Emenike: "1 gün "Fənərbaxça"ya qayıdacağımı bilirdim" Müsahibə
Çempionlar Liqasında yoluna inamla davam edən "Fənərbaxça" həftə arası həm də yeni transferini reallaşdırdı. Stadium.az xəbər verir ki, əslində bu keçidə tam olaraq yeni adını vermək də düzgün deyil. Çünki Emanuel Emenikeni "Fənər" üçün yeni oyunçu saymaq olmaz. Nigeriyalı forvard sonuncu klubu "Spartak"a elə "Fənərbaxça"dan keçmişdi. Moskvanı tərk etməmişdən öncə isə Emenike "Spartak"ın saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik.
- Artıq "Spartak"ı tərk edib, "Fənərbaxça"ya
üz tutursunuz. Keçidinizi necə şərh edə bilərsiniz?
-
"Spartak"da unudulmaz iki il keçirdim. Burada həqiqətən də çox xoşbəxtəm
idim. Komandadakı hər kəslə - futbolçularla, məşqçilərlə, rəhbərliklə, klubun
texniki işçiləri ilə münasibətim əla idi. "Spartak"ın azarkeşlərinə
isə söz ola bilməz. Onlar xüsusidirlər. Əminliklə söyləyirəm ki, Rusiyadakı ən
yaxşı fanatlar məhz "Spartak"ın azarkeşləridir. Burada keçirdiyim illəri
heç vaxt unutmayacağam, həyatımın sonunacan xoş xatirə kimi yadda saxlayacağam.
İndi isə getmək vaxtıdır. Yenidən "Fənərbaxça"ya - keçmiş klubuma
geri dönürəm. Sözün açığı, daxilimdə bilirdim ki, 1 gün yenidən "Fənərbaxça"ya
qayıdacağam.
- "Spartak"ı hansı hisslərlə tərk
edirsiniz?
-
Komandada olduğum müddətdə yalnız xoş hisslər keçirmişəm. Bir futbolçu kimi
"Spartak"da çox inkişaf etdim. Oyunçu keyfiyyətlərimi daha da
yaxşılaşdırdım. Buna görə də komandadakı hər kəsə təşəkkürümü bildirirəm.
İnkişaf etməyimdə məşqçilər korpusunun böyük rolu oldu. Onların dəstəyi
olmasaydı, bu qədər irəli gedə bilməzdim. Bundan sonra Türkiyədə çıxış edəcəyəm.
İnanıram ki, orada da böyük uğurlar qazanacağam.
- "Spartak"ın baş məşqçisi Valeri Karpinlə
münasibətləriniz necə idi? Bir müddət əvvəl verdiyi açıqlamada Karpin
bildirmişdi ki, sizə öz oğlu kimi münasibət göstərir...
- O həm əla
mütəxəssis, həm də əla insandı. Mən də deyə bilərəm ki, Karpin mənə ata kimi
olub. O daim məni dəstəkləyib. Həqiqətən də mənimlə öz oğlu kimi rəftar edirdi.
Onunla münasibətlərimiz çox gözəl idi. Heç vaxt aramızda hansısa problem
yaşanmayıb. Onunla birgə çalışmaqdan daim qürur duymuşam. Karpin yaxşı məşqçidir.
Ona gələcəkdə uğurlar arzulayıram. İnanıram ki, bu mövsümdən etibarən Karpin
böyük uğurlar qazanacaq. O hələ yolun başlanğıcındadır. Bir sözlə, Karpin əla,
ünsiyyətcil insandır. Yəqin ki bu sözlərimi onunla işləyən hər bir futbolçu təsdiqləyə
bilər.
- Sonuncu qolunuzu Krasnodarda vurdunuz. Demək olar
ki, bu, azarkeşlərə vida hədiyyəniz idi?
- Hə, yəqin
ki bu qolu "ağ-qırmızılı" fanatlar üçün vida hədiyyəsi hesab etmək
olar (gülür). Əslində həmin vaxt keçidim hələ dəqiqləşməmişdi. O zaman tam
olaraq "Fənərbaxça"ya qayıdacağımı bilmirdim. Yeri gəlmişkən, onu da
deyim ki, "Kuban" mənim ən sevimli komandalarımdan biridir: axı
onlara demək olar ki hər oyunda qol vurmuşam (yenidən gülür). Odur ki, bir gün
nə vaxtsa bura qayıdası olsam, bu cür xoş ənənələri davam etdirmək lazımdır.
- "Spartak"dakı karyeranız zamanı hansı
qolunuz sizin üçün daha yaddaqalan olub?
- Adətən
futbolçular bu cür sullara cavab verərkən ya ilk, ya da sonuncu qollarını qeyd
edirlər. Amma mənim üçün unudulmaz qol ÇSKA-ya vurduğumdur. O zaman uzaqdan
qapıya zərbə endirdim və gözəl qol alındı. Bu qol sayəsində hesabı bərabərləşdirməyə
müvəffəq olmuşduq.
- Qolu dediniz, bəs ən yaddaqalan oyun kimi hansını
fərqləndirə bilərsiniz?
- Bu
baxımdan da Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində "Nouk
Kamp"da "Barselona"ya qarşı keçirdiyimiz matçı qeyd edərdim. Həmin
oyunda fantastik çıxış etmişdik. Layiqli mübarizə aparmağımıza baxmayaraq,
sonda meydanı məğlub qismində tərk etdik.
- Son olaraq, "Spartak"ın azarkeşlərinə nə
demək istərdiniz?
- Daim
göstərdikləri fantastik dəstəyə görə onlara minnətdarlığımı bildirmək istəyirəm.
Çox şadam ki, bu cür möhtəşəm fanat ordusu olan komandada forma geydim. Burada
bəzən elə məqamlar olurdu ki, heç inanmağım gəlmirdi. Xüsusən də səfər
oyunlarında. Rəqib meydançamızda çıxış etməyimizə baxmayaraq, fanatlarımız
staduionda elə ab-hava yaradırdılar ki, sanki öz meydanımızda çıxış edirik. O
cür futbolu sevən insanlar üçün meydanda mübarizə apardığıma görə fəxr edirəm.
Hazırladı: ŞAHİN
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |