"Meydandakı bir "Qarabağ"lı futbolçu 100 000 məcburi köçkün üçün oynayacaq" Müsahibə
"Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl klubun rəsmi saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
- Tahir bəy, sabah "Qarabağ" vacib oyuna
çıxacaq. Nə gözləyirsiz komandamızdan?
- Əvvəla
onu bildirim ki, "Qarabağ`ın cari uğurları hər kəs kimi, məni də
qürurlandırır. Sabahkı oyun bizim üçün çox vacibdir. Bizi çətin qarşılaşma gözləyir.
Amma hədəfimiz turu keçməkdir. Bunun üçün bura gəlmişik. "Qarabağ"ın
bu mövsüm Avroliqada ən çox xal toplayan 3 komandadan biri olması məni
qürurlandırır. Bizi yeni rekordlar, yeni uğurlar üçün burdayıq. Bunun üçün
sabah meydana çıxıb aslanlar kimi mübarizə aparacağıq.
- Hələ Avrokuboklar başlamamışdan öncə verdiyiniz
açıqlamada "Qarabağ"ın hədəfinin qrup mərhələsi olduğunu
bildirmişdiniz..
- Bəli.
Çox şükürlər olsun ki, bu yolda əmin addımlarla irəliləyirik. "Qarabağ"
son illərdə böyük sıçrayışa və önəmlisi stabilliyə nail olub. Bu bizim ən böyük
uğurumuzdur. Biz bir ailə kimi formalaşa bilmişik. Belə də hədəflərimiz də
böyüyüb. Zatən, bizim üçün xüsusi köklənməyə ehtiyac yoxdu. Qarabağ adı özü bir
hədəfdi. Komanda udanda da, uduzanda da mən onun yanındayam. Biz "Qarabağ"
ailəsiyik. Və fərqimizdən qürur duyuruq
- Əksəriyyətinin fikrincə, bu "Qarabağ"
tarixin ən güclüsüdü. Bu fikirlə razısınızmı?
- Təbii
ki, komandam haqqında belə sözlər eşitmək xoşdu. Zənnimcə, son transferlərimiz
olduqca uğurlu alınıb. Üstəlik, "Qarabağ"dakı sabitlik də uğurumuzun əsas
tərəfidi. Artıq "Qarabağ"
deyiləndə ciddiyə alınan, fərqi hiss olunan, ehtiramla qarşılanan bir klub
formalaşıb. "Qarabağ" bir çiçək kimi ən yaxşı bal arılarını özünə cəlb
edə bilib. Bəli, ona görə də razılaşıram ki, bəlkə də bu "Qarabağ"
tarixinin ən güclüsüdür. Amma bu bizi üçün
sonuncu hədəf deyil. Daim inkişaf etmək, tədricən böyüməklə daha da möhkəmlənmək
istəyirik.
- Artıq, uzun illlərdi "Qarabağ"a rəhbərlik
edirsiniz. Uğursuzluqda da, başarı da "Qarabağ"ın yanındasız. Uğurun
kökü Sizin daim komandanın dəstəkləməsində dayanır. Axı, geriyə boylandığınız
zaman atdığınız addımların doğru olduğu bugün özünü təsdiq edir.
- Bizim
üçün "Qarabağ" bir futbol komandası deyil. "Qarabağ" şübhəsiz,
Qarabağ həqiqətlərini üçün ən böyük təbliğat maşınıdır. İdmanda uğur qazanmaq da olar, pis nəticələrlə
də qarışlaşmaq olar. Ötən mövsüm AZAL-a 6:2 məğlub olduq. Nə etməliydik? Hər
şeyi dəyişməliydik? Biz bir kərə inandığımız işi görürürk. Mən klubundakı hər
bir şəxsə inanıram. Onlara inandığım üçün burdadılar. Nə oldu? Həmin komanda bu
il Azərbaycanın Avropadakı tək təmsilçisidir. Nə qısa zəfərlər, nə də ki, qısa
məğlubiyyətlər bizim üçün əsas deyil.
Qarabağ adını ləyaqətlə daşımaq ən böyük uğurdur. Sevinirəm ki, bugün çəkilən
əməyimizin boşa getmədiyini göstərir.
- 10 ildir
"Qarabağ"ın başındasız. Yəqin, yubiley hədiyyəsi istərdiz.
- "Qarabağ" adı mənim üçün elə ən
böyük hədiyyədir. Yox, əgər idman uğuru istəyirsinizsə, təbii ki,qrup mərhələsinə
düşmək mənə ən böyük hədiyyə olardı. Mən buna inanıram. Artıq, "Qafqaz
Barselonası"nın qrupda çıxış etmək
zamanıdır. Hə, o, başqa ki, bizi pley-offda çox güclü komandalar gözləyir. Biz
bunu başa düşürük. Amma hər şey arzudan
başlayır, əzmkarcasına çalışmaqla davam edib hədəfə çatmaqdan gedir.
- Sabahkı görüşdə Riçard Almeyda olmayacaq. Bunu
komandamız üçün itki hesab edirsinizmi?
- Əlbəttə,
Riçinin sabah komandamızla birgə olmağını istərdik. Şəxsən, mən braziliyalının
oyununu çox bəyənirəm. Amma indi oturub
təəəssüflənməklə heç nə əldə edə bilmərik.
Sabah meydanda başqa "Qarabağ"lılar çıxacaq. Meydandakı bir
"Qarabağ"lı futbolçu 100 000 məcburi köçkün üçün oynayacaq. Milyonlarla insan futbolçularla birlikdə
meydanda mübarizə aparacaq. Biz sabah meydanda bütün Azərbaycanın ürəyini,
sevgisini daşıyacağıq.
- Hər kəs "Qarabağ"ın başqanından ümid
gözləyir. Nə deyə bilərsiz azarkeşlərimizə?
- Öncə hər
kəs birləşib "Gefle" səddini keçməliyik. Mən tur deyil, zəfər gözləyirəm
"Qarabağ"ımızdan. Bu turu keçsək,
play-off mərhələsi gəlir. Hamımız birləşməliyik. Qarabağda birləşməliyik.
İstərdim ki, Stadionumuzda bu oyun zamanı bir yer də boş qalmasın. Hər kəs
"Qarabağ"ın gücünü, qüdrətini, bir ailə olmasını görsün. Amma öncə
"Gefle" ilə matçı fikirləşməliyik.
Bu oyundakı qələbə bizim üçün çox vacibdir. Mən buna hər bir "Qarabağ"sevər
kimi inanıram. "Qarabağ" turu keçmək üçün ruhunu meydana qoyacaq.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |