"Medallara iddialı heç bir komandadan zəif deyilik" Müsahibə
Yay transfer mövsümü başlayan kimi “Qəbələ” rəhbərliyi “İnter”dən 3 futbolçunun keçidini rəsmiləşdirdi. Stadium.az xəbər verir ki, bu transferlər arasında Vladimir Levin və İbrahima Niasse ilə yanaşı, Nizami Hacıyevin adı çox şeydən xəbər verir. 25 yaşlı yarımmüdafiəçi karyerası ərzində “Olimpik” (Bakı), “Xəzər-Lənkəran”, MOİK (Bakı) və “İnter” (Bakı) klublarında forma geyinib. Bundan başqa, o, Azərbaycanın ardıcıllıqla U-19, U-21 və əsas milli komandasında da çıxış edib. Bəs görəsən, gənc yaşlarında özü haqqında yaxşı rəy formalaşdırmağı bacaran futbolçunun “Qəbələ”yə transferi necə baş tutub?
- Həm ölkə daxilindən, həm də xaricdən bir çox təkliflər
almışdım. Bunların arasında məni ən çox “Qəbələ”dən gələn dəvət qane etdi. Bəri
başdan deyim ki, bu komandaya transferim sırf maddi amillərlə bağlı deyil. Sadəcə,
mənə olan inama, hörmətə görə “Qəbələ”ni seçdim. İlk növbədə mənim rahatlığım
önəmlidir. Əgər hansısa klubun uğurları üçün çalışıramsa, mənim üçün orda rahat
şərait yaradılmalıdır.
-
Xaricdən hansı komandalardan təklif var idi?
- Polşanın 2 klubu mənim xidmətimdə maraqlı idi.
Qışda düşərgəsində olduğum “Poqon” komandası, eləcə də, digər bir klub çox real
təklif göndərmişdi. Yəni, ora baxışa yox, birbaşa müqavilə imzalamağa
çağırırdılar. Variantları götürqoy etdikdən sonra qərarımı verdim. Açığı, “Qəbələ”
rəhbərliyinin mənə göstərdiyi münasibət çox xoşuma gəldi. İndiki dövrdə inama,
dəstəyə böyük ehtiyacım var idi ki, “Qəbələ” üçün bütün potensialımı,
bacarığımı ortaya qoya bilim.
-
Bu vaxta qədər bir neçə klubun şərəfini qorumusan, Polşada olmusan. “Qəbələ”nin
həmin klublardan üstün cəhəti nədir?
- Yenə də deyirəm, inam cəhətdən mənə fərqli münasibət
oldu. Zədə ucbatından son 3 ayda futbol oynamamışam. Müalicədən sonra düşündüm
ki, bu vəziyyətdə Polşaya getsəm, ola bilsin, zədələndiyim nahiyədə yenə
ağrılar başlayacaq və nəticədə əsas heyətə düşməkdə, möhkəmlənməkdə problem
yaranacaq. Ancaq “Qəbələ” rəhbərliyi hər şeyi nəzərə aldı. Burada ilk günlər fərdi
məşqlər etdim. Bəzi ağır məşqlərdən azad olundum ki, zədəmə yük düşməsin. Çünki
bərpa prosesini tədricən keçməliiydim.
-
Həkimlər səhhətinlə bağlı hansı rəyi veriblər?
- Qasıq nahiyəmdə yırtıq var idi. Əməliyyat
olunmuşam. Şükür Allaha, indi özümü yaxşı hiss edirəm. Bütün məşqlərdə iştirak
edirəm. Türkiyədə keçirilən yoldaşlıq oyunlarında da meydançada olmuşam. Necə
deyərlər, hər şey yolundadır.
-
Müxtəlif məşqçilərin rəhbərliyi altında oynamısan. Bəs Yuri Syomini necə
xarakterizə edərdin?
- Yuri Syomin böyük komandalarda - Moskva
“Lokomotiv”i, Kiyev “Dinamo”su, eləcə də, Rusiya yığmasında çalışıb. Bu məşqçi
barədə yalnız xoş sözlər demək mümkündür. O, işini çox dərindən bilir, məşqləri
sistematik aparır. Düzdür, məşqlər ağır keçir. Ona görə ki, hazırda fiziki cəhətdən
hazırlaşırıq. Amma istənilən halda, məşqlərin ağırlığına tab gətirməliyik. “Qəbələ”nin
uğur qazanmasını, Premyer Liqada ilk “üçlüy”ə düşməsini istəyiriksə, məşqlərin
çətinliyinə, tapşırıqlara dözməliyik. Buna dözə bilmiriksə, heç burada
yığışmağın da mənası yoxdur.
-
Məşqlərin ağırlığından söz açdın, amma deyəsən, səndə hərdən tənbəllik də
olur...
- Açığı, bir az tənbəlliyim var. Ancaq meydançaya
çıxdımsa, komandama görə canımı qoyuram. Dediyim kimi, son 3 ayda futbol
oynamamışam. İndi futbol üçün acmışam. Bir var darıxmaq, bir də var acmaq. Mən
məhz futbol baxımından özümü ac hiss eləyirəm. Meydançaya çıxıb, özümü göstərmək
əzmindəyəm. Ən azı, “Qəbələ” rəhbərliyinə sübut etmək istəyirəm ki, seçimlərində
yanılmayıblar. Ona görə də komandanın uğurları naminə əlimdən gələni əsirgəməyəcəyəm.
-
“Qəbələ”də səni necə qarşıladılar? Səninlə bərabər, “İnter”dən daha iki
futbolçu - Vladimir Levin və İbrahima Niassenin də bura keçməsi güman ki, yeni
komandaya tez uyğunlaşmağına kömək etdi.
- Levin və Niasse ilə 2 il “İnter”də çiyin-çiyinə
oynamışam. “Qəbələ”nin digər futbolçuları isə məşqlərdə, yeməkxanada, asudə
vaxtlarda özlərini elə səmimi aparırlar ki, istər-istəməz bu kollektivə
qoşulursan, ünsiyyət qurursan, qaynayıb-qarışırsan. Hər şey yüksək səviyyədədir.
Mövsümün sonunda nəticə də qazana bilsək, lap əla olar.
-
Növbəti çempionatda “Qəbələ”nin mükafatçılar sırasına düşməyi, səncə nə dərəcədə
realdır?
- Medallara iddialı heç bir komandadan zəif deyilik.
Klub rəhbərliyi tərəfindən maddi, mənəvi dəstək göstərilir. Heyət əla
futbolçulardan qurulub. Komandaya böyük təcrübəyə malik məşqçi başçılıq edir.
Meydançalar yüksək səviyyədədir. Qəbələnin o qədər gözəl stadionları var ki, məşqdən
sonra heç meydançadan çıxmaq istəmirsən.
-
“Qəbələ”yə keçidin Azərbaycan milli komandasına qayıtmağına da yardım edə bilər…
- Əlbəttə. Zədə ucbatından yığmaya da çağırılmırdım.
“Qəbələ”nin heyətində özümü yaxşı göstərə bilsəm, düşünürəm ki, milli komanda məşqçilərinin
də diqqətini cəlb edərəm.
-
“Qəbələ”də səni əsas heyətə düşmək uğrunda gərgin rəqabət gözləyir. Buna
hazırsanmı?
- Rəqabətdən qorxuruqsa, oturaq evdə, heç futbol
oynamayaq. “İnter”lə müqavilə bağlayanda 18 yaşım var idi. Həmin vaxt
komandanın kapitanı Emin İmaməliyev idi. Cəmi 4 turdan sonra əsas heyətdə yer
almağa başladım. Rəqabətdən qorxsaydım, “İnter”ə keçməzdim.
-
Azərbaycanın istedadlı futbolçularından biri, U-19 yığmamızın heyətində Ermənistanın
qapısına vurulan qələbə topunun müəllifi, oynadığı klublarda öz dəst-xətti ilə
seçilən Nizami Hacıyevin “Qəbələ” azarkeşlərinə nə sözü var?
- Hər bir fanata hörmət bəsləyirəm. Qoy, onlar bizə
dəstəklərini davam etdirsinlər. Biz həm klub rəhbərliyi, həm də azarkeşlər üçün
uğurlar qazanmalıyıq. Üzümüzə gələn mövsümdə “Qəbələ”yə xalqın sevgisini
artırmalıyıq.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |