Millimizin məşqçisi: “Ayntraxt” üçün mərhələ adlamaq problem olmamalıdı" Müsahibə
Azərbaycan milli komandasının qapıçılarla işləyən məşqçisi Uli Ştayn Almaniya mətbuatına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
- Azərbaycan futboluna bələd olan almaniyalı kimi bu matç haqda nə deyə
bilərsiniz?
- “Qarabağ” heç də pis komanda deyil. Kluba çox pullar xərclənir. Ümumiyyətlə
Azərbaycanda Premyer Liqanın 10 klubunun hər biri imkanlı şəxslər tərəfindən
maliyyələşdirilir. Bu “Çelsi”də Roman Abramoviçin rolunu xatırladır. “Qarabağ”
ötən çempionatda tam layiq olduğu 2-ci yeri tutdu. Amma “Ayntraxt” üçün mərhələ
adlamaq problem olmamalıdır. Onlar bunu asanlıqla bacarmalıdır.
- Niyə belə əminsiniz?
- Azərbaycan futbolunu yaxşı tanıyıram. Bilirəm ki, o qədər də güclü deyil.
“Qarabağ” Azərbaycanın avrokuboklarda yeganə təmsilçisidir. Digərləri isə artıq
mübarizəni dayandırıb. Bu faktın özü çox şey deyir. Lakin futbolda həmişə
sürpriz ola bilər. Lakin “Qarabağ” – “Ayntraxt” oyununda bunun olacağına
inanmıram.
- “Qarabağ”da aparıcı rollarda braziliyalılardır...
- Mən braziliyalılardan ikisini tanıyıram. Bu komandanın son oyunlarını
izləməmişəm. Həm də ki, səviyyəli braziliyalılar Azərbaycanda deyil, Bundesliqa
və ya İspaniyada çıxış edər.
- “Qarabağ”ın qapıçısı Miro Varvodiç Bundesliqada oynamış xorvatiyalıdır.
“Köln”də oynamış qapıçı Azərbaycan yığmasının sabiq “1 nömrə”si Fərhad Vəliyevi
də heyətdən sıxışdırıb...
- Bir az asta olun. Miro “Köln”ün 3-cü qapıçısı idi. Düzdür, xorvatiyalı yaxşı
qapıçıdır. Lakin Varvodiç Vəliyevdən yaxşı deyil. Diqqətlə fikir versəniz
görərsiniz ki, Miro daim təzyiq altında, gərginlikdədir.
- “Qarabağ” pley-off mərhələsinə nəyin hesabına yüksəlib?
- Ağdam təmsilçisi 4-4-2 sistemi ilə çıxış edir. Onlar hücum futboluna üstünlük
verir. “Ayntraxt” Bundesliqada aldığı 2 məğlubiyyətdən sonra qələbə inamını
Bakıda qaytara bilər.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |