Sakit Alıyev: “İxtiyarım olsa, Namiqi Tovuza buraxmaram” Müsahibə
Premyer liqada yeni mövsümə start verildi. Amma həmişə adət etdiyimiz kimi “Turan” və “Kəpəz”siz. Deyəsən bu hal təkcə tovuzlu azarkeşləri deyil, komandanın veteran futbolçusu və keçmiş baş məşqçisi Sakit Alıyevə də pis təsir edib. Sakit müəllimlə tez-tez əlaqə saxlayıb səhhəti ilə maraqlanırdıq. Amma bu dəfə özü bizə zəng edərək deyiləsi sözünün olduğunu bildirdi. Alıyevə xüsusi hörmətimiz var və bu üzdən qəzetimizdə onun fikirlərinə həmişə yer ayırmağa hazırıq:
- Səhhətiniz necədi? Bir neçə ay əvvəl yenidən problemlər yaranmışdı.
- İrəliləyiş var. İndi özümü yaxşı hiss edirəm. Yaxınlarda yenidən müayinədən keçmək üçün Bakıya, sonra isə Rusiyaya gedəcəm. İki-üç ay əvvəl çox pis vəziyyətdə idim. Hətta bir neçə gün ayaqlarım tutuldu, gözlərimdə problem oldu. Bunun da səbəbi əsəbiləşməyim idi. Sizin qəzetdə də bu haqda məlumat getmişdi. Həmin ərəfədə Tovuz futbolunun problemləri ilə bağlı AFFA-ya getmişdim. Laqeyd münasibət görəndə istər-istəməz əsəbiləşirəm, ziyanı da özümə dəyir.
- Deyirsiniz ki, “Neftçi”nin əvəzedicilərində oynayan bacınız oğlu Elmxan Məmmədova və bir neçə digər tovuzlu futbolçulara lisenziya vermirlər.
- Elmxanın lisenziya alması üçün bütün sənədlər qaydasındadı. Eləcə də “Sumqayıt”da oynayan Budaq Nəsirovun. “Turan” ilə müqavilələri bitib, azad bir futbolçulardı. Elmxanın “Neftçi” ilə müqaviləsi də var. Müddətini və dəyərini bilmirəm. Çalışıram ki, onun işinə qarışmayım. Amma müəyyən vaxtlarda köməyimi əsirgəmirəm. Nə qədər də olmasa, dayısıyam. Lisenziya verməmələrinin isə bir səbəbi var –Namiq Məstanov Elmxanı və bir neçə tovuzlu futbolçunu yenidən “Turan”a qaytarmaq istəyir. Vaxtilə yiyə durmadılar, hərəsini bir yerə didərgin saldılar. Legionerləri gətirdilər ki, guya nəsə edəcəklər. Nəticədə özləri yaxşı pul qazandılar, “Turan” da düşdü aşağı dəstəyə. İndi də legionerlər yoxdu, ümid qalıb yerlilərə. Məhz Namiq Məstanovun istəyi ilə AFFA-dakılar bu futbolçulara lisenziya vermək istəmirlər. Bilirəm oradakılarla əlaqəsi var. Vaxtilə məni “Turan”dan uzaqlaşdıran, bu vəziyyətə salan insanlar indi də bacım oğlunu pis günə qoymaq istəyirlər. Elmxan gələcəkdə Azərbaycanın ən yaxşı futbolçularından biri olacaq. Ona özümün davamçım gözüylə baxıram. Qabında nə olduğunu da məndən yaxşı bilən yoxdu. Əgər ona qarşı haqsızlıqlar davam edərsə, birbaşa UEFA-ya şikayət edəcəm. “Turan”ı pis günə qoyan Namiq Məstanov indi qeyrətə gəlib? Guya Tovuz futboluna canı yanır.
- Amma bir neçə il əvvəl “Turan”ın çətin vəziyyətində tovuzlu futbolçular sözü bir yerə qoyub keçmiş komandalarına qayıtdılar. Bəlkə bu yolla komandanı Premyer liqaya qaytarmaq istəyirlər?
– Həmin vaxt mən komandanın baş məşqçisi idim. Həqiqətən tovuzlu uşaqlar komandaya qayıtdılar. Sağ olsunlar, onlardan bir neçəsi də sözümü yerə salmadı. Onda komanda bütünlüklə tovuzlu uşaqlardan ibarət idi, cəmi 3 legionerimiz vardı ki, onlar da yaxşı futbolçular idi. Daha Namiqin gətirdikləri legionerlərin tayı deyildi. Tovuz futbolunu məhv etdilər, yenidən diriltmək istəyirlər. Tovuzlu uşaqları digərgin salmaq əvəzinə mənasız legionerlərdən imtina edərdilər. Niyə etmədilər? Çünki, məqsədləri pul qazanmaq idi. Namiq deyir ki, komandanın pulu yoxdu. Bəs komandanı Bakıda necə saxlayırdınız? Legionerlərə maaşı necə verirdiniz?
– Tovuz şəhər stadionunun uzağı iyunda hazır olacağı gözlənilirdi. Bilmirsiniz vəziyyət nə yerdədi?
– Düzü, nə qədər ki Namiq “Turan”dadı, nə qədər ki orada çirkli insanlar var, ona görə stadiona getmirəm. Amma uşaqlar deyir ki, işləyirlər. Guya siz demiş uzağı iyula hazır olmalı idi. Nə oldu, avqustdu, niyə hazır eləməyiblər? Bu stadion oyunu ortaya məqsədyönlü atılmışdı. Komandanın Bakıya aparılması və pul qoparmaq üçün. Stadionun qazonunun dəyişdirilməsi futbola yox, onların ciblərinə xidmət edirdi. Ortaya belə bir sual çıxır – yaxşı stadionda təmir işləri aparılırdısa, komanda nəyə görə Bakıya göndərildi?. Ev oyunlarını Qazaxda, Şəmkirdə keçirmək olmazdı? Camaat da gedib baxardı, komandanı dəstəkləyərdi. Komandaya gələn kimi stadiona öz dayısını, mühafizəyə isə qardaşını təyin elədi. Hər ikisini Tovuz camaatı yaxşı tanıyır, bilirlər hansı məzhəbə qulluq eləyirlər. Adını da qoydu ki, pul yoxdu, kənar adamlara maaş verə bilmirəm. Yalançıya Allah lənət eləsin! Məqsəd hər şeyi öz əllərinə almaq, pul qazanmaq idi. Amma çox çəkməyəcək. “Turan” kimi komandanı əllərində oyuncaq eləyiblər. Namiq ovuz futbolunun, Tovuz camaatının düşmənidi. Bunu sübut eləməyə gücüm və dəlillərim də var. İxtiyarım olsa, Namiqi Tovuza buraxmaram.
– Arada bir xəbər yayıldı ki, Nadir Nəbiyev komandaya məşqçi gətirilir...
– Nadir yaxşı uşaqdı, yaxşı da futbolçu olub. Onun komandaya gəlməsinə ancaq sevinərdim. Amma məşqçi kimi yox, bir idarəçi kimi. Çünki, məşqçi olmaq üçün oxumaq lazımdı, təcrübə lazımdı. Nadir Namiq Məstanovdan fərqli olaraq qat-qat yaxşı insandı, “Turan”dan da heç nəyini əsirgəməz.
– Namiq Məstanov verdiyi açıqlamada “Turan” Futbol Klubunun adının dəyişdirilib “Turan” İdman Klubuna çevrildiyini deyib...
– Ay qardaş, ortada yenə də pul söhbəti var. İdman klubunun yaradılması müəyyən xərcləri silmək, maliyyə vəsaitlərini gizlətməyə xidmət edir. Bu klubu Vidadi Əhmədov yaradıb və komanda Tovuz camaatının idi. Namiqin nə haqqı çatırdı ki, camaatın malı ilə necə istəyir elə də davranır? Güya başqa idman növlərinin də inkişafı nəzərdə tutulub. Bəs bayaqdan pul yox idi? Olmazdı ki, yeni idman klubu yaradılardı, “Turan” adına toxunmazdılar? Yerli azarkeşlər də bu fikrə çox pis baxır. Bir sözlə, nə istəyirlər, edirlər. “Turan”a yeni sponsorların gələcəyini deyirlər. Əgər bu baş versə, birinci özüm həmin sponsorların qəbuluna düşüb Namiqgilin hansı məqsədlərə qulluq etdiyini deyəcəm. Sponsor gərək elə adamla müqavilə bağlasın ki, onun azacıq da olsa Tovuza, futbola bağlılığı, sevgisi olsun. Day nankor insanlarla yox.
– Necə düşünürsən, “Turan” yenidən elitaya qayıda biləcəkmi?
– Düzü, inanmıram. Amma yenə də çempionat başlayanda bir-iki oyununa baxacam. Ondan sonra nəsə fikirn söyləmək olar. Əgər ən azından mənim dövrümdəki heyət olsaydı, əminliklə bunu bacaracaqlarını deyərdim. Amma mən stadionda ölümdən dönəndən sonra yığdaqları heyətlə heç nə edə bilməyəcəklər.
Söhbətləşdi: NEMƏT, “Het-trik news”
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |