"Simurq" "Bakı" ilə oyuna "Şəfa"da hazırlaşır
"Simurq" "Bakı" ilə
oyuna "Şəfa"da hazırlaşır
"Simurq" "Bakı"yla
oyunun hazırlıqların davam etdirir
Premyer Liqasının növbəti turunda
"Bakı"nı qonaq edəcək "Simurq" bir günlük istirahətdən
sonra hazırlıqlara start verib. Stadium.az xəbər verir ki, dünən axşam
saatlarında "Şəfa" stadionunda növbəti məşqinə çıxan
"sarı-qaralar" iki saata yaxın davam edən çalışmalara əvvəlcə qaçış
və isinmə hərəkətləri ilə başlayıb. Daha sonra fiziki hazırlıq üzrə məşqçi
Aleksandar Karakliçin rəhbərliyi altnda fiziki gücün artırılmasından ibarət
tapşırıqlar yerinə yetirilib. Məşqin əsas hissəsində isə baş məşqçi Georgi
Çixradzenin nəzarəti altında topla taktiki və texniki təmrinlər yerinə
yetirilib. İkitərəfli oyunla isə hazırlıq tamamlanıb.
Bir müddətdir zədədən əziyyət çəkən Rövşən
Əmiraslanov artıq hazırlıqlara qoşulub. Ancaq "Neftçi"lə oyunda
zədələnən Tural Axundov hələ də ayağında yüngül ağrılar hiss etdiyindən
komandadan ayrı məşq edir. Onun "Bakı" ilə görüşdə meydana
çıxıb-çıxmayacağı həkimlərin qərarından asılı olacaq.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |