Rövnəq Abdullayev: "Bu addım Gəncə futbolunda müsbət mənada dönüş yaradacaq"
İcraiyyə Komitəsinin bu gün keçirilmiş iclasından sonra AFFA-nın prezidenti Rövnəq Abdullayev affa.az saytına fikirlərini bildirib:
"Futbolun
inkişafı üçün çox vacib müzakirələr apardıq. Bu istiqamətdə yekdilliklə qərarlar
qəbul olundu. Ən əsas qərar I Divizion komandaları ilə bağlı oldu. İcraiyyə
Komitəsinin sonuncu iclasında I divizion komandaları ilə bağlı çıxrılan qərarlara
yenidən baxıldı. Müzakirələrdən sonra belə qərara gəldik ki, komandaların heyətlərində
yaşı 21-dək olan futbolçuların limitində dəyişiklik edək. Yeni qərara əsasən,
meydanda yaşı 21-dək olan 6 futbolçu olacaq. Əsas məqsədimiz yaşı 21-dək olan
futbolçuları I Divizion və Premyer Liqa oyunlarına cəlb etmək, onlara imkanlar
yaratmaqdır. İkinci vacib qərar isə legioner limiti ilə bağlıdır. Növbəti
mövsümdən Topaz Premyer Liqasında mübarizə aparan komandalar 6 legionerin xidmətindən
yararlana biləcək. Heyətdəki 5 yerli futbolçunun ikisinin yaşı isə 21-dək
olmalıdır. Təbii ki, başqa məsələlər də həll olundu. Ötən il pilot layihə kimi
həyata keçirilən U-19 liqasının yaradılması qərarlaşdırıldı. Həmçinin
Naxçıvanın “Araz” komandasının I Divizionda çıxış etməsi bu ildən təmin ediləcək.
I Divizion klublarının Naxçıvana gediş-gəliş xərclərini AFFA öz üzərinə
götürdü. Bu da Naxçıvanda futbolun inkişafına böyük dəstək olacaq.
"Kəpəz"
klubunun maliyyə durumunu nəzərə alaraq, bu istiqamətdə də işlər görülür. Artıq
komandaya sponsor cəlb olunub. AFFA İcraiyyə Komitəsinin üzvü İskəndər Cavadov
Gəncəyə kurator təyin olundu. O, sponsorlarla birlikdə "Kəpəz"
klubunun və uşaq futbolunun inkişafına xidmət göstərəcək. Düşünürük ki, bu
addım Gəncə futbolunda müsbət mənada dönüş yaradacaq.
Gündəlikdəki digər məsələ isə gələn mövsüm I Diviziondan Topaz Premyer Liqasına neçə komandanın çıxması idi. Qəbul olunan qərarar əsasən, gələn il I Diviziondan 1 komanda Topaz Premyer Liqasına vəsiqə qazanacaq".
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |