"Skenderbeu"nun üzvü: "Növbəti mərhələyə yaxın olduğumuzu deyə bilmərəm" Müsahibə
Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində "Neftçi"nin rəqibi olan Albaniya çempionu "Skenderbeu" klubunun futbolçusu Bledi Şkembi təmsilçimizlə cavab oyunu öncəsi Albaniya mətbuatına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
- Bakıda qeydə alınan 0:0 hesabını komanda üçün nə dərəcədə sərfəlidir?
- Bu yaxşı nəticədir. Əgər
oyundan öncə bu nəticə haqda düşünsəydik, çox şad olardıq. Ancaq qarşıda cavab
matçı var. Bu oyuna da ilk görüşdə olduğu kimi ciddi hazırlaşırıq. Sabah ilk
görüşdən daha yaxşı oynamalıyıq.
- Bu nəticədən sonra
komandanı növbəti mərhələyə yaxın hesab etmək olar?
- Növbəti mərhələyə yaxın
olduğumuzu deyə bilmərəm. Çünki ilk oyunda "Neftçi"nin yaxşı komanda
olduğunu və heyətində səviyyəli futbolçuların çıxış etdiklərini gördük. Ona
görə düşünürəm ki, "Neftçi" də bizim ilk oyunda etdiyimizi
təkrarlamağa çalışacaq. Bu oyunda şansların yenə 50/50-yə olduğunu deyə
bilərəm.
- Komandanın ilk
görüşdəki oyunu səni razı saldı?
- İlk görüşdə oyunumuz yaxşı
alındı. Ancaq son zərbəni vurmağa gücümüz yetmədi. Düşünürəm ki, cavab matçında
daha yaxşı oynayacağıq. Lakin bilməliyik ki, hələ heç nə bitməyib. Bizim qol
vurmaq üçün yaxşı imkanlarımız var idi, ancaq düzünü desək, "Neftçi"
həmin oyunda şansız idi. Qapıçımız Orqes Şehi həmin oyunda mükəmməl
oynadı.
- Qarşıdakı cavab
oyunundan nə gözləyirsən?
- Biz bu oyunun əhəmiyyətini
yaxşı dərk edirik və qarşıdakı 90 dəqiqə karyeramda çox vacib olacaq. İlk
görüşlə müqayisədə cavab matçında daha çox güc sərf etməliyik. Bütün diqqətlər
üzərimizdə olacaq və bacarığımızın 200 faizini meydanda qoymalıyıq. Düşünürəm
ki, əgər məqsədimizə nail olsaq, Çempionlar Liqasının üçüncü mərhələsinə vəsiqə
qazanacağıq.
- Səncə, ÇL-in üçüncü
mərhələsi "Skenderbeu" üçün nə qədər uzaqdır?
- Əminik ki, biz hələ heç nə
etməmişik. Bizi qarşıda çox çətin və vacib tapşırıq gözləyir. Dediyim kimi
qarşıdakı 90 dəqiqə futbolçular və komanda üçün çox vacibdir.
- Azərbaycan mətbuatı
sizin ilk oyunda bilərəkdən artistlik edərək vaxt uzatdığınızı iddia edir.
Bu doğrudur?
- Hər komandanın öz oyun üslubu
var. Lakin həmin oyunda bizim film göstərməyə vaxtımız yox idi. Biz çox gözəl
futbol nümayiş etdirdik. Bu, onların öz komandalarından narazı qalmalarından
irəli gəlir. Ancaq biz öz vəzifəmizi yerinə yetirdik. Mətbuat konfransında mən
rəqibə hörmət etdiyimizi, ancaq onlardan çəkinmədiyimizi söyləmişdim. Halbuki,
azərbaycanlılar böyük hesabla qalib gələcəklərini iddia edirdilər.
- Necə düşünürsən,
"Skenderbeu" növbəti mərhələyə adlayacaq?
- Mən inanıram və ümid edirəm ki, illər sonra yuxum reallığa çevriləcək. Bu il bizim ilimizdir.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |