
hakimləri təhqir etdiyinə görə hər iki futbolçu 4 oyunluq cəzalanır (maddə
42.3).
- “Şəfəq”
klubunun təqsiri nəticəsində oyun sonadək oynanılmadığı üçün kluba 0:3 hesablı
texniki məğlubiyyət verilir (maddə 49).
7 iyul
2013-cü il Həvəskarlar arasında Azərbaycan birinciliyinin “Suqovuşan” – “Gənclik”
matçının 26-cı dəqiqəsində “Suqovuşan” klubunun 4 №-li futbolçusu Güləhməd Mirzəyev
sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı
üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
Oyunun 60-cı dəqiqəsində “Gənclik” klubunun 50
№-li futbolçusu Teyyub Hüseynov komanda yoldaşını təhqir etdiyinə görə qırmızı
vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır
(maddə 42.1).
4 iyul
2013-cü il Həvəskarlar arasında Azərbaycan birinciliyinin “Qobustan” – “Zirə”
matçında “Zirə” klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət
verilir (maddə 56).
7 iyul
2013-cü il Həvəskarlar arasında Azərbaycan birinciliyinin “Ulduz” – “Aran”
matçının 72-ci dəqiqəsində “Aran” klubunun 18 №-li futbolçusu Şahin Rüstəmov təhqiredici
ifadələr işlətdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı
üçün futbolçu 3 oyunluq cəzalanır (maddə 42.1).
Oyunun
73-cü dəqiqəsində “Aran” klubunun 12 №-li futbolçusu Nicat Hacıyev idmançıya
yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı
üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
3 iyul
2013-cü il Futzal üzrə Həvəskarlar arasında Azərbaycan birinciliyinin “Bolluq”
– “Titan” matçı başa çatdıqdan sonra “Titan” klubunun 10 №-li futbolçusu Zaur Səmədov
hakimlərə hədə-qorxu gəldiyinə görə futbolçu 5 oyunluq cəzalanır (maddə 44).
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |