Qurban Qurbanov: "Maksimum çalışmalıyıq ki, burda yaxşı nəticə əldə edək" Müsahibə
Sabah Avroliqanın II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Polşa təmsilçisi "Piast" klubu ilə qarşılaşacaq "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bu gün oyunöncəsi mətbuat konfransı keçirib.
- Yaxşı rəqibə
qarşı oynayacağıq. Hərçənd ilk dəfə Avropada oynayırlar. Çox oyunlarını izlədik.
“Piast” mobil komandadır. Hər tipdə oyunçuları var. İstədiyimiz kimi oyunu qura
bilməsək, çətinliklə üzləşə bilərik. Rəqib meydanın hər yerində pressinq edir.
Fikrimcə, düzgün oyun quracağıq. Maksimum çalışmalıyıq ki, burda yaxşı nəticə əldə
edək. Futbolçular tam hazırdırlar, motivasiya olunublar.
- “Piast”ın Avropa təcrübəsi yoxdur. Onu “Visla”nı
gününə sala biləcəksiniz?
- Fərqli
komandalardır. “Visla” ilə hər 2 matçda oyunumuz alınmışdı. İstəyirik ki, bu mərhələni
keçək. Bilirik ki, qalib 2 oyunun nəticəsinə görə müəyyənləşəcək.
- Polşalılar daha çox evdə savab oyununa ümid bəsləyir.
Ola bilər ki, ilk dəqiqələrdən erkən qol vurub, böyük hesablı qazanaq?
- Hər
şey cavab oyununda bilinir. Mən deməzdim ki, ilk oyunda hər şey həll olunacaq.
Bakıda nəticədən asılı olmayaraq mərhələ adlamaq haqda bir şey demək olmaz. “Piast”ın
çılğın azarkeşləri, həyəcanlı stadionları var. Azarkeşləri əlavə güc verir və
90-cı dəqiqədə qalib gəlmələri olur. Yəqin, bunu nəzərə alaraq, evdəki oyunun
daha asan olduğunu deyirlər. Ancaq biz ilk oyunda rəqibi daha yaxşı
tanıyacağımızdan, Polşada bizə asan olacaq.
- Polşalılar fiziki cəhətdən güclüdür. “Qarabağ”ın
90 dəqiqəyə fiziki hazırlığa gücü çatacaq?
-
Futbolda fiziki, texniki, taktiki hazırlıq bir-birinə bağlıdır. Ancaq Avropada
get-gedə tək fizikaya üstünlük verən komanda yoxdur. İnanmıram ki, bizi fiziki
cəhətdən onlara məğlub olaq. Sadəcə, polşalıların həddindən artıq iri futbolçuları
var. “Piast” bu baxımdan standart vəziyyətlərdə üstələyə bilər.
- Polşalılar oyundan öncə bir çox şeylərdən
qorxdular. Bu, sizə necə təsir etdi?
-
Normal. Hər şeyə uyğunlaşmalıyıq. Bir çox komandalar öz aşpazlarını aparırlar.
Biz öz xalqımızı tanıyırıqsa, başqasının deməyi bir o qədər təsir etməməlidir.
- Əsas heyəti özünüz üçün müəyyənləşdirmisiniz?
- Bəli.
İnşallah, orucluq oyuna təsir etməməlidir.
- Ümidləri doğrultmayan Gelaşvilini yerinə qol
vuran Leroy arasında seçim edəcəksiniz?
- Bunu
sabah oyundan öncə deyərəm (gülür). Heyətdə ciddi dəyişiklik olmayacaq. Sizdən
fərqli Gelaşvili mənim ümidlərimi doğrultdu. On qol çatmadı. İnşallah, bunu
növbəti oyunlarda vurar.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |