Ramin Musayev: "Ən az 2 klubumuza böyük ümidlərim var"
“Avrokuboklarda çıxış edən klublarımıza böyük ümidlərim var. Məgər biz zəifik?" Stadium.az xəbər verir ki, bu sözləri PFL-in prezidenti Ramin Musayev deyib. PFL başqanı ən azı 2 klubumuza böyük ümidlər bəslədiyini bildirib: "Keçən il “Neftçi”nin qrup mərhələsinə düşəcəyini heç kəs gözləmirdi. Ancaq bu, oldu. Niyə də yenə olmasın? Mən demişəm ki, ən az 2 klubumuza böyük ümidlərim var. Onu da bildirmişdim ki, hər 3 klubumuz turnirdə ilk mərhələni adlayacaq. Yaxın 5 ildə futbolumuzda nə qədər böyük uğurların olacağını görəcəksiniz".
R.Musayev
ölkə superkuboku uğrunda matçdan da söz açıb: "Azərbaycan Superkuboku
uğrunda oyunun iştirakçıları olan “Neftçi” ilə “Xəzər Lənkəran”ın II təsnifat mərhələsində
ilk matçlarının evdə olacağı halda, bu oyunu mütləq keçirməyi nəzərdə tutmuşduq.
Ancaq “Neftçi”nin Çempionlar Liqasında Albaniyanın “Skenderbeu” ilə ilk matçı
evdədirsə, “Xəzər Lənkəran” Avropa Liqasında Hayfa “Makkabi”si ilə ilk oyununu
səfərdə keçirəcək. Kubok da, medallar da hazırdır. Ancaq avrokuboklarda ilk
oyunların məkanı fərqli olduğundan, keçirə bilmədik. Tarixi indidən demək
olmur, ancaq gözəl bir günə salacağıq”.
Ramin Musayev Superkubokun qış fasiləsində klubların təlim-məşq toplanışında olduğu Türkiyədə keçirilməyi ilə bağlı təklifə də münasibət bildirib: “Bu, gözəl fikirdir. Jurnalistləri apara bilərik, bəs azarkeşləri nə edək? Əslində, Superkubok oyununun Türkiyədə keçirilməsini “Xəzər Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimov təklif etmişdi”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |