Hafiz Məmmədovdan ŞOK sözlər: "Heç kim Pantiçə torba tikə bilməz" MÜSAHİBƏ
"Bakı" klubunun prezidenti Hafiz Məmmədovun Stadium.az saytına müsahibəsi:
- Hafiz müəllim, elə başlayaq "Lans"dan...
- Əvvəlcə onu deyim ki, "Lans"la da klub
almaq məsələsi bitdi. Bundan sonra başqa klublarla ancaq əməkdaşlıq ola bilər.
"Lans"ı aldıq və bununla da əsas işi yerinə yetirdik. Daha "Land
Of Fire Azerbaijan" kimi layihələr başa çatdı. Düzdü, kimsə buna nəsə deyə
bilməz, ancaq belə qərara gəldik. Bu loqonu reklam edən artıq var, daha ehtiyac
yoxdu hər yerdə yaymağa. Əslində bu da birində olmalı idi. "Lans"
bizim daha əvvəlki layihəmiz idi, sadəcə "Atletiko" qabağa düşdü. Sizə
deyim ki, "Lans" "Atletiko"dan zəif klub deyil, tarixi
baxımdan. "Lans"ın Monakoda çox böyük hörməti var. Birinci oyununda
35, kubok oyununda isə 21 min azarkeş vardı stadionda. Monakoda insanlar "Monako"
yox, "Lans" deyirlər. Klubun azarkeşləri Avropada əvəzedilməzdirlər. Onlar
Fransada birincidirlərsə, Avropada da öndə gedən fanat qruplarındandır.
- Niyə məhz "Lans"?
- Biz sadəcə səhv etmək istəmədik. Və düşündük
ki, "Lans" ən yaxşı seçimdir. Həm çox böyük tarixə sahibdirlər, həm də
klubu aldığımız qiymət bizə sərf edirdi. "Porto" mənim üçün köklü
klub sayılmır. Çox yaxşı klubdur, amma böyük tarixi yoxdur. Fransa böyük tarixə
malikdir və nüfuzları da öz yerindədir.
- Bəs "Porto"?
- "Porto"yla da söhbətlərimiz gedir,
ancaq bu, əməkdaşlıq çərçivəsin
aşmayacaq. İndi onlar bizim cavabımızı gözləyir. Əməkdaşlığımız böyük ölçüdə
ola bilər, amma sponsorluq olmayacaq. Yəni bunu siyasətlə qarışdırmayacağıq.
Fransada isə vəziyyət başqa idi. İndi fransadakı ermənilər ortaya söhbət
atıblar ki, "Lans"ın stadionunda Azərbaycan bayrağı dalğalanacaq deyə,
onlarda futbola erməni bayraqlarıyla gələcəklər. Nə olsun? Kimsə öz bayrağını qoluna
baqlayıb gətirəcəksə, üç rəngli bayrağımız onların başının üstündə
dalğalanacaq. Hətta indi bəzi klublar birləşərək bizi elə aşağı liqada
saxlamağa çalışırlar.
"Nə
üçün hansısa taxtabaş erməni Avropa səhnəsinə çıxır, amma bizim futbolçu yox?"
- Yəni sizə qarşı artıq qruplaşma var?
- Mənə qarşı yox, Azərbaycana qarşı. Bizim bu
klublarla bağlı planlarımız var. Qarşıdakı müddətdə hər il "Lans" və
"Atletiko"ya 10 uşaq gedəcək. Orada həm təhsil alacaqlar, həm də
futbol sirlərinə yiyələnəcəklər. Bunun üçün mən hər uşağa görə o klublara 16-18
min avro arası pul ödəyəcəm. Mən bunu futbolumuzun inkişafı üçün edirəm. Nə
üçün hansısa taxtabaş erməni Avropa səhnəsinə çıxır, amma bizim futbolçu yox?
Bizdə çalışırıq bunları gerçəkləşdirək.
- İndi Fransada iddialı klubların sayı
çoxalıb. PSJ, "Monako". Sizin də belə fikiriniz varmı?
- Əlbəttə. Bu klub buna layiqdir, qanında var.
Sadəcə bu klub problemlər üzündən aşağı liqaya düşüb, ən qısa zamanda öz
nüfuzun geri qaytaracaq.
- Bu klublara Azərbaycandan futbolçular getməlidi
idi...
- Artıq seçilib. Adlarını deməyim yaxşı
çıxmır, amma "Lans" klubu düşərgəsinə aparmaq istədiyi futbolçuları
müəyyənləşdirib.
- Bəlkə kimlər olduğunu deyəsiz?
- Deyim də, Kamran Ağayev, Cavid Hüseynov və
Əfran İsmayılov. Amma baş məşqçimiz Pantiç bu futbolçulardan heç birinin
komandadan getməsinə razılıq vermədi. Baş məşqçi dedi ki, hər üç oyunçudan xoşu
gəlir və getmələrini isdəmir.
- O zaman ola bilərki, başqa klublardan
futbolçu getsin?
- Onu deyə bilmərəm, çünki fransızlar bunları seçmişdi. Sizə bir xəbər də deyim, bir futbolçumuz "Atletiko"ya gedəcək, əsas komandaya. Mahir Mədətov isə bir müddət "Atletiko"nun B komandasında çıxış edəcək. Bu barədə "Atletiko" bizə tam razılıq verib və məktubda yollayıblar.
"Bizə
"Çarlton" və "Sanderlend" kimi klubları təklif etmişdilər"
- Söhbət əsnasında belə başa düşdüm ki, bəzi
insanlar sizin "Atletiko" və "Lans" işlərinizə qısqanclıqla
yanaşır...
- Buna qısqanclıq deməzdim. Sadəcə deyərdim
ki, bizdə əlaqələr zəifdi və onlar düşünürlər bu ancaq "Bakı"nın
işidir. Ancaq bu Azərbaycan üçün gördüyümüz işdir. Sizə adi bir məsəl deyim.
Biz "Atletiko" ilə müqavilə bağlayanda ora elə bəndlər salmışıq ki, hətta
komandalar meydana çıxanda futbolçuların əlindən tutan 22 uşaq da azərbaycanlı
ola bilər, əgər biz isdəsək. O qədər detal var. Ürəyimiz isdəyən vaxt gedib
onların stadionunda turnir də keçirə bilərik. Bunların hamısı mənim deyil ki,
Azərbaycan futbolu üçün etmişik də. Mə indi də sevinirəm ki, bu işləri görəndə
qərarı düzgün vermişəm.
- Ola bilər ki, sizi qarşıdakı vaxtlarda başqa
bir ölkə klubunda görək. Məsələn, İngiltərədə?
- Ola bilər, niyə olmur ki, bu söhbət hətta çoxdan
var. Amma bizə iş görmək lazımdır. Mənə Maradonanı da təklif etmişdilər. Ancaq
kameraya işləmək üçün kimisə bura ətirmək kimi bir fikirim yoxdur. Məsələn, bizə
"Çarlton" və "Sanderlend" kimi klubları təklif etmişdilər.
"Lazım
olsa Gəncə stadionunu təmir etdirəcəyik, yeni baza yaradacağıq"
- Artıq "Gəncə"yə də siz baxacaqsız?
- Gəncə futbolla nəfəs alan bir yerdir. Biz də
istədik oradakı futbola diqqət və qayğımızı əsirgəməyək. Buna görə şirkətlərimizdən
biri olan Azərinşatı bu kluba sponsor olaraq yönləndirdik. Lazım olsa Gəncə stadionunu
təmir etdirəcəyik, yeni baza yaradacağıq. Gəncə Azərbaycanın ikinci böyük şəhəridir
fə burda futbol həmişə olub. Futbola pul xərcələyən kisəsinin ağzın tam
açmalıdır. Yoxsa büdcəni kəsməklə futbolu inkişaf etdirmək olmaz.
- "Bakı"da vəziyyət necədir? Bir
müddət əvvəl klubda hamının isdefasın isdəmişdiz?
- Mən bunu demişəmsə sona da çatdıracam. Sadəcə
vaxta ehtiyac var. Yaxın günlərdə klubdakı təyinatları rəsmiləşdirəcəm. "Bakı"da
avara-avara işlərlə məşğul olanlar çoxdur. Mən o klubda milyonlarla pul xərcləmişəm,
amma heç o inşa edilən yerlərə normal baxmırlar.
"Məğlubiyyətlərə
görə qəti məyus olmadım"
- Bəs klubdakı idarə heyəti?
- Əlbəttə, yaradacam. Biz bu məsələdə daha çox
İngiltərə nümunəsindən yararlanacağıq. Bu da çox uzun söhbət olduğu üçün sözçülük
etməyəcəm (Hafiz Məmmədov yaradacağı idarə heyətini planlı şəkildə bir rəsm çəkərək
orada bəndənizə anladır).
- İlk iki turda komanda məğlub oldu...
- Bu məğlubiyyətlərə görə qəti məyus olmadım.
Çünki futbolda o qədər yaxşı işlər görürüəm ki, o adrenalini digər işlərdən
alıram. O işlər olmasa qapanacaqdım "Bakı"ya və qanım qaralacaqdı. Mən
Pantiçi ruhdan sala bilmərəm, onunla söhbətim olub. Gəlin 2 oyunla qərar verməyək.
Mən Pantiçə də dedim ki, mətbuatı qəti olaraq izləməsin. Dedim ki, ona heç kim
qəzet verməsin. O, çox peşəkar klub yaradıb.
- Onda belə deyək də, Pantiçə etimad limiti nə
vaxt başa çata bilər?
- O, bura müqavilə ilə gəlməyib. Pantiç bizə
kömək etmək üçün gəlib. Nə vaxtda isdəsə özü çıxıb gedəcək. Pantiç bura pula
görə gəlməyib. Pantiçin "Bakı"dan aldığı pul Bandoviçin də,
Starkovunda aldığı puldan azdır. Mənə gəlib dedi ki, xahiş edirəm futbolçuların
pulun gecikdirməyim. Yəni hamının işiylə maraqlanır. Mən hətta ona dedim ki,
kimi isdəsə komandadan qova bilər, lap isdəsə hamısın. Məsələn, ilk gündəcə bizə
dedi ki, Rəşad Abdullayevi, Famenkonu isdəmir. İndi də Rubio Marionu isdəmir.
- Qorxmursuz ki, Pantiçə torba tikilə? Çünki o
bir çox futbolçunu komandadan göndərə bilər...
- Yox, bu, baş verə bilməz. Heç kim Pantiçə
torba tikə bilməyəcək. Çünki nə etsələr son qərarı mən verəcəm. O qərar da
olmayacaq. Pantiç ən azı bir burda olacaq. Biz onunla elə razılaşmışıq ki, getmək
lazım olanda biz bunu özünə deməyəcəyik, özü gedəcək.
- Son zamanlar Yaşar Seyidovun "Bakı"dan
gedəcəyiylə bağlı xəbərlər dolaşır?
- Yaşar Seyidov "Bakı"nı sevən insandır və bu komandanın bir üzvüdür. Nə qədərki mən burdayam, Yaşar Seyidovda "Bakı"da olacaq. Kim nə yazır yazsın, bu, heç nəyi dəyişməyəcək.
Söhbət etdi: Vüsal BƏBİRLİ
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |