Rüfət Nadirli: “Kimisə boş-boşuna, nəyinsə xətrinə tərifləmək “Arena”ya yaddı” Müsahibə
"İnterAZ"ın idman departamentinin rəhbəri Rüfət Nadirlinin müsahuibəsi
- Bildiyiniz kimi artıq 1 ildir ki, “İdman zamanı” efirə çıxır. Veriliş yarananda adından da göründüyü kimi, əvvəllər futboldan başqa idmanın digər növlərinə də geniş yer ayırırdıq, güləş, taekvando və digər olimpiya idman növləri üzrə mütəxəssisləri və idmançıları dəvət edirdik. Amma sonradan məlum oldu ki, futbolla bağlı hazırlanan
buraxılışlarımız daha çox tamaşaçı auditoriyası toplayır, daha çox marağa səbəb olur. Bu üzdən qərara gəldik ki, “İdman zamanı”ndan əlavə başqa bir veriliş də hazırlayaq. “Qalib ol!” belə yarandı. Tədricən futboldan başqa digər idman sahələrində
baş verən mühüm hadisələrin müzakirələrini bu verilişə yönləndirdik və “İdman zamanı”nda ancaq futbola bağlı müzakirələrə üstünlük verdik. Əslində verilişin adını çoxdan dəyişmək istəyirdik. Amma çempionat başa çatmadığından bunu mövsümün sonuna saxladıq. “Arena” adının götürülməsinə gəlincə, bir neçə variant var idi. Onlardan “Arena”nı daha məqsədəuyğun saydıq. Fikrimcə, verilişin adının dəyişməsinə baxmayaraq, əvvəlki kimi yenə də tamaşaçıların zövqünü oxşaya biləcək.
- Əksər telekanallarımızda efirə gedən idman proqramlarından fərqli olaraq, “Arena”da tənqidə daha çox yer virilir...
- Deyərdim ki, haqlı tənqidə. Bu gün Azərbaycan
futbolunun vəziyyəti hamıya məlumdu. Futbolumuzda
baş verən haqsızlıqlar, özbaşınalıqlar göz önündədi. Əgər futbolumuzun inkişafını
istəyiriksə, çatışmazlıqları tamaşaçıya çatdırmalıyıq. Digər kanalllar haqqında nəsə deməyim düzgün çıxmaz. Bu, onların öz işidi. Konkret bizim kanala gəlincə, bildiyiniz
kimi İnterAz TV-nin mərkəzi ofisi Rusiyada yerləşir. Rusiyada yayımlanan ilk və yeganə azərbaycandilli kanaldı. Bu kanalı yaratmaqda məqsəd ölkə xaricində yaşayan həmvətənlərimizə Azərbaycan haqqında öz diliizdə verilişlər təqdim etmək, xəbərlər verməkdi. Bundan başqa İnterAz TV rus dilində də verilişlər
hazırlayır ki, bu da rusdilli əhalinin Azərbaycan haqqında daha çox bilgi almasına xidmət edir. Mətləbdən uzaq düşməyim, “Arena”ya dəvət olunan qonaqlara həmişə söz azadlığı verilib. Mövzu ilə bağlı fikirlərini deməkdə sərbəstdilər. Təbii ki, bu fikirlərin əksəriyyəti
tənqid xarakterli olur. Əgər kimsə tənqid olunmasından narazıdırsa, bizə müraciət edə bilər və onlara da tribuna verməyə hazırıq.
- Bu bir ildə edilən tənqidlərlə bağlı kimsə tərəfindən sizə təzyiqlər olubmu?
- Əlbəttə olub. Bir neçə dəfə bu cür hallarla rastlaşmışıq. Amma bu, bizim işimizə təsir göstərə bilməz. Kimsə fikirləşməsin ki, hədə-qorxu ilə nəyəsə nail olacaq. Bunlar hamısı boş şeylərdi. Çünki, biz tamaşaçılara
haqqı çatdırırıq.
- Bəs tənqid etdiyiniz klublardan və ya təşkilatlardan “maraqlı təkliflər” necə, olubmu?
= Düzü, hələ “İdman zamanı”nda verilişboyu reklamların
efirə verilməsi hamıya məlumdu. Amma diqqətlə baxsaq, görərik ki. həmin reklam yerləşdirən
təşkilatlar futboldan uzaq sahəylə bağlıdılar. Klublarımıza gəlincə, onların və ya sponsorlarının reklamlarını vermək mümkündü. Bu, biznesdi və hər bir telekanal istəyir ki, daha çox reklamı olsun. Amma bu o demək deyil ki, hansısa klub reklam yerləşdirdi, onu tənqid etməyəcəyik. Kimisə boş-boşuna, nəyinsə xətrinə tərifləmək “Arena”ya yaddı.
- Artıq “Arena”nın ilk buraxılışı efirə gedib. Adından başqa bir çox yeniliklər də gözə çarpır...
- “Arena” digər kanallarımızda efirə gedən idman verilişlərindən fərqli olaraq, tamam başqa formatda tamaşaçılarla görüşə gəlir. Veriliş studiyada deyil, tamam fərqli bir məkanda lentə alınır. Bundan başqa, artıq verilişin efir vaxtı da artırılıb, saatyarım olub. Bu da qoyulan mövzu ətrafında daha çox müzakirələrəin aparılmasına hesablanmış addımdı. Yeri gəlmişkən, İnterAz Tv-də yayımlanan “Qalib ol!” verilişi də artıq istirahətini başa vurub. Gələn həftədən etibarən yenidən tamaşaçılarla görüşə gələcək.
- “Arena” internet və kabel televiziyaları vasitəsilə yayımlandığından Azərbaycanda heç də bütün tamaşaçılar bu verilişi və ümumiyyətlə İnterAz Tv-ni izləyə bilmirlər...
- Hazırda Ailə TV, CONNEKT TV, KATV1 vasitəsilə
Azərbaycan ərazisində yayımlanırıq. Qısa zamanda dediyiniz çatışmazlıq aradan qalxacaq. Artıq bu barədə kanal rəhbərliyi lazımi qurumlarla danışıqlar aparır və yaxın vaxtlarda “AzerSpase-
- Rüfət bəy, “Arena”dan başqa həm də “Sportarena.az” saytının yaradıcısınız. Eyni vaxtda iki cəbhədə işləmək çətin deyil ki?
- Düzü, sonradan anladım ki, bu saytı yaratmaqla
çox böyük səhvə yol vermişəm. Çünki, bu gün Azərbaycanın
idman mətbuatında o qədər idman portalı fəaliyyət göstərir ki. Yerindən duran bir sayt açır və klublardan 3-5 manat reklam almaqla fəaliyyət göstərirlər. Belə saytların Azərbaycan
futboluna, idman mətbuatına heç bir xeyri yoxdu. Məqsəd sadəcə pul qazanmaqdı. Həm də az-çox hörməti olan, oxucu auditoriyası olan saytların imicinə ləkə salırlar. Amma artıq bu sayt yaradılıb və qurduğum işi ləğv etmək adama çətin gəlir. Saytımızın
öz ofisi, kiçik kollektivimiz var. Yarandığı vaxtdan oxucu auditoriyası toplaya bilmişik. Çalışırıq ki, “sportarena.az”ı həmin hörmətli saytlar sırasına çıxaraq.
- Artıq yeni mövsüm başlayıb. İlk turlara nəzər salsaq, bu il hansı komandanı çempion kimi görürsünüz?
- Fikrimcə, çempionatın
favoriti “Qarabağ”dı. Ağdamlıların
Avroliqa və ilk turlardakı çıxışı göstərdi ki, komanda bu il çempion adına ən real namizəddi. “Neftçi” və “Qəbələ” də birinci ola bilərlər. Təəssüf ki, bu sözləri “Xəzər Lənkəran” haqqında deyə bilmərəm. Əslən lənkəranlı olduğumdan
sıravi azarkeş kimi həmişə komandamızın qalib gəlməsini istəmişəm. Amma realıqda bu il lənkəranlıların çempion olmasına möcüzə kimi baxıram.
“Het-trik news”
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |