"Qəbələ" İngiltərədəki uğurun təkrarladı
Avstriyada təlim-məşq toplanışını başa vuran “Qəbələ” hazırlıqlarını uğurlu seriya ilə tamamladı. Stadium.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu ölkədəki hər 3 yoxlama oyununda qələbə qazanan “qırmızı-qaralar” yay hazırlığını uğurla sona çatdırdı. Beynəlxalq oyunlardakı 3 oyunluq qələbə seriyası əldə edən komanda Türkiyənin “Gənclərbirliyi” klubunu 3:1, Macarıstan “Zalaeqerseq”ini 3:0 məğlub etdikdən sonra Sloveniya təmsilçisi “Smartno”dan da güclü oldu - 2:1.
Beynəlxalq
yoxlama oyunlarındakı belə seriya “Qəbələ” üçün rekord sayılır. Belə ki, ilk
belə matçına 2006-cı ildə çıxan komanda öz tarixində bundan çox qələbəni
sıralamayıb. İndiki nəticə 2011-ci ilin yayında əldə olunan uğurlu seriyanın təkrarıdır.
2 il əvvəl komanda İngiltərə toplanışının sonunda ardıcıl 3 matçda qalib gəlmişdi.
Yerli klublardan “Sent Albans”ı 3:2, “Hayes Yeading”i 2:1 yenən
“qırmızı-qaralar” “Luton Taun”u da 3:2 hesabı ilə üstələmişdi. Bundan sonrakı
toplanışda - 2012-ci ilin qışında da “Qəbələ”nin uğurlu seriyası var. Lakin həmin
vaxt əldə olunan ardıcıl 2 qələbədən sonrakı matçda komanda yalnız penaltilər
seriyasında rəqibindən üstün olub.
Qeyd edək
ki, tarixi ərzində 53 beynəlxalq yoxlama oyunu keçirən “Qəbələ” 23 qələbə
qazanıb, 10 heç-heçə edib və 20 dəfə uduzub. Bu qarşılaşmalarda 81 top vuran
komanda 62-ni buraxıb.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |