"Ayntraxt"ın prezidenti: "Azərbaycanda səfər oyunu keçirmək çətindir"
UEFA Avropa Liqasının play-off mərhələsində bu gün "Qarabağ"la qarşılaşacaq Almaniyanın "Ayntraxt" klubunun prezidenti Peter Fişer affa.az saytına müsahibə verib.
- Daha əvvəl də Azərbaycanda olmusunuz. Ölkəmiz
haqda təəssüratlarınız necədir?
- Bəli, bu, mənim
Azərbaycana artıq üçüncü səfərimdir. İlk dəfə 2006-cı ildə Bakıda olmuşam.
Dünyanın bir çox ölkələrinə səyahət edirəm, amma qısa zaman ərzində bu qədər
inkişaf edən, gözəlləşən şəhər görməmişəm.
- Azərbaycan futbolu haqda fikirlərinizi bilmək
maraqlı olardı. 2006-ci illə müqayisədə hansı dəyişikliyin olduğunu qeyd edə
bilərsiniz?
- Azərbaycan
futbolu haqda məlumatlıyam. Bildiyiniz kimi, bizim klubla AFFA arasında
əməkdaşlıq müqaviləsi imzalanıb. Xüsusilə, yeniyetmə futbolundakı irəliləyişi
qeyd etmək istərdim. Son 5-6 il ərzində Azərbaycan futbolunda irəliləyiş var və
AFFA-nın partnyoru olaraq biz də uğurlara sevinirik.
- Bu gün UEFA Avropa Liqasının play-off
mərhələsinin ilk oyunu çərçivəsində "Ayntraxt" Bakıda
"Qarabağ"la qarşılaşacaq. Bu oyun əslində başqa şəhərdə -
"Qarabağ"ın təmsil etdiyi Ağdamda keçirilməli olsa da, məlum
səbəblərdən Bakıda təşkil olunur...
- Buna görə
məyusam. Bilirəm ki, "Qarabağ" Ağdam rayonunu təmsil edir. Əslində,
bu qarşılaşma onların əsl ev oyunu olmalı idi. Yəni oyun Bakıda yox, Qarabağda
keçirilməliydi. Amma Qarabağ erməni işğalı altındadır. Deməliyəm ki, bu,
işğalçı bir siyasətin nəticəsidir. Bu siyasət rəqibimizə qarşılaşacağı
komandanı öz evində qəbul etməyə imkan vermir. Təbii ki, bu, arzuolunmaz
vəziyyətdir.
- Bugünkü oyundan hansı nəticəni gözləyirsiniz?
- Diqqətli olmalıyıq. Çalışmalıyıq ki, rəqib bizim gözlədiyimizdən daha güclü oynaya bilməsin. Oyunu stadinonda 30 minə yaxın azarkeş izləyəcək. Biz Bundesliqa oyunlarında adətən 45 min azarkeş qarşısında çıxış edirik. Ümid edirəm ki, iki oyunun nəticəsinə görə mərhələ keçən tərəf biz olacağıq. Təbii ki, Azərbaycanda səfər oyunu keçirmək çətindir. Buna baxmayaraq, iki oyunun nəticəsinə əsasən qalib gəlmək istəyirik.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |