PFL hakimləri qonorardan məhrum edə bilər
Azərbaycanın futbol üzrə Premyer Liqasını idarə edən hakimlərə qarşı yeni sanksiya tətbiq edilə bilər. Azərbaycan Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev çərşənbə axşamı Trend-ə bildirib ki, o, Premyer Liqanın oyunlarını idarə edən hakimlərin aşağı bal alacaqları təqdirdə qonorardan məhrum edilmələrini təklif edir: "Hər bir hakimə idarə etdiyi oyunun nəticəsinə görə qiymət verilir. Təklif irəli sürəcəyəm ki, 7-6 baldan aşağı qiymət alan hakimlər oyuna görə qonorar almamalıdırlar".
Musayev
Premyer Liqanın 2013/2014 mövsümü üçün hakim səhvlərini də şərh edib:
"Bizim xeyli gənc, perspektivli hakimlərimiz var. Ola bilər ki, onlar səhvə
yol veriblər. Lakin əsas odur ki, qərəz olmasın. Qərəz yoxdursa, hakim səhvlərini
bağışlamaq olar".
Qeyd edək
ki, Premyer Liqanın oyununu idarə edən əsas hakim bir oyuna görə 700 manat, kənar
hakimlər 400 manat qonorar alırlar. Hakimlərin oyunu idarə etməsi 10 ballıq
şkala ilə qiymətləndirilir: 10 maksimum, 4 minimum bal hesab edilir.
Xatırladaq
ki, Premyer Liqanın 3-cü turu çərçivəsində oynanılan "Qarabağ" -
"Xəzər Lənkəran" oyununda baş hakim Rəhim Həsənovun, həmçinin
"Sumqayıt" - "Qəbələ" oyununda isə hakim Orxan Məmmədovun
yol verdikləri səhvlərlə bağlı "Xəzər Lənkəran" və "Qəbələ"
klublarının rəhbərliyi PFL-ə etirazlarını ünvanlayıblar.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |