"Foqts bizim komandalar üçün “uyğun” olmayan oyunçuları Azərbaycan millisinə çağırır”
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts vətənində alman məşqçilərə Türkiyə milli komandalarına çağırılmayan türk əsilli futbolçuları diqqətdə saxlamağı tapşırıb. Stadium.az xəbər verir ki, bu haqda Türkiyə mətbuatı məlumat yayıb. "Foqts hazırda Türkiyə milliləri üçün hazır olmayan və Almaniyada yaşayan türk oyunçuları Azərbaycan millilərinə cəlb etməyə başlayıb. Beləliklə, türkiyəli məşqçilər Almaniyada istedadlı gəncləri axtardığı zaman qardaş ölkə bizim komandalar üçün “uyğun” olmayan oyunçuları Azərbaycan millisinə çağırır” - deyə məlumatda bildirilir.
"Fanatik"
qəzeti yazıb ki, Foqts son olaraq “Vehen Viesbaden”də çıxış edən türk əsilli
futbolçu Benhür Kayanı Azərbaycan U-16 millisinə cəlb edib. O, Bakıda keçirilən
“Caspian Cup” turnirində də iştirak edib. Turnirdə yüksək səviyyəli oyunu ilə
seçilən Kaya finalda Türkiyəyə 1:4
hesabı ilə uduzduqları oyunda komandasının yeganə qoluna imza atıb.
Azərbaycan
millisinə çağırılması haqda danışan B.Kaya deyib: “Türkiyə millisinə qarşı
oynamaq mənim üçün çətin oldu. Bir millət, iki dövlət olduğumuz Azərbaycandan təklif
gələndə fikirləşmədən qəbul etdim. İlk dəfə formasını geyindiyim komanda üçün
mübarizə apardım. Berti Foqts Almaniyada mənim oyunumu izlətdirirmiş. Türkiyə
millisindən bugünə qədər təklif gəlmədiyini görəndə Azərbaycanın dəvətini qəbul
etdim” – deyə o vurğulayıb.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |