İcraiyyə Komitəsində qəbul edilən qərarlar
Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin iclası keçirilib. Aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:
1.
Birinci Diviziondan Topaz Premyer Liqasına 1 komanda yüksəlsin, müvafiq olaraq,
Topaz Premyer Liqasından Birinci Diviziona bir komanda düşsün.
2. Topaz
Premyer Liqasında çıxış edən bütün klublarda minimum 5 nəfərdən ibarət İdarə
Heyəti yaradılsın. Bununla əlaqədar klubların yeni strukturu və İdarə Heyətinin
üzvləri AFFA rəhbərliyi tərəfindən təsdiq olunması üçün baş katibliyə təqdim
edilsin. İdarə Heyətinin tərkibində bir veteran futbolçunun iştirakı ödənişli əsaslarla
təmin olunsun. Bu strukturun formalaşması üçün AFFA tərəfindən lazımi köməklik
göstərilsin və proses 2013-cü ilin sonundək başa çatdırılsın.
3. Topaz
Premyer Liqasında çıxış edən klubların nəzdində U-19 komandası yaradılsın və
AFFA tərəfindən keçirilən U-19 Liqasında iştirakı təmin edilsin.
4.
"Araz" (Naxçıvan) klubunun Birinci Divizionda çıxışı ilə bağlı müraciəti
təmin edilsin və klubların "Araz" klubu ilə səfər oyunu üçün
Naxçıvana gediş-gəliş xərci AFFA tərəfindən ödənilsin.
5.
AFFA-nın U-12 Liqasının yaradılsın.
6.
AFFA-nın bütün uşaq liqalarında "Yaşıl kart" qaydası tətbiq olunsun.
FAIR PLAY qaydalarına daha çox əməl edən futbolçular (AFFA-nın bütün liqaları və
Topaz Premyer Liqası klublarının futbolçuları) və klub AFFA ilin sonunda tərəfindən
mükafatlandırılsın
7.
Birinci Divizionda çıxış edən futbolçuların limiti 2013-2014-cü il mövsümündən
etibarən 6 nəfər 21 yaşadək yerli futbolçu sistemi ilə tətbiq olunsun.
8.
AFFA-nın bayrağı altında keçirilən müxtəlif yaş qruplarından ibarət liqalarda
bütün uşaq komandalarının baş məşqçiləri minimum C lisenziyalı məşqçi
kateqoriyasına (Topaz Premyer Liqası klublarının nəzdindəki uşaq komandalarının
baş məşçisinin kateqoriyası lisenziyalaşdırma qaydalarına əsasən tənzimlənir)
malik olmalıdır. Kurslarda təhsil haqqı AFFA tərəfindən ödəniləcək. Bunun üçün
6 ay müddət nəzərdə tutulur.
9. Topaz
Premyer Liqasının 2014-2015-ci il mövsümündən başlayaraq limit 6 (legioner) + 5
(yerli) sistemi ilə tətbiq olunsun və 5 yerli futbolçudan 2-si 21 yaşadək
olmalıdır.
10.
"Kəpəz" klubunun Birinci Divizionda iştirakı təmin edilsin və AFFA
İcraiyyə Komitəsinin üzvü İskəndər Cavadov kluba AFFA tərəfindən kurator təyin
olunsun.
11.
AFFA-nın Futbol Veteranları Fondunun I dərəcəli təqaüdü təsis olunsun və
bununla bağlı Əsasnaməyə əlavə təsdiq edilsin (Əsasnaməyə əlavə AFFA-nın saytında
yerləşdiriləcək).
12.
Aşağıdakı şəxslərə AFFA-nın xüsusi təqaüdü verilsin:
1. Ələkbər Məmmədov
2. Kazbek Tuayev
3. Ağasəlim Mircavadov
4. Rüstəm Rəhimov
5. Əhməd Ələsgərov
6. Çingiz İsmayılov
7. Valeri Hacıyev
8. Yaşar Babayev
9. Mübariz Zeynalov
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |