Premyer Liqada daha 2 əcnəbi baş məşqçi
Premyer Liqanın ilk turu 2 əcnəbi baş məşqçinin Azərbaycan
çempionatında debütü ilə əlamətdar oldu. Stadium.az PFL-in rəsmi saytına
istinadən xəbər verir ki, ölkəmizdə ilk matçında iş başında olan Milinko Pantiç
və Yuri Syomin turun ilk qarşılaşmasında üz-üzə gəldi. “Bakı”nı çalışdıran
serbiyalı Pantiç üçün debüt uğursuz alındı. “Qəbələ”nin rusiyalı çalışdırıcısı
Yuri Syominin komandası səfərdə debütant həmkarını 2:1 hesabı ilə məyus etdi.
Cari mövsümün startında iş başında olan 5 əcnəbi mütəxəssisdən
2-nin debütü ilə Premyer Liqa tarixindəki legioner baş məşqçilərin ümumi sayı
44-ə çatdı.
Syomin 2 il əvvəl “Simurq”da çalışmış Sergey
Yurandan sonra 2-ci rusiyalı oldu ki, Premyer Liqada debüt etdi. Pantiç isə elə
onun klubdakı sələfi Bojidar Bandoviç, həmçinin AZAL-ın çalışdırıcısı olmuş
Peter Kurçubiç və “Masallı”da 1 oyunluq baş məşqçi əvəzi kimi meydana çıxaran
Miroslav Saviçdən sonra 4-cü serbiyalıdır.
Ümumilikdə isə çempionatda 18 ölkədən olan məşqçilər
çalışıb: Türkiyə - 10, Ukrayna – 7, Gürcüstan, Serbiya – hərəsi 4, Almaniya –
3, Bosniya və Herseqovina, Rusiya, İspaniya – hərəsi 2, Çexiya, Əlcəzair,
İngiltərə, Latviya, Litva, Makedoniya, Moldova, Rumıniya, Xorvatiya, Uels – hərəsi
1.
Pantiç “Bakı”nın tarixinə 7-ci əcnəbi baş məşqçi
kimi düşdü. Ona qədər makedoniyalı Qyoko Hacıyevski, türkiyəlilər Bülənt
Korkmaz və Cüneyt Biçər, almaniyalı Vinfred Şafer, latviyalı Aleksandr Starkov
və serbiyalı Bandoviç də paytaxtın eyniadlı təmsilçisində çalışıb. Bununla da
“Bakı” ən çox legioner məşqçiyə güvənməkdə “Xəzər Lənkəran”a məxsus Azərbaycan
rekordunu təkrarlayıb.
Syomin isə “Qəbələ”nin 4-cü legioner baş məşqçisidir.
Ona qədər ingiltərəli Toni Adams, türkiyəli Fatih Kavlak və ispaniyalı Luis
Araqon komandanı Premyer Liqa matçlarına çıxarıb.
Ümumilikdə isə 17 Azərbaycan klubu Premyer Liqada gəlmə
çalışdırıcıya güvənib: “Xəzər Lənkəran”, “Bakı” – hərəsi 7, “İnter”, “Simurq” , “Qəbələ” – hərəsi 4, “Gənclərbirliyi”
, “Neftçi”, “Standard”, “Turan” – hərəsi 3, “Muğan”, AZAL, “Rəvan” – hərəsi 2,
“Karvan”, “Masallı”, “MKT-Araz”, “Qarabağ”, “Sumqayıt” – hərəsi 1.
Qeyd edək ki, 5 mütəxəssis – Kaxaber Sxadadze,
Cüneyt Biçər, Rasim Kara, Qyoko Hacıyevski və Kemal Əlispahiç Premyer Liqada 2
klubda çalışıb.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |